Javid Jabbarli

Javid Jabbarli

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda kral sarayının üzərində kiçik dron vurulub.

“Report” xəbər verir ki, bu barədə Krallığın Daxili İşlər Nazirliyinin nümayəndələri məlumat yayıb.

Bildirilir ki, dron ölkə paytaxtı məkanına qanunsuz daxil olduğu üçün vurulub.

Hazırda adiyyəti orqanlar hadisə ilə bağlı araşdırma aparırlar. Hadisə baş verən zaman kralın sarayda olmadığı bildirilir.


Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.

Sərəncama görə, Rövşən Rzayev Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin olunub.  

Qeyd edək ki, sərəncama qədər bu vəzifədə baş nazirin müavini Əli Həsənov idi. Əli Həsənov yeni sərəncamla baş nazirin müavini vəzifəsində qalıb.

Xatırladaq ki, Rövşən Rzayev Milli Məclisin deputatı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvüdür.


Xırdalanda Heydər Əliyev adına park talan edilir. Bu barədə bir qrup sakin Xeber.İnfo-a məlumat verib.

Sakinlərin dediyinə görə, uzun müddətdir Heydər Parkı hasarlanıb: “Bu park bizim çıxacağımız və nəfəs alacağımız yerdir. Parkı təmir adı ilə hasarlayıblar. Amma indi məlum olur ki, park və ətrafı satılıb. Ya polis rəisinə, ya da Zakir Fərəcova məxsus olduğu deyilir. Kİm bu parkı mənimsəyibsə, ailəyə çox yaxındır. Çünki, Heydər Əliyevin adını daşıyan bir parkı bu vəziyyətə salmaq ancaq ailənin səlahiyyətindədir”.

31100483 2083226441706223 6727744421514706944 n

31113742 2083226371706230 1986453628877012992 n


Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən 87 saylı orta məktəbdə vərəm xəstəliyi təhlükəsi valideynləri ciddi narahat edir. Bu barədə Xeber.İnfo-a bir valideyn məlumat verib.

Onun sözlərinə görə, vərəm xəstəliyinə yoluxmuş bir şagird məktəbdə bu xəstəliyin yayılmasına səbəb olub: “Şagirdlərdən biri vərəm xəstəliyinə tutulub. Məktəbin rəhbərliyi və müvafiq səhiyyə orqanları məlumatlı olsalar da, heç bir tədbir görülməyib. Artıq bir neçə məktəblinin də bu xəstəliyə yoxilduğu deyilir. Məktəb rəhbərliyi xəstə şagirdlə bağlı müvafiq tədbir görmək əvəzinə, onun dərs davamiyyətini tələb edib. Heç valideyn uşağının xəstələnməsini istəməz və heç kim hər hansı bir xəstəlikdən sığortalanmayıb. Çox güman ki, valideynlərin müalicə üçün maddi vəziyyətləri yaxşı olmayıb. Bu tipli xəstəliklər dövlət hesabına xüsusi karantin şəraitində tam sağalana qədər müalicə olunmalıdırlar. Hər il bu məqsədlə büdcədən vəsait ayrılır”.

Qeyd edək ki, 87 saylı məktəbdə tez-tez neqativ hallara rast gəlinir. Bir qədər əvvəl bu məktəb dərslik problemi ilə gündəmə gəlmişdi.


Prezident İlham Əliyevin təsdiq etdiyi Nazirlər Kabinetinin yeni tərkibində böyük dəyişikliklər olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və kənd təsərrüfatı naziri Heydər Əsədov tutduqları postları itiriblər.

S.Müslümovun yerinə Sahil Babayev, H.Əsədovun yerinə isə İnam Kərimov təyin edilib.

Bildirək ki, İnam Kərimov Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri, Sahil Babayev isə iqtisadiyyat nazirinin müavini vəzifəsini icra edirdi.


Bu gün baş nazir postuna təyin edilən Novruz Məmmədovfərqli və unikallığı ilə tanınır. O, Vaqif Mustafayevin "Fransız” filmində də aktyor kimi yer alıb.

 1995-ci ildə istehsal olunmuş filmdə Novruz Məmmədov məsləhətçi obrazını yaradıb.

 Avropadan qayıdandan sonra öz milli adət-ənənələrimizə yuxarıdan aşağı baxan həmvətənlərimiz haqqında olan filmin baş qəhrəmanı Əlibala (aktyor Fərman Şəkili) azərbaycanlı olduğunu danır və fransızca danışmağa başlayır, özünü fransız hesab edir.

 N.Məmmədov isə filmdə fransa sevgisi ilə yaşayan Əlibalaya Eyfel qülləsinin maketini hədiyyə edir. Bir neçə dəqiqəlik rolda N.Məmmədov filmin baş qəhrəmanı ilə görüşüb ona hədiyyəsini təqdim edərkən fransız dilində bir neçə kəlmə də deyir.

 Məlumat üçün bildirək ki, N.Məmmədov Azərbaycan Pedaqoji Dillər İnstitutunun Avropa dilləri fakültəsinin fransız dili şöbəsində çalışıb. 1993-1997-ci illərdə isə fransız dili fakültəsinin dekanı vəzifəsində işləyib. 1995-ci ildən 1997-ci ilə qədər isə Heydər Əliyevin fransız dili tərcüməçisi olub.(kult.az)


Aprel döyüşlərində böyük igidlik göstərmiş 26 yaşlı Fazil Abdiyev intihar edib.

Bu barədə Criminal.az saytı məlumat yayıb. Məlumata görə, F. Abdiyev dünən Tovuz rayonunda yaşadığı evin həyətindəki tövlədə özünü asıb. Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

Tovuz rayon İcra hakimiyyətinin şəhər üzrə icra nümayəndəsi Yaşar İbrahimov F.Abdiyevlə bağlı açıqlama verib: ''Fazil ailə təhsilli idi. Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmişdi. Çox sakit, ağıllı uşaq idi. Onun haqda xoş sözlər deməklə bitən deyil, sanki bu dünyanın adamı deyildi''.

Keçmiş döyüşçü F.Abdiyevin döyüş yolundan danışan icra nümayəndəsinin sözlərinə görə, o, aprel döyüşlərində də böyük şücaət göstərib.

''Qızğın döyüşlərdə ağır yaralanmışdı. Hətta bu gün yasda eşitdim ki, o, bir müddət ölən əsgərlərin içərisində qalıb, sonradna sağ öldüğunu bilib hospitala çatdırıblar. Hərbi xidməti başa vurandan sonra rayon rəhbərliyinin diqqətində idi. İşlə təmin edildi, tikinti şirkətində iş icraçısı işləyirdi. Dünən qardaşı və atası iş dalınca gedib. Xəstəxanada tibb bacısı işləyən anası isə növbədə olub. Evdə heç kimin olmamasından istifadə edən Fazil özünü asıb. Onun özünə qəsd etməsinin səbəbi məlum deyil. Lakin ölümündən bir neçə gün əvvəl qonşularına deyib ki, yoldaşlarının ölümü ona pis təsir edib. ''Niyə onlar öldü, mən ölmədim’’ deyərək təəssüflənib. Görünür, müharibə, döyüşlər onda acı iz buraxıbmış...'' - deyə Y.İbrahimov bildirib.

Fazil Abdiyevin atası Arif Abdiyev Modern.az-a açıqlamasında oğlunun intihar səbəblərindən danışıb: "Fazil aprel hadisələrindən sonra özünə gələ bilmirdi. Tez-tez deyirdi ki, "niyə döyüş dostlarım şəhid oldu, mən isə sağ qaldım?” Bunu özünə sığışdıra bilmirdi. Aprel hadisələrinin ildönümü ərəfəsində efirdə şəhidlərlə bağlı verilişlərə baxanda günlərlə özünə qapanırdı. Müharibə havası beynində idi. O günləri dəhşətlə xatırlayırdı. Psixoloji olaraq özündə olmurdu.Otaqdan çölə çıxmırdı. Anası nə qədər sakitləşdirici dərmanlar verirdi. Son 3 gün ərzində yaxşı idi”.

Arif Abdiyev deyir ki, sosial şəbəkələrdə yazıldığı kimi, oğlunun işlə bağlı problemi olmayıb.

"Fazil tikinti şirkətində iş icraçısı ("prorab”) işləyirdi. Özünə nəsə edəcəyini düşünmürdüm. Əgər bilsəydim ki, belə bir hadisə olacaq, ona nəzarət edərdim. Bu gün səhər saatlarında işdə olmalı idi. Amma o, həyətimizdəki tövlədə özünü asıb. Bir ata üçün bunları söyləmək çox ağırdır”.


AXCP sədrinin müavini Gözəl Bayramlının üç il azadlıqdan məhrum edilməsi barədə hökm qüvvəyə mindi.

Aprelin 20-də Gəncə Apellyasiya Məhkəməsində siyasətçi xanım barədə qərar elan olunub. Qərara əsasən, G.Bayramlının apellyasiya şikayəti təmin olunmayıb, Qazax Rayon Məhkəməsinin hökmü qüvvədə saxlanıb.

Qərardan öncə hakim bildirib ki, Gürcüstan-Azərbaycan sərhədindəki gömrük-buraxılış məntəqəsindəki kameraların görüntülərini almaq üçün Dövlət Sərhəd Xidmətinə və Dövlət Gömrük Komitəsinə sorğu göndərilmişdi. Hər iki orqandan cavab gəlib. DSX-nın İstintaq İdarəsinin rəisi Mübariz Məmmədovun cavab məktubunda yazılıb ki, həmin görüntülər üçün gömrük komitəsinə müraciət olunmalıdır.

Gömrük Komitəsindən isə bildirilib ki, görüntülər bir ay ərzində saxlanılır. Bu hadisədən isə bir ilə yaxın vaxt keçir.

Vəkil Elçin Sadıqov deyib ki, eyni cavab istintaq zamanı da alınmışdı: "Amma biz istintaq zamanı internetdən əldə etdiyimiz bir sənədi təqdim etmişik. Həmin sənəddə göstərilir ki, DSX 2012-ci ildə avadanlıq alıb. O avadanlıqlar görüntüləri saxlamaq qabiliyyətindədir. Belə çıxır ki, Avropa Birliyinin qrantı ilə alınmalı olan avadanlıq alınmayıb, mənimsənilib".

Daha sonra prokuror çıxış edərək, hökmün qüvvədə saxlanmasını istəyib.

G.Bayramlı özü isə həbsinin siyasi sifariş olduğunu bir daha vurğulayıb: "Heç bir ədalətli qərar gözləmirəm. Nə sifariş verilibsə, o da olacaq".

Ardınca qərar elan olunub.

Xatırlatma
AXCP sədrinin müavini G.Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Qazax Rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur. G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır.

O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda dörd dəfə əməliyyat olunduğunu bildirib.(azadlıqradiosu)


Azərbaycan prezidenti İlham Əliyev istehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb.
Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi isə ləğv edilib.
Ləğv edilmiş Komitənin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri Dövlət Agentliyinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə Əqli Mülkiyyət Agentliyinə verilib. “Azərbaycan Metrologiya İnstitutu”, “Azərbaycan Standartlaşdırma İnstitutu” və “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxslərin təsisçilərinin səlahiyyətlərini Dövlət Agentliyi həyata keçirəcək.


Bakı şəhər icra başçısının rəhbəri Hacıbala Abutalıbov istefa verib.

Yenicag.az-a etibarlı mənbədən daxil olan məlumata görə, ötən gün Abutalıbov təhvil-təslim edib.

Onun bu gün təyin olunacaq baş nazirə müavin gedəcəyi iddia olunur.

Qeyd edək ki, Abutalıbov 2000-ci ilin yanvarında 1 il müddətinə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışıb. O, 2001-ci ilin yanvarından Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.


7 -dən səhifə 245