Javid Jabbarli

Javid Jabbarli

Nemət Pənahlı həbs olundu

Nəşr et Hadisə Oktyabr 13 2018

Milli azadlıq hərəkatının tanınmış ismi Nemət Pənahlı həbs olunub.

Bu barədə jurnalist Əvəz Zeynallı sosial şəbəkə hesabında məlumat yayıb. Ona 30 sutka həbs cəzası verilib: 

"Dünən günorta saat 12.00-dan Nemət Pənahlıdan xəbər alınmayıb. Ailəsi yalnız saat 20.00-dan hadisənin fərqində olub və axtarışlara başlayıb. Bu saatlara qədər Nemət Pənahlıdan xəbər alınmayıb. Yalnız 102-yə müraciət edəndən sonra Nəsimi RPİ-nin 21-ci polis bölməsinin növbətçi əməkdaşı Ramin Salmanov zəng edərək Nemət Pənahlının Nəsimi rayon məhkəməsinin qərarı ilə 30 sutkalıq həbs olundiğunu və Binəqədi müvəqqəti təcridxanasına göndərildiyini deyib. Nemət Pənahlı İXM-nin 535-ci maddəsinə (Maddə 535. Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) görə həbs olunub".


Casusluqda, FETÖ və PKK terror təşkilatları ilə əlaqələrdə ittiham edilərək 35 il həbsi istənilən amerikalı rahib Endryu Bransonun məhkəmə prosesi başa çatıb. Məhkəmə Bransona 3 il 1 ay 15 gün həbs cəzası verib.

İstintaq prosesində həbsdə qaldığı müddət nəzərə alınaraq rahib barəsindəki ev həbsi və ölkə xaricinə çıxma qadağası aradan qaldırılıb və azadlığa buraxılıb.

Amerikalı respublikaçı senator Lindsey Qraham isə çıxışında deyib ki, ABŞ-da yaşayan Fətullah Gülənin Türkiyəyə verilməsi müzakirə ediləcək: "Sözügedən şəxsin Türkiyə hökumətinə qarşı fəaliyyətinin olduğu ilə bağlı iddiaları araşdırcağıq.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Endryu Bransonun ancaq Fətullah Gülənin Türkiyəyə təhvil verdikdən sonra azad ediləcəyini dəfələrə söyləmişdi. 


Siyasi məhbus, AXCP fəali, şərlənərək həbs edilən Ruslan Nəsirlinin anası Məleykə Nəsirova oğluna qarşı edilən haqsızlığa etiraz edib. M.Nəsirova oğlunun ağciyərində problem olduğunu və 3 dəfə Rusiyada müalicə olunduğunu bildirib: "Deməli, ölkənin əqidəli, intellektual, savadlı insanlarını şərləyib həbsə salırlar, ürəkləri bəs demir işgəcə, zor tətbiq edirlər, yaxınlarıyla görüş və telefon haqqına qadağa qoyurlar, həbs müddətlərini artırırlar, hələ üstəlik, yetmir yenidən işgəncə verirlər. Bunlar vətən xaini deyil, narkoman deyil, rüşvətxor deyil, dövlətin pulunu mənimsəməyib, cinayətkarlıqla məşğul olmayıb, xuliqanlıq etməyiblər, axı bu qədər qəzəb nəyə gərək.

Xalqın ziyalısını, əli qələm tuta bilən, öz haqqını tələb edən insanı həbsəmi salırlar? Onlar ölkə üçün, millət üçün özlərini mübarizəyə həsr ediblər, bir ananın, bu vətənin övladlarıdırlar. Çoxunun sağlıq durumu yerində deyil. Ruslan Rusiyada 3 kurs ciyərindən müalicə alıb, səhhəti həbsxana şəraitinə uyğun deyil.
Günahsız insanları həbsxanalarda məhv etməyin! Bəsdir! Sizləri zülmü durdurmağa səsləyirəm!"

YADDAŞ

Mayın 25-də günün ikinci yarısı AXCP Rəyasət Heyətinin üzvü Aqil Əli Məhərrəm, Ruslan Nəsirli və Babək Həsənli polislər tərəfindən saxlanılıb. Hər üç şəxsin evində axtarış aparılıb.

Hər üç saxlanan şəxsin bütün hüquqları əlindən alınıb. Onların yaxınları ilə nəinki görüşməsinə, hətta telefon danışıqlarına və məktub yazmasına qadağa qoyulub. Üstəlik oktyabrın 8-da hər üç siyasi məhbusu səbəbsiz yerə karsa salıblar. Dünən saat 12-də onları karsdan çıxarıblar.


Hicran Hüseynova: “Situasiyanı dəyişə bilmiriksə, öz yanaşmamızı dəyişməliyik…“

Suallara “Ulduz” jurnalının publisistika şöbəsinin redaktoru, yazıçı-publisist Hicran Hüseynova cavab verir

– Elektron əsr, informasiya cəmiyyəti haqqında nə deyə bilərsiz?

– “Biz istəsək də, istəməsək də, bu böyük günlərin şahidi olacağıq”. Bu sözlər tanınmış rus şairi A. Bloka məxsusdur. Və mənim bu fikri xatırlamağım da təsadüfi deyil, əlbəttə. Xoşbəxtlikdənmi, bədbəxtlikdənmi hər birimiz bu elektron əsrin, dediyiniz kimi, informasiya cəmiyyətinin içində yaşayırıq. Vətənimizi, valideynlərimizi seçmək imkanımız olmadığı kimi, hansı zaman kəsiyində yaşamağımızı da özümüz müəyyən etmirik, təbii. Elə Blokun dediyi kimi, istəsək də, istəməsək də…  A. Blok  “böyük günlər” deyəndə rus inqilabını nəzərdə tuturdu, mənsə kompüter, İnternet əsrini. Qəribədir, Ümumdünya hörümçək toru (ing. World Wide Web) virtual aləmdə “hörümçək” şəbəkələri kimi bir-biriylə əlaqəli səhifələrdən ibarət İnternet üzərində işləyən və www (world vide veb və ya veb) ilə başlayan ünvanlardakı səhifələrin göstərilməsini təmin edən bir servisdir. Biz də bütün əsrdaşlarımızla birlikdə, bir az obrazlı ifadə etsək, bu “hörümçək toru”na düşmüşük və ordan çıxmağımız müşkül məsələdir. Amma məsələyə baxış bucağımızı, yanaşma tərzimizi dəyişə bilərik. Yəni, psixoloqların dediyi kimi, situasiyanı dəyişə bilmiriksə, öz yanaşmamızı dəyişməli, hər şeyin məhz müsbət tərəflərini görüb yararlanmalı, istifadə etməliyik. İnternetin dünyada ən böyük üstünlüyü müəyyən bir xəbərə, informasiyaya anında yiyələnməkdir. Bir düyməyə toxunmaqla dünyanın ən ucqar guşəsində baş verənlərdən, hətta yüz il, min il əvvəl olanlardan ətraflı məlumat ala bilirik. Əvvəllər, tutaq ki, A. Blok haqqında məlumat almaqçün kitabxanaya getməli, yolda, kitabxanada xeyli vaxt itirməliydin. Bu gün isə Qooqle-a daxil olub  “A. Blok” yazmaq kifayətdir ki, şair haqqında rus, ingilis, türk dillərində (Azərbaycan dilində yoxdu, demək olar) məlumat əldə edəsən. Ancaq İnternet asılılığından, alışqanlıqdan özümüzü, xüsusən də gənc nəsli bacardığımız qədər qorumalı, həyatımızın bir hissəsinə çevrilən İnternetin insanları tamamilə zəbt etməsinə yol verməməliyik. Necə deyərlər, hər şey ölçüsündə, qədərində.

– Kitab və İnternet. Bunlar rəqibdi, yoxsa əməkdaş?

– Hippokrat deyirdi ki, biz nə yeyiriksə, oyuq. Bu gözəl kəlamı bir az genişləndirib mütaliə mədəniyyətini də bura əlavə etsək, zənnimcə, çox doğru olar. Çünki biz həm də nə oxuyuruqsa, oyuq. Nə gəldi yemək, necə gəldi qidalanmaq həzm sistemini, tədricən bütün daxili orqanları xəstələndirdiyi kimi, nə gəldi oxumaq da insan mənəviyyatına, daxili dünyasına, ümumən psixikasına zərbə vura bilər. Bir də görürsən, bir ana beşinci, altıncı sinifdə oxuyan övladının Dostoyevskini oxumasından fəxrlə danışır. Olmaz! O məktəblinin hələ yenicə formalaşmaqda olan dünyagörüşü indidən Dostoyevskinin dərin kədəriylə yüklənirsə, qarşıdakı uzun, keşməkeşli həyat yolunu necə keçəcək? Ya da elə dərsliklərimizi, sinifdənxaric oxu kitablarımızı götürək. Bu günlərdə Fasebook-da birinci sinfin əlavə oxu dərsliyindən bir nağıl paylaşmışdılar. Bu mənasız mətndə üç qardaşın bir bacısının düyü artlayarkən göy muncuq tapmasından, sonra muncuğu udaraq hamilə olmasından bəhs edilir. Hər şey bir tərəfə, birinci sinif şagirdinə ana, yaxud müəllim hamiləliyin, həm də qeyri-qanuni (qardaşlar o biri qardaşa deyir ki, apar öldür bu …!) hamiləliyin nə olduğunu necə başa salsın? Dərsliklərimiz haqda çox yazmışam, yenə köhnə dərdim təzələndi. Dərsliklər balalarımızın əsl insan olmağına, həyatda düzgün mövqe tutmağına xidmət eləməlidir. Onların fikrini azdırmağa yox! Sualdan uzaqlaşdım, deyəsən. Əvvəlcə cavabını deyim, sonra açıqlayım. Kitab və İnternet həm rəqibdi, həm də əməkdaş. Bu necə olur, soruşursuz? İnternetdən istifadəyə düzgün yanaşsaq, daha dəqiqi, İnternet xidmətlərindən düzgün istifadə etsək, kitabla əməkdaşlıq və müsbət nəticə görəcəyik. Əksinə, İnternetdən sui-istifadə edib, lazımsız səmtlərə yönəlsək, İnternet kitaba rəqib olacaq. Bir az obrazlı ifadə etsək, İnternetin gözqamaşdırıcı cazibəsi kitabları kölgədə qoyur bu gün. Amma yenə vurğulayıram, insan övladı onda qazanır ki, hər şeyin məhz müsbət tərəflərini görüb istifadə etməyi bacarsın. Məsələn, götürək elə Mədəniyyət Nazirliyinin You Tube-dakı “Kitabsevər uşaqlar” multimedia kanalını. Çox maraqlıdır. Çox sağ olun ki, elektron dünyaya marağın bu dərəcədə artdığı dövrdə İnternetlə kitabı birləşdirmisiz. Əslində, mənə verdiyiniz sualın cavabını da bu elektron kitabların təqdimatıyla vermisiz. Uşaqlar, kiçik yaşlı məktəblilər əldə edə bilmədiyi, yaxud həvəs, vaxt tapıb oxuya bilmədiyi kitabları, nəsr, nəzm nümunələrini, eləcə də maraq doğuran lazımlı məlumatları çox asan şəkildə “Kitabsevər uşaqlar” kanalından izləyə bilər. Bunun nəyi pisdi ki? Məsələn, mən özüm bir müəllif kimi, uşaqlar üçün yazdığım “Ağacların dostu”  adlı hekayəmi kanalınızda (artıq kanalımızda) gözəl, ritmik musiqinin müşayiətilə bir daha oxudum. Olduğundan da gözəl təsir bağışladı. Odur ki, kitabla İnternetin rəqib yox, məhz əməkdaş olması üçün çalışmalıyıq.

– Ümumiyyətlə, Azərbaycanda mütaliə problemi var, ya yox?

– Əlbəttə, var. Bütün problemlərin başında da elə mütaliəsizlık durur, düşünürəm. Səbəbi İnternet asılılığında görürük, bu, aydın. Mən ikinci səbəb kimi şagird və tələbələrin dərs yükünün ağır, bezdirici olmasını göstərərdim. Həmişə ətrafımda olan şagird və tələbələrə dərslərində kömək edirəm. Ona görə də məlumatlı insan kimi əminliklə deyirəm: dərsliklərimiz o qədər məzmunsuz tapşırıqlarla doludur ki, evə verilən çalışmalar o qədər mənasız və üzücüdür ki, şagird və ya tələbənin bunların öhdəsindən birtəhər gələndən sonra əlavə nəsə oxumağa nəinki həvəsi, heç vaxtı da qalmır. Bəs məktəb yaşlı uşaq, yaxud tələbə gənc ətraf aləmlə nə vaxt tanış olmalıdı?! Təhsili başa vurandan sonra da iş tapıb işləmək, sosial qayğılar – bir sözlə, zindəganlıq…

Adi səviyyədə dolanışıq üçün bu gün çoxu iki yerdə işləyir, kitabı harda oxusun?

– Sizcə, bu gün Azərbaycanda hansı janr daha çox oxunur?

– Məncə, detektiv janrı daha çox oxunur. Bir də “Milyonu necə qazanmalı?”, ” Özünə inamı necə yaratmalı?”, “Sağlamlığın sirləri”, “İnsanlara necə təsir etməli?” kimi bu qəbildən olan kitablar…

– Deməli, sizcə, əsrin problemləri, sosial çətinliklər oxucular arasında kitab seçiminə təsir göstərir.

– Bəli. Sadaladığım adlar bunu açıq-aydın göstərir.

– Siz özünüz daha çox hansı kitablara, hansı müəlliflərə müraciət edirsiz?

– Fransız filosofu E.Littrenin belə bir deyimi var: “Elmdə yenilikləri, ədəbiyyatda klassikləri oxuyun”. Hələ tələbəykən oxuduğum bu fikir o qədər ürəyimə yatıb ki… Hər dəfə də bu dəqiq yanaşmaya heyran qalıram. Məsələ ondadır ki, elm daim inkişafdadır, az qala hər yeni gündə nəsə kəşf olunur, ədəbiyyatda isə… klassikləri kim əvəz edə bilər? Onlar hər şeyi yaşayıb, yazıb gediblər… Bizə isə o dühaların dediyindən, yazdığından düzgün (!) nəticə çıxarmaq qalır. Bu gün bizim yazdıqlarımız Nizamilərin, Füzulilərin, Sədilərin, Rumilərin yazdığının suyunun suyudur, Molla Nəsrəddin demiş… Qoy yazar dostlarım məndən inciməsin, özüm də yazaram.

…Mən daha çox rus ədəbiyyatını sevirəm, A.S.Puşkin dalğınlığını, M.Y.Lermontov poetikasını, K.Q.Paustovski sakitliyini, L.N.Tolstoy dəqiqliyini, bənzərsiz N.V.Qoqol müqayisələrini… Bir də qəlbimdəki uşaq get-gedə balacalaşdığından uşaq vaxtı oxuduğum sevimli kitablarımı təzədən dönə-dönə mütaliə edirəm – A.K.Vestlinin “Ata, ana, nənə və səkkiz uşaq meşədə”, A.Lindqrenin “Uzuncorab Peppi”, H.X.Andersenin nağılları, A.N.Tolstoyun ” Qızıl açar və ya Buratinonun macəraları”, K.D.Uşinskinin, V.Y.Draqunskinin,R.Kiplinqin uşaq hekayələri…

Mütaliədə və mətnin mənimsənilməsində elektron, yoxsa ənənəvi kitab, hansına üstünlük verirsiz?

– Mən kitabların böyüdüb tərbiyə etdiyi nəslin nümayəndəsi olaraq daha çox kitabla təmasa üstünlük verirəm, təbii. Kitabın verdiyi enerji nəsə  fərqli bir doğmalıq hissi yaradır. Amma mətnin elektron mənimsənilməsinə də müsbət baxıram, hər şeydə nəticəni görənlərdənəm yəni. Əsas nəticədi. Atalar demiş, tüstü bacadan düz çıxsın.

– Prezidentimizin sərəncamları ilə çoxlu sayda kitab nəşr olunub. Sizcə, onları daha geniş oxucu kütləsi arasında təbliğ etmək üçün hansı tədbirlər görülməlidir?

– Bəli. Çoxlu sayda və çox gözəl tərtibatda. Düzdür, orfoqrafik səhvlərə rast gəlirik. Amma, ümumiyyətlə, kitablar gözəl bir şəkildə nəşr edilib oxucuya təqdim olunur. Kitabxanaların, sizin kimi işini sevən biblioqrafların da üzərinə çox böyük məsuliyyət düşür. Siz bütün qüvvənizlə, sevginizlə buna çalışırsız.

Amma hər bir vərdiş, düşünürəm, ailədən başlamalıdır. Valideynlər, xüsusən də ana övlada düzgün yaşamağı öyrətməlidir. Elə oxu saatı, mütaliəyə həvəs də düzgün həyat tərzinin bir hissəsidir. Mən bu gün də hazırda tələbə olan övladımla birgə oxuyuram, istər dərs kitabı olsun, istər bədii ədəbiyyat. Sonra oxuduğumuzu müzakirə edib fikirlərimizi bölüşürük. Bu vərdiş mənə ailəmdən keçib. Rəhmətlik atam Vaqif Hüseynov tanınmış, sayılıb-seçilən ziyalılardan idi. Əməkdar müəllim, Maarif əlaçısı idi. Qarşısındakı hər bir uşağa gələcəyin ziyalısı kimi baxırdı. Evdə böyük bir kitabxanamız olsa da, məni həmişə uşaq kitabxanasına aparar, kitabxanaçı xanımın məsləhətləri əsasında  uşaq ədəbiyyatıyla tanış edərdi. Oxuduğum kitabların məzmununu danışmaqla bərabər, həm də yadımda qalanları yazardım atamın istəyi ilə. Oxu, həm də yazı vərdişim beləcə formalaşdı. Əmimin həyat yoldaşı Sevil xanım qızlarıyla yanaşı, mənə də uşaq kitabları alıb hədiyyə edərdi. Xalam Füruzə xanımı da, qardaşım Aqili də, rəhmətlik anam Qərənfil xanımı da həmişə kitab oxuyan görmüşəm. Ən yaxşı təsir forması, tərbiyə də, bildiyimiz kimi, şəxsi nümunədir. Odur ki, valideynlər övladlarını təkcə paltar və yeməklə təmin etməyi düşünməməlidir. Biz insan yetişdiririk! Valideynlərdən sonra bağça, məktəb və ali təhsil müəssisələrindəki müəllimlər bunun qayğısına qalmalıdır. Məsələn, sinif rəhbərləri şagirdlərlə birgə müəyyən vaxt ayırıb kitabxanalara gəlsə, uşaqlarda düzgün oxu vərdişi aşılasa, bundan heç kim zərər çəkməz. Qoy  ayda iki dərs saatı kitabxanada keçirilsin, bundan cəmiyyətimizə yalnız xeyir gələr.

– Bu gün kitab təqdimatlarının keçirilməsi aktualdırmı?

– Kənardan baxanda aktualdır, yaxından baxıb saf- çürük edəndə isə… Mən son illər belə təqdimatlarda, demək olar, iştirak etmirəm, əvvəllər tez-tez gedərdim. İnanın, o qədər boğazdan yuxarı tərif deyənlər var ki… Və o tərif deyənlərin doxsan faizi, görürsən ki, təriflədiyi kitabdan xəbərsizdi. Bu, faciədir! Tək kitablara görə yox, həm də insan xarakterinin deqradasiyasıdır bu. Ürək ağrıdan… Bəllidir ki, o təriflər, xoş sözlər sabah qarşılığını  öz ünvanına eşitmək üçün yağdırılır. Nə edim ki, süniliyi sevmirəm… Amma, yəqin ki, bu saxtalıqlar da bir gün dəbdən düşəcək, adamların bəsirət gözü açılacaq.

(“Ədəbiyyat qəzeti”)


Hələ uşaqlıqdan “zindan, ayrılıq, türmə yolları” hafizəmdə silinməyən sözlərdəndi. Atamın yana-yana sürgün həyatından danışdıqları, həbsxana divarları arasında anasının beş azyaşlı uşaqla yaşadığı məşəqqətlərə qulaq asdıqca bizm də həəyacandan dolan baxışlarımız sanki yaşananlara deyil ...qorxulu nağıllara qulaq asırdıq. İllər sonra haqq-ədalət yerini alsa da, atam dünyasını dəyişənə qədər, o nisgilli illəri unuda bilmədi, bu təbii idi. Uşaqlıq xatirələri yaddaşımızın silinməyən kodunda möhkəm oturan kitabdır! Eh… sən demə onilliklər keçəcək yenidən formaca fərqli, məzmunca 37 qayıdacaq. Bu dəfə daha çətin, daha cıddi. İndi də bizim nəsil şərlənərək, haqq-ədaləti deməkdən çəkinməyənlərın divanına, zülmünə şahidlik edəcək. Və bu acı reallığın ən dəhşətli cəhəti xeyrlə-şərin cəngində ən çox zülm çəkən körpə balalarımız… Bizim yaşama səbəbimiz olan körpə fidanlarımız!..

Fikrət bəy, bir bilsəniz sizin qapının zəngini çalmaq nə qədər çətindi!? Hər dəfə, hər dəfə özümü nə qədər toparlasam da alınmır. “Müəllimə gəldi, müəllimə gəldi” deyib, isti, şirın nəfəsilə boynuma sarılan Atanazımla, Əlimin həmən həsrətdolu baxışlarını sakit seyr etmək, uşaq qəlbinin dililə deyə bilmədikləri ”bəs atamız niyə gəlmir..axı..?” sualdolu baxışları cavablandırmaq… bir qədər sonra ata həsrətini rəngli karandaşlarla ağ vərəqə köçürüb, sonra da mənə həvəslə göstərib, ”baaax, müəllimə, bu atadı! Bu Əlidi, bura park, bu da ana” deyib, ata qoxusunu rəsmlərdə axtaran mələksimalı balara sakit baxmaq, insandan ürək istər, ÜRƏK!

43756842 242893073049947 2208250133793996800 nBir səmimi, şirin baxışla rastlaşıb dolmuş bulud kimi həmən ağlamağa hazır olan, siz gedən gündən doğma evinin divarları arasında çabalayan, günləri deyil saatları hesablayan, oyuncaq məhkəmələrin oyuncaq qərarlarına var gücüylə etiraz edib, hacırcavablığı, mərdanəlilə yalaq məmurları divara dirəyən Təbriz gözəlim Faiqəmə təskinlik üçün beynimdə quraşdırdığım cümlələrimi unuduram. Zülmün ərşəyə dayandığı bu olmalı məncə də. Heç istəmədən sizi də üzdüm. Əslində demək istədiyim ən vacib məqama köklənmək istəyirəm, illərdir böyük amallar üçün doğulanların, haqq-ədalət bayrağını hər şeydən uca tutanların, dini-imanı yolunda şərəflə addımlayanların şərlənərək “vətən xaini, narkotik aludəçisi” adıyla şər maşınının təkərləri altında neçə-neçə canı canımızdan, dini dinimizdən olan insanların qaranlıq zindanlara atılması, insanlıq adına ləkə olan aqibəti göz qabağında. Atasızlıq, övladsızlıq imtahanına məhkum edilmiş kədər rənginə boyanmış əzizlərimiz heç vaxt mənən zəngin ruhlarının ölməsinə imkan vermədilər və verməyəcəklər. Onlar zülmət içində parlayan bir yaşıl işıq! O işıgı heç vaxt nəinki söndürə, azca da olsa zəiflədə bilməz. Və bu işığı görmək üçün özün bir nur zərrəsi olmalısan, yarasaların bu işıqı görməməsi günəş qədər parlaq amallar uğrunda mücadilə edənlərin nurunu heç vaxt azaltmaz! Buna əmin olsunlar. Əmin olsunlar ki, fikrətlərin, talehlərin, fuadların, seymurların, gözəllərin, asiflərin arxasında faiqələr, leylalar, zümrüdlər, nigarlar və başqaları zalımın zülmünə boyun əyməyən, əqidədaşlarımız, canlarımız var.

P.S. İnsan dəli olmaq həddinə çatır bəzən....

Jalə Cəfərova

Milli Mədəniyyətin Təbliği ictimai birliyinin sədri, ictimai xadim


Almaniyada Köln şəhərinə gedən sürətli qatar qəfil alışaraq yanıb. AzEuroNews.com xəbər verir ki, hadisə Frankfurtdan Köln şəhərinə gedən sürətli qatarda (ICE) baş verib. Belə ki, içində 510 sərnişinin olduğu sürətli qatarın ön vaqonlarından biri qəfildən alovlanıb. Sərnişinlər dərhal təxliyyə olunub, hadisə yerinə yanğınsöndürənlər gəliblər. Yanğın qısa zamanda söndürülsə də, vaqonlardan biri tamamilə yanaraq kül olub. 

Xoşbəxtlikdən yanğın nəticəsində xəsarət alan olmayıb.

Yanğınla bağlı Siqburq və Montabaur şəhərləri arasındakı qatar reysləri dayandırılıb, A3 avtobanında uzun tıxac meydana gəlib. 


Bildiyimiz kimi 2019-cu ildə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları, eyni zamanda IX və XI siniflər üzrə buraxılış imtahanları yeni formatda keçiriləcək. Bu da labüd idi. Birincisi ona görə ki, ölkə təhsili 2008-ci ildə kurikulum standartları ilə tədris prosesinə keçib və həmən şagirdlər 2019-cu ildə XI sinifi bitirirlər. Onların təhsil aldıqları müddətdə ətdə etdikləri bilik və bacarıları ənənəvi qaydada yoxlamaq, ölçmək mümkün deyildi. Ona görə də qiymətləndirilməyə yeni yanaşma tələb olunurdu. İkincis isə Azərbaycan təhsili müasir çağırışlara cavab verməyi, bilik və bacarıqları müasir standartlara cavab verən şagird, şəxsiyyət yetişdirməyi qarşısına hədəf kimi qoyub. Artıq ölkə təhsili yaddaş məktəbindən təfəkkür məktəbinə keçib.

Təhsil eksperti Kamran Əsədov DİM-in qəbul imtahanlarında ingilis dili fənni ilə bağlı etdiyi dəyişiklikləri BAKU.WS-ə şərh edib.

Eksper deyib ki, bu dəyişikliklə 2019-cu ildə tətbiq edilən yeniliklərin hər birini ayrı-ayrılqda təhlil etdikdə ən ciddi problemin xarici dil fənnindən ortaya çıxdığı məlum olub:

Məlum olduğu kimi bir müddət əvvəl DİM xarici dil fənni üzrə həm IX, həm XI siniflərdə keçiriləcək imtahan modelini verdi. Təqdim olunan imtahan modelini araşdırarkən bir çox anlaşılmazlıqlar və suallar ortaya çıxdı. Təəssüf ki, bu modelin hazırlanmasında Təsil Nazirliyi Dövlər İmtahan Mərkəzi ilə bərabər işləyib. Amma belə başa düşülür ki, Təhsil nazirliyi bu modelin hazırlanmasında ancaq seyrici mövqeyində dayanıb. Yoxsa Xarici dil fənni ilə bağlı sadalanan ciddi qüsurlar ortaya çıxmazdı:

1. Xarici dil üzrə orta məktəb dərsliklərində dinliyib anlama məzmun xətti üzrə standartlar tamamilə yerinə yetirilmədiyi halda( nə disk və ya nə kasset və ya heç bir dinləmə aparmaq üçün vəsait olmadığı halda ) imtahana dinləyib anlama üzrə tapşırıqlar salınması nəyə əsaslanıb? Axı TQDK-nın və TN-nin dərsliklərin monitorinqi komissiyasının hal hazirkı dərsliklərdə dinləyib anlama məzmun xətti üzrə standartların yerinə yetirilməsi barədə rəyi mənfi olmuşdur. Müəllimin dinləyib anlama məzmun xətti üzrə standartları yerinə yetirməsi üçün dərsliklərdə tapşırıqlar demək olar ki yoxdur. Eyni zamanda bütün dəsliklərdə disk və audio vəsait nəzərdə tutulmadığı halda DİM-in audio vəsaitlə imtahan aparması nə dərəcədə düzgündür?

2. Xatırladaq ki orta məktəblərdə xarici dil fənni üzrə hal hazırda işlək olan bütün dərsliklər , əsasən də 1-ci 2-ci 3-cu və 5-ci sinif dərsliklərini isə ümumiyyətlə tədrisə yararlı deyil.

1-ci sinifdən 8-ci sinifə qədər dərsliklərdə dinləyib anlama məzmun xətti üzrə standartların yerinə yetirilmədiyini ,məzmunun yalnız ele buna görə 1/4 hissəsinin mənimsənilməyəcəyini xüsusi ilə qeyd etmək lazımdır . Əlavə edək ki, IX-XI sinif dərsliklərində də çoxlu səhvələr var və onlarda da dinləyib anlama məzmun xətti üzrə standartların yerinə yetirilməməsi göz qabağındadır.

3. Azərbaycanda 90% məktəbin və müəllimin dinləyib anlamanı özü yerinə yetirmək üçün texniki vəsaiti yoxdur. ( "dərsliklərdə yoxdursa müəllim özü dinləmə etsin” deyənlərə cavab) Bu halda təxminən 200 000 şagird ( həm IX, həm XI siniflər üzrə) dinləmə ilə yalnız imtahan otağında tanış olacaq. Və bu qədər şagirdin taleyi ilə oynamaq nə dərəcədə doğrudur?

4. Həftədə 1- 4-ci siniflərdə cəmi 1 saat, 5-8 ci siniflərdə 3 saat ,9 –cu sinifdə 2 saat dərs saatı olan ingilis dili fənnindən 9-cu sinifin buraxılış imtahanında 2 mərhələli olmaqla 45 sual ( 15-tapşırıq 1-ci mərhələdə , 30 test isə 2-ci mərhələdə) salmaq nə dərəcədə düzgündür?

5. DİM-n modelinə əsasən 9-cu siniflərin buraxılış imtahanının 11-ci siniflərə nisbətdə daha çətin verilməsi aydınlaşır. Yuxarida da qeyd etdildiyi kimi tam orta təsili bitirməmiş və 11-ci siniflərdən aşağı pillədə olan , yaş xususiyyətləri nəzərə alınmayan 9-cu siniflərdə 2-mərhələ üzrə xarici dildən 45 suala , onlardan yuxarı pillədə olan 11-ci sinif şagirdlərinin isə 30 suala cavab vermələri nəyə əsaslanır?

6. DİM-in modelinə əsasən Xarici dil fənnindən imtahan 9-cu və 11-ci siniflərdə Ana dilindən və Riyaziyyat imtahanından da çətin verilmiş və bir neçə standartın yerinə yetirilməsini tələb edir. Belə ki həftədə 5-6 saata keçilən Ana dili və Riyaziyyat fənnindən yalnız 1 və ya 2 məzmun xətti üzrə standart yoxlanılırsa və şagird öz Ana dilindən dinləyib anlama tapşırıqları etmirsə, xarici dil fənnindən 3 məzmun xətti üzrə standartların yoxlanılması və dinləyib anlama tapşırıqları verilməsi nə dərəcədə düzgündür?

7. Ana dili və Riyaziyyat fənnlərindən əvvəlki illərdə köhnə model üzrə açıq suallar salınması və 9-cu siniflərdə həmən fənnlərdən buraxılış imtahanı keçirmək təcrübəsi olduğu üçün həmən fənnlərdən bu ilki imtahanlarda bir yenilik yoxdur , müəllim və şagirdlər buna hazırlıqlıdırlar. Yəni şagirdlər Ana dili və Riyaziyyatdan imtahan verərkən artıq həm psixoloji cəhətdən həm də bacarıq cəhətdən buna hazırdırlar. Xarici dildən isə şagirdlər bu il həm yeni modellə tanış olurlar, həm 9-cu sinifdə ilk dəfə xarici dil imtahanı verirlər ,həm açıq suallar bu ildən salınır, həm də dinləyib anlama tapşırıqları verilir. Hansi əsasla? Ingilis dili ana dili deyil, dövlət dili deyil , yuxarıda da qeyd etdiyim saatlarla, çox zəif dərsliklərlə keçilən xarici dildir. Və bu xarici dilin öyrədilməsi yalnız xarici dil müəllimlərinin fədakarlığının və repititorluğun nəticəsidir.

8. Oxu, yazı və dil qaydaları ilə bağlı həm Təsil Nazirliyinin, həm də Dövlət İmtahan Mərkəzinin nəşr etdirdiyi yüzlərlə vəsait və kitab var. Lakin dinləyib anlama etmək üçün nə Təsil Nazirliyinin nə də DİM –in bir dənə də audio vəsaiti yoxdur. Belə olan halda imtahan modeli nəyə əsasən dinləyib anlama tapşırıqları ilə verilib. Əlbəttə yenə deyəcəklər ki internetdə milyonlarla vəsait var , açıb etsinlər. Onda sual doğur DİM –in bu modeli dərsliklər əsasında yaradılıb ya internet əsasında . Eləcə də heç Bakının bəzi məktəblərinin netə çıxışı yoxdur ,o ki ola ucqar Neftçala rayon Dördər kənddəki müəllimin. Soruşmaq istərdim o məktəblərin uşaqları nə edəcəklər?

9. Buraxılış imtahanlarında dinləmənin necə aparılacağı da sual doğurur. Dünyanın heç bir ölkəsində xarici dildən dinləyib anlama digər fənnlərlə birlikdə , eyni auditoriyada aparılmır. Belə ki Listening aparılarkən şagirdlər həm ana dilindən , həm də riyaziyyatdan tapşırıqlar etməli olacaqlar. Verilən 3 saatın hansı anında dinləyib anlama aparılacaq? Bəlkə şagirdlər riyaziyyat və ya ana dili tapşırıqları edəcəklər və onlara "testi dayandırın və indi mətnə qulaq asıb xarici dil tapşırıqları edin” deyiləcək və ya əvvəldə qulaq asıldıqdan sonra riyaziyyat və ana dili testləri ilə birlikdə edəcəklər? Bu heç bir Listining imtahanında edilmir. Heç bir ölkədə belə təcrübə yoxdur. Şagirdlər dinləyib anlamanı yalnız həmən dildən olan imtahanın tərkib hissəsi kimi edə bilərlər, digər fənnlərlə qarışıq edilməsi həm psixoloji həm pedoqoji cəhətdən düzgün deyil.

10. Xarici dildən dinləyib anlama və oxu imtahanı etmək üçün şagirlər xarici dildən akademik Listening keçməli, həftəlik dərs saatları ən azı 5 saat olmalı , dərsin müddəti 90 dəqiqə olmalı və bunlara müvafiq dərsliklər və tədris audio vəsaitləri çap olunmalıdır. Bunlar olmadığı halda həftədə 2 saat və hər dərsdə 45 dəqiqə ilə ( və həmən 45 dəqiqədə həm oxu, həm yazı , həm danışma, həm də dinləyib anlama yerinə yeririlmələdir) hansı Listening imtahanından söz gedə bilər?

11. Dərsliklərin səviyyəsinin həddən artıq aşağı olması, standartların tam yerinə yetirilməməsi, xarici dil imtahanlarının bu qədər çətinləşdirilməsi repititorluğa və digər yollara daha geniş vüsət vermirmi? Şagirdlər və valideyinlər hansı çıxış yolu tapmalıdırlar ? Valideyinlər elavə müəllimlər tutub ( bəzi sinif müəllimləri heç özü listening –i etməyi bacarmır) , əlavə xərc çəkib övladlarına Listening( dinləmə) və Reading (Oxu) oyrətməlidirlər?

12. Eyni zamanda soruşmaq istərdim imtahanların xarici dil fənnindən bu modeli harada müzakirə olunmuşdur? Təsil Nazirliyinin və DİM-in hansı ekspertləri bu modelə cavabdehdir? Onlar məgər dərsliklərlə və rəylərlə tanış deyillər? Təhsil Nazirliyi audio vəsaitlərin olmadığı və dinləmə anlama məzmun xətti üzrə standartlarin yerinə yetirilmədiyi barədə məlumata malik deyilmi, Niyə bu model tətbiq edilməmişdən əvvəl həm TN, həm də DİM-də açıq müzakirəyə çıxarılmırdı, niyə imtahana 6 ay qalmış minlərlə müəllimin rəyi nəzərə alınmır və şagirdin taleyi ilə oynanılır?

Ayrı – ayrılıqda sinif kitabları üzrə xarici dil fənnindən standarların reallaşma vəziyyəti belədir:

1-ci sinif dərsliyi

Məzmun standartlarının mütənasibliyi bəzi hallarda gözlənilməyib (1.1.3, 2.1.1, 2.1.2, 2.1.3, 2.1.4). Dinləyib-anlama standartının tam yerinə yetirilməsi üçün əlavə disk nəzərdə tutulmayıb. Bu isə dinləyib-anlama və danışma məzmun xətlərinin yerinə yetirilməsinin tam reallaşdırılmasına imkan vermir. Belə olan halda şagirdin dinləyib-anlama bacarıq və vərdişlərinə yiyələnməsi çətinləşir.

2-ci sinif dərsliyi

Burada dinləyib-anlama, danışma, ilkin tələffüz bacarıqlarına yiyələnmə, söz birləşmələri və sadə cümlələri təkrar etmək üçün lazım olan materiallar verilmişdir. Lakin audio disk verilmədiyindən, dinləyibanlama məzmun xətti üzrə alt standartlar tam reallaşdırılmamışdır. Deməli, iki məzmun xəttindən birinin yerinə yetirilməsi məhduddursa, bununla əlaqədar olaraq digərinin reallaşması çətinləşir. Dərslik təlimin şagirdyönlülük prinsipinə qismən imkan verir.

3-cü sinif dərsliyi

Dərslikdə dinləyib anlama standartları yerinə yetirilməməşdir

4-cü sinif dərsliyi

Dərslikdə 1.1.3. (Verilmiş mətndə yeni sözləri müəyyən edir.), 2.1.2. (Nitqində tələffüz qaydalarına yiyələndiyini nümayiş etdirir.), 4.1.1. (Eşitdiyi sözləri və sadə cümlələri düzgün yazır.) alt standartlarının yerinə yetirilməsi ilə bağlı tapşırıqlar verilməmişdir və bu alt standartların yerinə yetirilməsi üçün (tələffüz, intonasiya) izahat və ya nümunəyə rast gəlinmir.

5-ci sinif dərsliyi

Dinləyib-anlamanın 1.1.2. (Dinlədiyi mətndə yeni söz və ifadələri seçir.), danışma məzmun xəttinin 2.1.1. (Yeni söz və ifadələrdən düzgün istifadə edir.), oxu məzmun xəttinin 3.1.1. və 3.1.2. (Söz və ifadələri seçir və qruplaşdırır, mətndəki 3 sözləri düzgün tələffüzlə oxuyur.) və yazı məzmun xəttinin 4.1.1. (Verilmiş sözləri məna və qrammatik cəhətdən əlaqələndirərək cümlələr qurur.) alt-standartları üzrə dərslikdə sözlərin təqdimatı da qeyri-qənaətbəxşdir.

6-cı sinif dəsrliyi

Dərslik komplektinə audio vəsait daxil olmadığından, dinləyib-anlama məzmun xətti üzrə standartları tam reallaşdırmaq mümkün olmur. Dinləyib-anlama məzmun xəttinin yerinə yetirilməsi üçün vacib olan tapşırıqlar dərslikdə verilməmiş, MMV-də müəllimlərə nümunə kimi göstərilməmişdir. Hər dərsin əvvəlində "Listening-speaking”, "Listening-reading” başlıqları altında 2 (bəzən 3) sual verilsə də, dinləyib-anlamanın necə aparıldığı aydın olmur.

7-ci sinif dərsliyi

Dərslik komplektinə disk daxil olmadığından, dinləyib-anlama məzmun xətti üzrə standartlar tam reallaşmamışdır. Bu məzmun xəttini reallaşdırmaq üçün bəzi tapşırıqlar verilmişdir (səh.13, tapşırıq 2; səh. 103, tapşırıq 2; səh. 120, tapşırıq 2 və s.). Lakin bu tapşırıqlar əsasən "Qulaq as” və "Tamaşalaşdır” başlıqları ilə verildiyindən, 1.1.1. ("Müraciətlərə uyğun tapşırıqları icra edir”) və 1.1.2. ("Dinlədiyi mətndəki əsas fikri müəyyən edir”) alt standartlarının tələblərinin reallaşmasına kömək etmir.

8-ci sinif dərsliyi

Dərslik komplektinə disk daxil olmadığından, dinləyib-anlama məzmun xətti üzrə standartları tam reallaşdırmaq mümkün olmur. Dərslikdə yalnız iki səhifədə (səh. 83 və 121) "Listen” başlıqlı tapşırığa rast gəlinir.

9-cu sinif və 10 və 11-ci siniflərin monitorinqi köhnə dərsliklər üzrə aparıldığı üçün onlardan nümunələr vermirəm. Yalniz uzun illər dərslik eksperti olduğumdan və bütün standartların reallaşdığı dərslik yazıb, tenderden keçməyən müəllif kimi deyə bilərəm ki, bu sinif dərsliklərində də 1.1 dinləyib anlama standartı tamamilə reallaşmayıb, çünki Listening aparmaq üçün disk yoxdur, eyni zamanda Listening başlığı ilə verilən tapşırıqların hamısı oxu materialıdır çünki dinləyib anlama zamanı şagird mətni görməməli yalnız mətni dinləyib tapşırıqları etməlidir. Əgər mətn dərslikdə verilibsə ,bu oxu materialıdır.

Ümumiyyətlə yuxarıda sadalanan butun siniflər üzrə heç bir sinif dərsliyində dinləyib anlama tam yerinə yetirilməmişdir və audio vəsait nəzərdə tutulmamışdır.

IX və XI siniflərin buraxılış imtahanlarında ingilis dili fənninin 1) ilk təcrübə olduğunu, 2) dinləmə bacarıqlarının, bunun üçün məktəblərdə resurs olmadığını nəzərə alaraq dinləmə bacarıqlarının reallaşdırılıb-reallaşdırılmamasını yoxlamaq-ölçmək gülüncdür. Attestat imtahanlarının minimum bilikləri ölçməli olduğunu nəzərə almalıdırlar, eyni zamanda reallıqla barışmalıdırlar.

Çox maraqlıdır ki, Neftçala rayon Dördlər kəndində informatika dərslərində şagird kompüter üzü görmürsə, harada internetdə ingilis dilinə hazırlaşa bilər? Dinləmə haqda heç bir vəsait, heç bir disk və s. yoxdursa, bu şagird dərsdə bunu mənimsəmirsə, bəs necə imtahan verəcək?

Əlbətdə ki, bu bacarıqlar formalaşmalıdır. Amma bunu şagird etməməlidir. Təqdim olunun imtahan modeli onu göstərir ki, imtahandakı müsbət nəticələr Təhsil Nazirliyi və DİM-in nəticəsi deyil, şagird və müəllimlərin fərdi işinin, fəaliyyətinin nəticəsidir.

Təbii ki, xarici dil dedikdə təkcə İngilis dili nəzərdə tutulmur. Eyni zamanda alman, fransız, rus, ərəb, fars dilləri üzrə də dinləmə modelli test tapşırığı təqdim olunacaq. Amma İngilis dilindən fərqli olaraq bu dillər üzrə ümumiyyətlə resrurs, vəsait yoxdur. İngilis dili müəllimləri ən pis halda xarici ölkə resurslarından, internet resurslarından istifadə edib ortaya bir şey çıxara bilirlər, alman, fransız, rus,ərəb, fars dilləri üzrə heç bir material, test tapşırığı nümunəsi yoxdur.

DİM mövcud olmayan şeydən necə imtahan keçirə bilər? Belə çıxır ki, DİM məqsədli şəkildə imtahanları çətinləşdirib repititor və hazırlıq kurslarına şərait yaradır.


Oktyabrın 11-də Suraxanı rayonunun Hövsan qəsəbəsində saxlanılan Müsavat Partiyasının üzvü Azad Həsənovun harada saxlandığı bilinmir. 

Bu barədə "Basta”ya vəkil Osman Kazımov məlumat verib.

"Suraxanı Polis İdarəsində mənə bildirdilər ki, burada müvəqqəti saxlama təcridxanası təmirdə olduğu üçün gətirilənlər Xəzər Rayon Polis İdarəsindəki təcridxanaya aparılır, ora ilə əlaqə saxlayın. Xəzər polisindən də bildirdilər ki, bizə Azad Həsənov adlı adam gətirilməyib. Onun harada olması ilə bağlı Baş Prokurorluğun və Ombudsman aparatının qaynar xətlərinə müraciət etmişəm. İndiyə qədər onun harada olduğu barədə sorğulara cavab verilməyib. Bu gün həmçinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində oldum. Orada da deyiblər ki, burada belə adam yoxdur. Azad Həsənov faktiki olaraq itkin düşüb, onun həyatı təhlükədədir”, – deyə Osman Kazımov bildirib.

Vəkil deyib ki, əgər Azad Həsənovun barəsində hansısa cinayət işi, yaxud axtarış olsaydı, onu hava limanında saxlayardılar: "Amma o, xaricdən gələrkən hava limanında saxlanmayıb, sərbəst evə gedib və yalnız evinə çatdıqdan bir neçə saat sonra oğurlanıb”.

Fəalın saxlanması ilə bağlı Müsavat Partiyası da bəyanat yayıb.

Bəyanatda deyilir ki, Azərbaycan hakimiyyətinin azad düşüncə sahiblərinə qarşı repressiyası davam edir: Müsavat Partiyası Suraxanı rayon təşkilatının üzvü Azad Həsənov bu represiyanın növbəti hədəfidir.

Siyasi mühacir kimi Litvada yaşayan Azad Həsənov oktyabrın 11-də ölüm ayağında olan xəstə atasına baş çəkmək üçün Bakıya gəldikdən bir neçə saat sonra yaşadığı Hövsan qəsəbəsində özlərini polis kimi təqdim edən mülki geyimli şəxslər tərəfindən tutulub və 662 dövlət nömrə nişanlı qara Hundai avtomobili ilə naməlum ünvana aparılıb.

Azad Həsənovun saxlanmasının səbəbləri barədə onun ailə üzvlərinə heç bir məlumat verilməyib. Bir sutkadan artıq vaxt keçməsinə baxmayaraq, onun ümumiyyətlə harada saxlandığı barədə heç bir məlumat almaq mümkün olmayıb. Azad Həsənov faktiki olaraq itkin düşüb və onun həyatı təhlükədədir.

Müsavat Partiyası hakimiyyətdən qisasçılıq və repressiya siyasətinin dayandırılmasını, hüquq-mühafizə orqanlarından Azad Həsənovun harada olduğu barədə dərhal məlumat verilməsini, əgər həbs edilibsə, azad olunmasını tələb edir.

Müsavat Partiyası bütün hüquq müdafiə təşkilatlarını, o cümlədən Ombudsman aparatını Azad Həsənovun həyatına olan təhlükənin aradan qaldırılması istiqamətində tədbirlər görməyi çağırır”.



Son vaxtlar sosial şəbəkələrdə taksi xidmətlərinin istifadəçiləri əsasən operatorların qeyri-peşəkar və məsuliyyətsizliyindən şikayətlənir. Sosial şəbəkələr və media üzərində aparılan araşdırmalar göstərir ki, demək olar, eyni problem bütün taksi xidmətləri ilə bağlıdır. Bir sözlə, "198", "*9911", "8111", "8555" və digər xidmətlər də eyni problemi yaşayır. Şikayət olunan taksi xidmətlərindən biri də "*9933" taksi xidməti ilə bağlıdır. Şikayətçilər yazır: ""*9933" xidməti digər xidmətlərdən ucuz və operativ olsa da, burada şikayət əsasən, daxili idarəetmə ilə bağlıdır. Belə ki, bu xidmətdə çalışan və uzaqlaşdırılan istifadəçilər əsasən buradakı "Gestapo" rejimindən narazıdırlar".

Xeber.info-nun elektron ünvanına daxil olan şikayətdə göstərilir ki, bu xidmətin Tibilisi prospektində yerləşən ofisində dözülməz şərait hökm sürür: "Belə ki, burada çalışan 70-ə qədər işçinin hüququ kobud şəkildə pozulur. "Əməkdaşların çoxu ilə rəsmi müqavilə bağlanmır. Ofis isə həddindən artıq qapalı bir məkandır. Burada pəncərə və havalandırma sistemi yoxdur. Mətbəx ümumiyyətlə yoxdur, işçilər yeməklərini oturduqları iş stolunda yeyirlər. Tam bir dözülməz şərait var və hər gün bir neçə əməkdaşın halı pisləşir. Etiraz edənlər isə kobud sözlərlə qarşılaşır, bəzən hətta hədələnərək işdən qovulur. Bu xidmətin deputat Aydın Mirzəzadəyə də yaxın şəxslərin olduğu iddia olunur", - şikayətdə deyilir. Məlumatda deyilir ki, etiraz edən bir neçə xanım əməkdaş işdən qovulub: "Onları qovdular ki, gedin hara deyirsinizsə, etiraz edin. Sonra müqavilənin olmaması və kobud davranışın olduğunu düşünərək, geri qaytardılar". Problemlə bağlı "*9933" taksi xidməti ilə əlaqə saxlaya bilmədik. Şikayətçilər ofisin ağır şəraitinin əks etdirən videogörüntünü də xeber.info-nun elektron poçtuna göndəriblər. Həmin görüntüləri təqdim edirik:


6 -dən səhifə 266