Javid Jabbarli

Javid Jabbarli

Vətəndaş və İnkişaf  Partiyasından Xeber.İnfo-a daxil olan məluma görə, VİP Siyasi Şurasının növbədənkənar iclası keçirilib. İclasda ölkədə 2018-ci il aprelin 11-nə Növbədənkənar Prezident seçkilərinin təyin olunması və VİP-in bu seçkilərdə iştirakı məsələsi müzakirə olunub.

İclasda çıxış edən VİP sədri Ə.Əliyev hakimiyyət təmsilçilərinin daha əvvəl  inkaredici bəyanatlarına baxmayaraq, növbədənkənar seçkilərin təyin edilməsinin gözlənilməz olmadığını diqqətə çatdırıb. O, partiyanın 2017-ci il mayın 28-də keçirilmiş IV qurultayında VİP sədrinin prezidentliyə namizədliyinin irəli sürüldüyünü bildirərək,  yaranmış şəraitdə bu qərardan irəli gələn vəzifələr haqqında danışıb.

Müzakirələrdə iştirak edən Siyasi Şura üzvləri seçki kampaniyası müddətinin azaldıldığına baxmayaraq, partiya strukturlarının seçki prosesinə hazır olduğunu vurğulayıblar.

İclasın yekununda VİP Qurultayının növbədənkənar prezident seçkilərində iştirak qərarından irəli gələrək, partiyanın Mərkəzi Aparatına Seçki Məcəlləsi və VİP Nizamnaməsinin müvafiq bəndlərindən irəli gələn işlərin uyğunlaşdırılmasına dair operativ təhlil aparılması tapşırılıb. VİP Siyasi Şurasının iclası fevralın 8-də davam etdiriləcək.


Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Əziz İmran oğlu Əzizovun Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb. Dövdət başçısının digər sərəncamı ilə Əziz Əzizov Yasamal rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Əziz Əzizov 9 dekabr 1963-cü ildə Cəbrayıl rayonunda anadan olub. M.Əzizbəyov adına Neft və Kimya Akademiyasının mühəndis ixtisası üzrə bitirib.

1985-1986-cı illərdə Tramvay parkında xətt sahəsi təmiri ustası, 1986-1987-ci illərdə Tramvay parkında vaqon bölməsində usta, 1987-1989-cu illərdə Tramvay parkında yol təhlükəsizliyi müfəttişi, 1989-1990-cı illərdə Tramvay parkında yol təhlükəsizliyi idarəsinin rəisi, 1990-1992-ci illərdə Tramvay parkında istismar idarəsinin rəisinin vəzifəsinin icra edən, 1992-1993-cü illərdə Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbənin rəisi, 1993-1996-cı illərdə Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəisi vəzifələrində çalışıb.

1996-2006-cı illərdə Sahibkarlıq fəaliyyəti məşğul olub. Sahibkarlıq fəaliyyətindən isə birbaşa Azərbaycan Respublikası Prezidentinin 8 avqust 2006-cı il tarixli Sərəncamı ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.

Qeyd edək ki, İlham Əliyev ötən ilin iyul ayının 1-də Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehtiyevivəzifəsindən azad etmişdi.


Nəqliyyat Deportamentinin Xəzər rayonu üzrə rəisi Ramil Hüseynov adlı sürücünü küçə söyüşləriylə təhqir edib. Bu barədə R.Hüseynov özü Xeber.İnfo-a məlumat verib. R.Hüseynov DİN-in 102 saylı qaynar xəttinə şikayət etdiyini bildirib: "102-ə zəng vurdum, 25-ci polis bölməsində izahatımı vermişəm. 

 


İranın dini lideri Ayətullah Əli Xameneinin baş müşaviri Əli Əkbər Vilayəti ABŞ-ın Suriyada mövcudiyyətli ilə bağlı “ABŞ ya öz arzusu ilə buradan çıxar, ya da qapazla çıxararıq” deyib.

Məşhəd şəhərində “Fələstin İntifadasına Dəstək” konfransında danışan Vilayəti ABŞ-ın Suriyanı parçalamaq istədiyini, ancaq buna nail olmayacağını bildirib.

“ABŞ İraqı bölə bilmədiyi kimi Suriyanı da bölə bilməyəcək. Fəratın şərqində yerləşən ABŞ gec-tez buradan çıxmalıdır, ya özü çıxar və ya da boynunun arxasına dəyən qapazla çıxararıq” – o, belə deyib.

ABŞ-ın İŞİD-i Əfqanıstan ərazisinə transfer etmək istədiyini deyən Vilayəti “İŞİD-in Əfqanıstana keçməsinə göz yumarsaq, 900 km-lik sərhəd xəttimiz təhlükə altında qalar, buna icazə vermərik”, deyib.


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə qəza zamanı dünyasını dəyişən Könül Əkbərovanın anası, hüquqi varisi kimi tanınmış Bəsti Qədimova da iştirak edib.

O deyib ki, mərhum qızı ailəli olub, sonra boşanıb. Onun 4 övladı var. Onlardan biri hazırda hərbi xidmətdədir.

Mərhumun anası qəzanı törədən şəxsdən şikayətçi olmadığını deyib: "Etiraz edərdim, amma onun 17 yaşı var. Həyatının qaralmasını istəmirəm".

Məhkəmə istintaqı başlayıb və dövlət ittihamçısı ittiham aktını elan edib.

R.Rəhimov elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.

Təqsirləndirilən şəxs söyləyib ki, hadisə günü "Enerji" kluba ad gününə gedib: "Maşın saatda 50-60 kilometrlə hərəkət etdirdi. Hadisə yerindən qaçmamışam. Hava yağışlı idi. Birdən maşına nəsə dəydi. Maşına dəyənin insan olduğunu bilmədim. Saxlayıb düşdüm. Gördüm ki, qadın yıxılıb, nəbzini yoxladım. O, artıq dünyasını dəyişmişdi, mən şokda idim. Yolun kənarında oturub ağlayırdım. Təcili yardıma zəng elədim. 15-20 dəqiqəyə gəldi. Sonra polislər də gəldi. Polislər yenidən baxıb dedilər ki, artıq dünyasını dəyişib. Müəyyən səbəblərə görə polis əməkdaşları mənə bildirdi ki, "get, atana denən sürücünü göndərsin". Mən polislərə "qəzanı mən törətmişəm" dedim".

Suallara cavab verən R.Rəhimov sürücülük vəsiqəsinin olmadığını vurğulayıb: "Amma atamdan gizlincə maşını götürmüşəm. Sürücümüzə ad gününə getdiyimi və atama bu barədə heç nə deməməyi söylədim. Ad gününə dostlarım maşınla gəlirdi deyə mən də maşınla getmək istədim. Bir uşaqlıq idi, etdim, başıma da bu hadisə gəldi. Heç istəməzdim belə olsun. Mən dünyasını dəyişən qadını tanımıram. Hadisədən peşmanam. Polislərə sənədlərimin yolda olduğunu dedim. Polislər atamı tanıdıqlarını bildirdilər. Qolumdan tutub aşağı gətirdilər. Dedilər ki, "narahat olma, min taksiyə get, biz hər şeyi qaydasına qoyacağıq". Mən də sürücümüzə zəng elədim".

Daha sonra R.Rəhimovun istintaqa verdiyi ilk ifadəsi elan edilib. Həmin ifadədə məlum olub ki, R.Rəhimov qəzanı sürücüləri Əmrulla Şahbazovun törətdiyini söyləyib. Bildirib ki, "Enerji" klubda olarkən sürücüyə zəng edib, onu aparmasını istəyib. Sürücü yolda ona zəng edərək qəza törətdiyini vurğulayıb.

R.Rəhimov sonrakı ifadəsində qəzanı özünün törətdiyini etiraf edib. Məlum olub ki, R.Rəhimov sonrakı dindirilmələrdə məhkəmədə eyni məzumunlu ifadə verib.

Prosesdə zərərçəkmiş Bəsti Qədimova da sərbəst ifadə verib. O qeyd edib ki, zəng edib qızının qəzaya düşdüyünü deyiblər: "Hadisə zamanı xaricdə idim. Özüm xəstəyə baxıram. Gələndə qızımı morqda gördüm. Mənim qəzanı törədən şəxs yaşda nəvəm var. Ona baxanda nəvəmi xatırlayıram. Qızım artıq geri qayıtmayacaq. İstəmərəm ki, onun həyatı qaralsın. İndi şikayətim yoxdur".

Zərərçəkmişin sözlərinə görə, mərhumun 3 və 40 mərasiminin xərclərini təqsirləndirilən şəxsin ailəsi ödəyib.

Qeyd edək ki, Bakı şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsi ötən il noyabrın 8-də Səbail rayonunda baş vermiş qəza ilə bağlı yaydığı məlumata əsasən, Səbail rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Belə ki, noyabrın 8-də paytaxtın Səbail rayonu ərazisində naməlum sürücünün idarə etdiyi "Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurması, sonuncunun aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi və sürücünün hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisə vaxtı qeyd edilən avtomobilin sürücülük hüququ olmayan, yetkinlik yaşına çatmayan - 2000-ci il təvəllüdlü Rəhim Rəhimov tərəfindən idarə edilməsi müəyyən edildiyindən cinayət işi Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrinə tövsif edilib, R.Rəhimov noyabrın 29-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib. O, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, qəzanı törədən 17 yaşlı R.Rəhimov iş adamı, "Xırdalan Xəz” ASC-nin rəhbəri Akif Rəhimovun oğludur. A.Rəhimov isə "Yeganə” şadlıq sarayının rəhbəri Məmməd Rəhimovun qardaşıdır.

Qəzada ölən K.Ələkbərova isə şəhid Elton Ələkbərovun qızıdır.


Mən sizinlə qaranlıq gələcəkdə qarşılaşmaq istəmirəm

Abbasi xilafəti dövründə ucqar bir köydə kəndxuda rəiyyəti bərk incidir. Hər dəfə də özünü sudan duru çıxartmağa çalışır. Deyir: Vallah, mən də sizdənəm, birinizin xalası oğluyam, birinizin dayısı nəvəsi, digərinizin yaxın əqrabası, başqasının uzaq qohumu. Heç razı olarammı, əziyyət çəkəsiniz, çətinlik içində sürünəsiniz? Mənə yuxarıdan nə deyirlər, mən də ona əməl edirəm, şahənşahın göstərişi qarşısında boynum tükdən incədir. Xəlifə də çox çalışır ki, sizin yaşayışınız yaxşılaşsın.

Biçarə camaat da, xəlifənin siyasətini bəyənirik, deyib ölüm-itimsiz yaşamağa üstünlük verir. Hər gün güzaran pisləşir, insanların yaşam səviyyəsi ağırlaşır. Hamı bir nəfər kimi xəlifə yaxşıdır, Allah ömrümüzdən kəsib onun ömrünə calasın, deyir.

Günlərin bir günü, xəlifənin xüsusi qasidi köyə gəlir. Təmtaraqlı qarşılanmadan, yeddi gün, yeddi gecə dincələndən sonra deyir: Xəlifənin hakimiyyəti əbədi olsun, biz də ona xidmət etməkdən qürur duyaq. Şahənşahın əmri belədir ki, gərək vergiləri artırasıniz. Zira, rəiyyətin güzaranı xeyli yaxşılaşıb, xəlifə bacarığı və uzaqgörənliyi ilə məmləkəti tam ələ ala bilib. Xəlifə dövlətimizi qorumaq üçün digər şahlara çoxlu ənam verir. Ona görə də, bu gündən kəndxuda həzrətləri xəlifənin payını beş dəfə artıq verməlidir.

Əlqərəz, qasid qarşılandığı kimi yola salınır, pay-parça ilə. Sonra kəndxuda düşür qorxuya ki, mən bu fərmanı əhaliyə desəm, işsiz, ac-yalavac insanların qəzəbinə tuş gələrəm. Əlaltılarını yığır, deyir: nə edin, nə düşünün, bir yol tapın.

Kəndxudanın yanında sədaqətli olduğunu sübut etməyə çalışan yaltaqlar, fürsətin ələ düşdüyünü zənn edib, bir-bir söz alır, uzun-uzadı təriflər yağdırandan sonra deyirlər ki, xəlifənin bu qərarı çox uzaqgörən və zamanında verilən fərmandı. Şahənşah gör nə qədər bacarıqlıdır ki, fərmanı bir gün belə gecikdirməyib. Bu fərman icra olunsa, dövlətimizlə heç bir məmləkət rəqabət aparmaq gücündə olmayacaq. Hətta belə bir xəlifəmiz olduğu üçün digərləri paxıllıq edəcək və bizimlə döyüşə də başlaya bilərlər. Kəndxuda həmin yaltaq vəzir, vəkilinə göstəriş verir ki, şahənşahın fərmanını rəiyyətə ən ali formada çatdırsınlar.

Vəzir, vəkil də camaatı bir yerə toplayır: Xəlifənin yorulmaz fəaliyyəti nəticəsində məmləkətimiz çox inkişaf edib. Bu siyasəti davam etdirmək lazımdır. Ona görə də Şahənşah fərman verib ki, torpaq sahələrini əkə bilməyən kənd əhalisi əkin sahələrini bizə verməlidilər. Biz də xəlifənin siyasətini dəstəkləyərək, əkin sahələrini əkib, iqtisadiyyatımızı gücləndirəcəyik. Rəiyyətin içindən bir, iki nəfər tez çıxıb, canımız da xəlifəyə qurbandı, biz onun hər fərmanını öpüb, gözümüzün üstünə qoyuruq, deyir.

Günlər aylara, aylar da ilə çevrilir. İşsiz, gücsüz qalan rəiyyət əlindən alınan peşkəş torpaq sahələrində bir qarın çörəyə işləməyə məcbur qalır...

Nəhayət, bir nəfər etiraz etməyə başlayır. Kəndxuda xəbər tutar-tutmaz köyün qazisinə xəbər uçurdur ki, bəs, bu adam dövlətimizin əsas dayaqlarını təhlükə altına alır, xarici qüvvələrlə əlbir olub, məmləkətdə təxribat yaradır. Adam nə qədər deyir ki, ay balam nə təxribat, nə xarici qüvvə, mən xəlifəyə sədaqətliyəm, mənim dərdim azyaşlı üşaqlarımın acından ölməməsidir. Oxuda bilmədim, dedim cəhənnəmə paltarları var, qalmağa evləri var, əkib, becərib ruzilərini tapıram. İndi torpağı da əlimizdən aldınız, acından ölürük. Kəndxuda başqa bir ittiham irəli sürür ki, bu adam xəlifənin fərmanına qarşı çıxıb, dövlətə xəyanət maddəsi ilə həbs olunmalıdır. Qazi də tez həbs olunan zavallının ailəsinə xəbər göndərir ki, 20000 gətirin, elə məhkəmə salonunda bəraət verim.

Qazinin qasidi xəbəri kəndxudaya da ötürür. Kəndxuda qəzəblənir, “mənim po...un üstünə kim s..a bilər?” deyib, qazinin üstünə hücum çəkir. Qazi, ədəb-ehtiramını kəndxudaya bildirəndən sonra, yağlı cümlələrlə sözə başlayır: başına dönüm ay kəndxuda, sənin xəlifəyə verdiyin məbləğ artdığı kimi, mənimki də artıb. Ondan 20 mini alsam hamımızın işi düzələcək, o da ömürlük məhbus kimi bir şey olacaq.

... amma adam dinc oturmur, xəlifəni, kəndxudanı, qazini tənqid eləməyə başlayır. Qohum-əqraba yığışıb gəlir, buna ağıl verməyə başlayırlar: ay bala ehtiyatlı ol, yenə həbs edərlər, balaların var, ailən var, nəyinə lazım və sair.

Adam nə qədər izah etməyə çalışır ki, bizim sükutumuz məhvimizdir, başa sala bilmir. Deyir ki, yaxşı, bundan sonra bir kəlmə də danışmayacam. Amma məni dinləyin, sonra çıxın gedin.

Sözə başlayır: Səhər yuxudan ayılanda görürsünüz ki, bir nəfər evinizin düz ortasında ayaqqabı ilə gəzir, deyirsən ay balam sən kimsən və kimdən icazə alıb evimə girmisən, qayıdır cavab verir ki, sən məndən aldığın sələmi qaytara bilmədiyin təqdirdə, evini verəcəyini demişdin, bu ev artıq mənimdir, sənə bir gün vaxt verirəm. Tez durub qaçırsınız, dövlət idarələrinə, uzun illər işləyib vergi vermisiniz, görürsününz ki, evinizdə gərdiş edən şəxs sizi qarşılayır. Hər yerdən ümidinizi üzüb Allaha sığınmaq istəyirsiniz, məscidə qaçırsınız. Yenə görürsünüz ki, həmin şəxs məscidin qapısında və məsciddən bir nida ucalır: Ey özünü müsəlman hesab edənlər, minarəmdən azan səsini kəsəndə harda idiniz? Divarlarımı uçurub, yerimdə park tikəndə bir dəfə də vicdanınız sızlamadı, dini dəyərləri tapdalayanda seyirçi qaldınız, indi niyə mənə pənah gətirirsiniz? Mən də sizin kimi işğal olunmuşam.

Siz o zaman nə edərdiniz? Deyəcəksiniz ki, övladlarımıza ümid bağlayıb hər şeyi onlara buraxıb, olanlarla razılaşardıq. Bu zaman gələcəkdən səs gələcək: Ey övladını təhsillə, imanla silahlandıra bilməyən üzüqaralar. Sizin susqunluğunuz təkcə özünüzü deyil, gələcəyinizi də qaranlığa yuvarladı. Övladlarınızın səsi ucalar, görərsiniz ki, narkaman, səfil, cahil övladlardan ibarət gələcək qurmusunuz!

Ortalığa bir ölüm sükutu kimi sakitlik çökür. Adam davam edir: Mən sizinlə belə gələcəkdə qarşılaşmaq istəmirəm.

Bizə qaranlıq gələcəkdən xilas olmağın yolunu da göstər, deyirlər.

Adam deyir: bax bu dediklərim bizim dəyərlərimizdir. Bizi qaranlıq gələcəyə sürükləmək üçün dəyərlərimizi bir-bir aldılar. İndi biz dəyərlərimizə bir-bir sahib çıxmalıyıq ki, həm öz həyatımızı, həm də gələcəyimizi xilas edək.

Xəlifə də, kəndxuda və digərləri də dəyər uğrunda mübarizə aparan rəiyyətə məğlub olurlar, insanlar isə təhlükəsiz, sağlam cəmiyyət qurub yaşayırlar.

19884342 1772612146100989 3316786767756534299 n

 

 

 

 

 

 

 Cavid Cabbarlı


Almaniyadan deportasiya olunması barədə qərar çıxarılan Azərbaycan vətəndaşı intihara cəhd edib.

Hadisə yanvar ayının 28-də baş verib. Belə ki, Almaniya hökuməti Bamberq şəhərində yaşayan Kəmalə İmaməliyevanın sığınacaq istəyinə mənfi cavab verib və onun öz ölkəsinə - Azərbaycana qaytarılması barədə qərar çıxarıb. 23 yanvar 2018-ci il tarixində səhər saatlarında onu deportasiya etmək üçün təlimatandırılmış 30 nəfərə yaxın xüsusi əlcəkli və silahlı polis əməkdaşının K. İmaməliyevanın yaşadığı mənzilə daxil olması isə bədbəxt hadisə ilə nəticələnib. Soydaşımız deportasiya olunmasına etiraz əlaməti olaraq həmin şəxslərin qarşısında bıçaqla qarın nahiyəsinə bir neçə zərbə endirib. O, aldığı zədələrə görə əməliyyat keçirib, daha sonra ruhi-əsəb xəstəlikləri dispanserinə yerləşdirilib. Kəmalə İmaməliyevanın deportasiya qərarından ağır stress keçirdiyi bildirilir.

Məlumat üçün bildirək ki, Almaniyadan hər 10 geri göndərilmə prosesindən 1-i intihara cəhdlə nəticələnir. Bu cəhdləri nəzərə alaraq, Almaniya hökuməti bu ildən etibarən sığınacaq üçün müraciət etmiş şəxslər haqqında daha tez qərar verilməsi və geri göndərilmə prosesinin mümkün qədər tez həyata keçirilməsini planlaşdırır.


Yeni Azərbaycan Partiyasının icra katibi, baş nazirin müavini Əli Əhmədov hakim partiyanın prezidentliyə namizədinin dövlət başçısı İlham Əliyev olduğunu açıqlayıb.

APA-nın məlumatına görə, Ə. Əhmədov bunu jurnalistlərə açıqlamasında bildirib. Qərarın partiyanın hansı strukturunda verildiyi qeyd edilməyib.

Qeyd edək ki, ötən günlərdə mediada YAP-ın namizədliyinin kim olacağı haqqında müxtəlif mülahizələr irəli sürülüb.


20229221 158553318037713 5973680329612770366 n 768x768Tanınmış jurnalist Elxan Qənbərli 25 il çalışdığı “Azərbaycan” qəzetini bu gün tərk edib.

Bu haqda o sosial şəbəkədəki  səhifəsində belə yazıb: “Bu gündən işsizəm! 25 il fasiləsiz və sevə-sevə çalışdığım “Azərbaycan” qəzetindən mən də getməyə məcbur qaldım…”

Daha sonra işdən azadedilmə səbəblərini yazan E.Qənbərli bele deyib: “Şübhəsiz, səbəblər haqqında mütləq yazacağam. Özü də hər formatda, hər ünvana. İfşaedici faktlarla. Düşmənçilikdirsə – DÜŞMƏNÇİLİK!

“NİYƏ”-yə yığcam cavab verim: ədalətsiz, haqsız münasibətə, insanlara kölə, qul kimi də yox – əşya kimi yanaşılmasına, korporativ maraqlar naminə hər dəyəri, o cümlədən qanunları ayaqlar altına alan zümrənin ayaqlarına qapanmadığıma, insanların istismarına səssiz qala bilmədiyimə, mənəviyyatsız iddia və tələbləri ilə razılaşmadığıma görə.

İndi məni (öz aralarında) özlərinə məxsus idbar dil və üslubda qınayacaqlar da. Bəziləri elə zənn edir ki, dünya onların ətrafında fırlanır və ya bərqərar olub. Bu xülyada olanların aqibəti görk olmayır bu bəzilərinə…

Əlqərəz, böyük bir redaksiyada mütəşəkkil azlıq pərakəndə çoxluğu nəinki idarə, həm də vicdansızcasına istismar edir, həyatları, taleləri ilə oynayırlar. Bundan hətta həzz alırlar. Çoxluq isə İNLƏYİR, zara gəlib, boğaza yığılıb! Fərqində deyillərsə, bilsinlər – bütün redaksiya onlara nifrət edir!

Azlığın hökmranlığı ilə bağlı fikirin “maya” hissəsi elə o (iki ünsürdən ibarət) azlığın birinə məxsusdur. İstismar texnologiyalarını yaxşı əxz ediblər. Heyvanı hisslərin əsiridirlər. Gözləri də doymur. Bir əlləri ilə bal yeyəndə, o biri əlləri ilə “yetim”in ağzından quru çörəyi qapıb gəmirirlər.
Susmaq fikrində deyiləm. İtrirəcəyimi itirdim, itirə biləcəklərimi də gözardına alıb mübarizə aparacam. İfşa edəcəm bu azlığı. İşimi əlimdən alıblar, ağlımı, qələmimi, şərəf və ləyaqətimi ala bilməyiblər, bilməyəcəklər də!”


Cavid Cabbarlı: “Bayram Səfərov verdiyi cavabla hesab edir ki, prezidentin yalandan ibarət hesabatlarını, gülməli açıqlamalarını və reallığı əks etdirməyən proqnozlarını dinləməkdənsə, mürgüləmək yaxşıdır”

Sosial şəbəkələrdə müzakirəyə səbəb olan mövzulardan biri də prezident İlham Əliyevin keçirdiyi son müşavirədə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərovun mürgüləməsi oldu. Bundan da betəri odur ki, B.Səfərov etdiyi əmələ haqq qazandırıb. “Lap tutalım ki, prezidentin müşavirəsində yatmışam, burada nə var ki?!” – deyib.

5a71732b18be7 27497996 2011025608926771 1419169308 nXeber.İnfo mövzu ilə bağlı Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Cavid Cabbarlı ilə əlaqə saxlayıb. C.Cabbarlı icra başçısının cavabını belə şərh edib: “Bayram Səfərov verdiyi cavabla ölkədəki mənzərni çözüb. Bütün halda müşavirədə prezidentin çıxışı zamanı mürgüləmək normal deyil. Prezidentin idarə etdiyi müşavirə hind filmi yaxud KVN-nin konserti deyil. Ölkə başçısı belə müşavirələrdə dövlət siyasi xəttindən danışır, dövlət siyasətini icra edənlərə tapşırıqlar verir. Bu davranışı hər şeydən əvvəl “dövlət tərbiyyəsizliyi” kimi qiymətləndirirəm. Səfərovun cavabı isə ölkədəki vəziyyəti açıq göstərir. Adam çox əhəmiyyətli bir tədbirdə mürgüləyir, üstəgəl özünə haqq qazandırır. Demək istəyir ki, prezidentin danışdığı boş-boş sözlərdir, onun yalandan ibarət hesabatlarını, gülməli açıqlamalarını və reallığı əks etdirməyən proqnozlarını dinləməkdənsə, mürgüləmək yaxşıdır. B.Səfərov bu cavabı ilə cəmiyyət mesaj verir ki, ölkə qeyri-rəsmi tapşırıqlar və hakimiyyətin maraqlarını təmin edən göstərişlərlə idarə olunur”.

C.Cabbarlı düşünür ki, icra başçısı belə cavabından sonra ən azı yüngül formada cəzalandırılmalıdır: “Vətəndaşın dövlətə inamını qorumaq üçün müvafiq qurumlar tərəfindən icra başçısı ən azı xəbərdarlıq almalıdır. Dövlət anlayışı bunu tələb edir. İkinci tərəfdən, hakimiyyət özünə qarşı cəmiyyətdə daha betər nifrətin yaranmaması üçün bu addımı atmalıdır. Lakin heç nə baş verməyəcək. Çünki, idarəçilikdə bu, ilk nümunə deyil. Ayrı-ayrı məmurlar tərəfindən dövlətə qarşı ciddi sayğısızlıq müşahidə olunub. Heç biri ilə bağlı tədbir görülməyib. Hesab edirəm ki, B.Səfərovun bu sayğısızlığı ilk olaraq İlham Əliyevə qarşıdır. B.Səfərov bu davranışı ilə deyir ki, İlham Əliyevin dediyi məbləği vaxtında çatdırıram, özümü harda necə aparmağıma, yatmağıma ya mürgüləməyimə heç kim qoşula bilməz, heç İlham Əliyev də”.


5 -dən səhifə 228