Javid Jabbarli

Javid Jabbarli

"Deputatların etik davranış qaydaları"na dəyişikliklərin edilməsi haqda qanun layihəsi baxılmaq üçün Milli Məclisə təqdim edilb. 
 
Deputat Fazil Mustafa bu məlumatı Turan-a təsdiq edib.
 
O deyib ki, belə bir qanun əslində deputatların hüquqlarının məhdudlaşdırılmasıdır: "Bu məsələ 2016-cı ildə keçirilmiş Konsitusiyaya dəyişiklərlə bağlı referendumda da əksini tapıb. Qanun qəbul edilib. Əvvəl 30 iclasda iştirak etməyən deputatın məsələsinə İntizam Komissiyasında baxılırdı. İndiki dəyişkliklərdən sonra isə deputatı istənilən bəhanə ilə səlahiyyətindən məhrum etmək asanlaşdırıldı. Yəni, bundan sonra istənilən bəhanə ilə deputatı mandatdan məhrum etmək mümkündür".
 
Onun sözlərinə görə, dünyanın heç bir ölkəsində belə qanun yoxdur.

İlham Əliyev Səudiyyə vətəndaşını yüksək səviyyədə qəbul etdi

Sofiya: Cənab prezident, sizinlə görüşməyə çox şadam. Mən dünən gəlmişəm və Azərbaycan məni valeh edib. Mən Bakının unikal memarlıq üslubunu, müasir binaları və texnoloji nailiyyətlərini görmüşəm. Ölkənizin gənc olmasına baxmayaraq, o, dünya miqyasında iri miqyaslı layihələr həyata keçirir. Bu, çox yüksək qiymətləndirilir.

İlham Əliyev: Çox sağ olun, Sofiya. İlk növbədə Azərbaycana xoş gəlmisiniz. Sizin məşğul cədvəlinizə baxmayaraq, bizə səfər etməyiniz bizi çox məmnun edir. Siz bütün dünyanı səhayət edirsiniz və sevindirici haldır ki, bu gün təyinat yeriniz Azərbaycandır. Siz burada şəhərlərdən birində, İmişlidə bizi ziyarət edirsiniz. Biz sizinlə birlikdə yeni Asan Xidmətin açılışını edirik. Bu da innovasiyadır və müasir ölkəmizi qurmaq üçün bacarığımızı və niyyətlərimizi əks etdirir. Ölkəmiz haqqında xoş sözlərinizə görə, sizə təşəkkür edirəm. Ümid edirəm ki, ətrafı görmək üçün vaxtınız olacaq və siz Bakıda çox əziz qonaq olacaqsınız.

Sofiya: Hava limanında enən kimi mənə dərhal Asan Viza verildi. Mən həmçinin sizin təşəbbüsünüzlə yaradılmış Azərbaycan brendi olan Asan Xidmət konsepsiyası ilə tanışam. Yeri gəlmişkən, burada yaradılmış iş mühitini çox bəyəndim.

İlham Əliyev: Asan bizim milli brenddir. Biz öz ölkələrində belə bir xidməti yaratmaq istəyən bəzi ölkələrlə də işləyirik. Buna görə də, Asanın təkcə Azərbaycanda yox bütün dünyada parlaq gələcəyi var. Çox sağ olun, siz çox ağıllı və çox gözəlsiniz.

44551299 1770641609701152 181757969380147200 nOxuduğunuz dialoq İlham Əlyevlə robort Sofiya arasında İmişli rayonunda baş tutub. İlham Əliyev zarafat filan eləməyib, ciddi görkəmdə, ciddi söhbət edib, Sofiya xanıma „sən çox ağıllı və gözəlsən“ də deyib.

Sofiya 2015-ci ildə Cənubi Koreyada istehsal olunub və bir çox göstəricilərinə görə, bir müddət dünya gündəmində qalıb. Daha bir maraqlı məlumat isə Sofiyanın vətəndaşlığı ilə bağlıdır. Deməli, Əliyev rejimi ilə eyni üsul-idarəni bölüşən Səudiyyə Ərəbistanındakı hakimiyyət Sofiyaya vətəndaşlıq verib. Həmin Səudiyyə rejimi ki, dünya gündəmindən düşmür. Öz vətəndaşını boğaraq qətlə getirdikdən sonra, üz dərisini soyaraq, cəsədini mişarla tikələrə bölən Səud hakimiyyəti dəmir parçasından düzəldilən əşyaya vətəndaşlıq verir. Bununla, demək istəyir ki, dilsiz əşya, tərpənən insandan daha önəmlidir. Günlərin bir günü eşitsəniz ki, vətəndaşları qətlə yetirib, dəmir parçalarına şəxsiyyət vəsiqəsi paylanılıb, Ərəbistanda, şübhə etməyin. Zatən, Yəməndə törətdiyi qətllər, öz ölkəsində digər məzhəb daşıyıcılarına qarşı soyqırımlar, heç kimi narahat eləmir. Nə Qərbi, nə Amerikanı, nə də Türkiyəni. Bu günlərdə məlumat yayıldı ki, Türkiyə Səudiyyə ilə əlaqələrini pozmaq istəmir. Çünki, ABŞ belə istəyir və yaxud, elə və yaxud…

Qayıdaq İmişliyə. Keçən il müəllim və həkimlərin pambıq sahələrinə tökülüşdüyü İmişliyə. Bu il deyəsən, pambıq sahədə qalıb, heç yığan da yoxdur. Neft bahalaşıb, sahibkar da bir kilosu üçün 10 qəpik verib yığdırmaq istəmir. Axı, kilosunu heç 10 qəpiyə sata bilməyəcək. Kimdir, pambıq alıb, satan? Ölkəmiz o qədər „inkişaf“ edib ki, İmişlidə Asan Xidmətin açılışına Koreyadan robort gətirir, İlham müəllim. Görəsən, Sofiyanın hər saatı üçün koreyalılara nə qədər pul ödənilib? Azad mətbuat olsaydı, Sofiyaya nə qədər kürü verildiyini, yaxud gecə 12-dən sonra yanına kimin göndərildiyini araşdırardı. Üzgünəm, belə məlumatları əldə edə bilməmişik, hələlik.

İlham müəllim görəsən, Sofiyanı niyə İmişlidə qəbul elədi? Sofiya ilə səmimi danışmaqla kimə hansı mesajları ötürdü? Onun gözəl və cazibədəar olduğunu deməklə nə etmək istəyirdi? Yaxud, Sofiya ölkəmizdə nə qədər qalacaq? Bakı sürüşməsindən xəbəri olacaqmı? Ümumiyyətlə bu səfər Azərbaycana neçə milyona başa gəlib? Və sair suallar cavabsız qalır. Bu barədə heç kim sual verməsin, tələsən yerimiz yoxdur, Parlamentə düşmək lazımdır.

Söhbət parlamentdən düşmüşkən, bir təklif vermək istəyirəm. İlham müəllim, Cənubi Koreyaya sofiyadan 125 ədəd sifariş versin. “Ermənilər əyilə-əyilə gəzməlidirlər“, yaxud “Avropa bizə, İlahm Əliyev kimi prezidentimiz olduğu üçün xainlik edir“ və bəzilərinə də müxtəlif səslər yazsınlar. Parlamentdə oturanlar, Sofiyadan nə ilə fərqlənirlər ki, büdcədən bu qədər əlavə rasxod xərclənir? Bunlar da gedib, viogara, zad alırlar…

Prezident yaxşıdı, məmurlar özbaşınalıq edirlər, bir balaca çörək pulu çıxan iş tapsaydım hər şey əla olardı! Göydən üç alma düşdü, inciməyin üçü də Sofiyanın. Axı o, çox hörmətli qonaqdır və qayıdandan sonra Cənubi Koreyada Asan Xidməti təbliğ edəcək!

Sonra Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev adından Sofiyanın şərəfinə ziyafət təşkil olunub.

indeksCavid Cabbarlı


Ərbəin ziyarətinin hökmləri

Sual-1: Günümüzün mövcud məsələlərini nəzərə alsaq, Ərbəin ziyarəti indiki zamanda vacibdirmi?
Cavab: Ərbəin ziyarəti müstəhəbdir.

Qanunlara riayət etmək
Ərbəin ziyarəti üçün passport
Sual-2: Ərbəin ziyarəti üçün viza almağın hömkü nədir?
Cavab: Hər bir halda qanunlara riayət etmək lazımdır.

Başqasının passportundan istifadə etmək
Sual-3
: Ərbəin ziyarəti günləri yaxınlaşır və passport almaq üçün kifayət qədər vaxt yoxdur. Qardaşımın razılığı ilə onun passportundan istifadə edərək Ərbəin ziyarətinə gedə bilərəmmi? Belə olan surətdə şəri baxımdan ziyarətə getməyin maneçiliyi varmı?
Cavab: İstənilən halda qanunlara riayət etmək lazımdır və qanun pozuntusuna yol vermək olmaz.

Dərs günlərində Ərbəinn ziyarətinə getmək
Sual-4
: Dərs günlərində Ərbəin ziyarətinə getmək olarmı? 
Cavab: Qeyd olunan məsələ Təhsil Nazirliyinin qanun və qaydaları ilə tənzimlənir.

Xəstəliyin ağırlaşacağı ehtimal edildiyi təqdirdə səfərə çıxmaq
Sual-5: 
1) İmamların (ə) tövsiyələrinə əsasən Ərbəin ziyarəti savabdır. Mənim qoca anam da bu ziyarətə getmək istəyir. Amma son günlər xəstəlik keçirdiyi, nəticədə, bədəni fiziki cəhətdən zəiflədiyi, xəstəliyinin yenidən qayıdacağı və qayıdarsa, vəziyyətinin daha da pisləşəcəyi ehtimal edildiyi üçün həkimlər ona bu səfərə çıxmağı qadağan ediblər. Belə olan halda onun Ərbəin ziyarətinə getməyinin hökmü nədir?
2) Mənim də qoca nənəm bu ziyarətə getmək istəyir, ancaq dizləri ağrıyır. Ayaqlarının ağrılarının kəskinləşəcəyi ehtimal edilirsə, onun bu səfərə çıxmasına icazə varmı?
Cavab (1 və 2): Əgər zərər gözəçarpacaq dərəcədə olacaqsa, xeyr, icazə yoxdur.

Atanın icazəsi olmadan səfərə çıxmaq
Sual
-6: Mən universitetin axırıncı kursunun sonuncu smestrində oxuyuram. Ərbəin ziyarəti üçün Kərbəlaya getmək istəyirəm. Əminəm ki, atam Ərbəin səfərinin izdihamını və bəzi məsələləri nəzərə alaraq mənim bu səfərə çıxmağıma icazə verməyəcək. Mən ailəmə xəbər vermədən səfərə çıxa və bu barədə onlara səfər əsnasında xəbər verə bilərəm?
Cavab: Əgər valideynlərinizə xəbər vermədən bu səfərə çıxmağınız onların inciməsinə səbəb olarsa, xeyr, icazə yoxdur. Habelə atanız atalıq şəfqəti üzündən səfərə çıxmağınıza razı deyilsə, ona itaət edin.

Borclu adamın səfərə çıxması
Sual-
7: Dostlarına və ya qohumlarına borcu olan şəxs Ərbəin ziyarətinə gedə bilərmi?
Cavab: Borcun ödənilmə vaxtı çatmayıbsa və ya borc sahibi borcu ödəmək üçün möhlət verirsə, eybi yoxdur. Əgər borcun ödəniş vaxtı çatıbsa, borclu borcunu vermək iqtidarındadırsa və borc sahibi də borcunu tələb edirsə, əvvəl borc ödənilməlidir. Mükəlləf borcunu ödəməmək kimi bir vacibi tərk etmək niyyəti ilə səfərə gedərsə, namazı tamdır. Amma səfərə çıxmaqda məqsədi borcdan qaçmaq deyilsə, namazı qəsrdir.

Ərbəin ziyarətinə aid olan nəzirlər 
Ərbəin və digər ziyarət səfərlərində yemək bişirmək nəzri
Sual-8: Bir xanımın hər il Ərbəin günü yemək bişirmək nəzri vardır. Həmin xanım bu il piyada Ərbəin yürüşünə qatılamq istəyir. Buna görə də Ərbəin günü İraqda olacaq. Onun vəzifəsi nədir və nəzrini necə yerinə yetirməlidir?
Cavab: Əgər "şəri nəzir siğəsi" oxumayıbsa, nəzrinə əməl etmək vacib deyil. Amma "nəzir siğəsi"ni şəri cəhətdən müəyyən edilmiş şərtlərə riayət edərək oxuyubsa, nəzir etdiyi kimi əməl etməlidir. Nəzri pozmaq olmaz.

Nəzrin vaxtını dəyişmək
Sual-9
: Bir nəfərin Ərbəin günü ilə bağlı nəzri varsa, onu bir gün qabağa sala bilərmi?
Cavab: Əgər "əməli risalələr"də qeyd edilən "şəri nəzir siğəsi"ni oxumayıbsa, nəzrinə əməl etmək vacib deyil və vaxtı dəyişə bilər. Amma "şəri nəzir siğə"sini oxuyubsa və nəzri də müəyyən günə aiddirsə, nəzrinə uyğun əməl etməlidir.

Camaatın nəzirlərindən qalanını depozit bank hesabına yatırtmaq
Sual-10
: Bir neçə dostumla Ərbəin günləri üçün müəyyən məbləğ pul toplamışdıq. Ondan bir hissəsi qalıb. Pulu Ərbəin günlərində istifadə etmək şərti ilə topladığımız üçün gələn Ərbəinədək istifadəsiz qalacaq. 
1) Bu pulu depozit bank hesabına yatırtmaq və habelə pulun üzərinə gələn faizi gələn ilin Ərbəin mərasimində istifadə etmək olarmı?
2) Hal-hazırda həmin pul Xeyriyyə Məqsədli Borc Fondundadır. Bu pulu Xeyriyyə Məqsədli Borc Fondunda saxlamağın problemi varmı?
Cavab: 
1) Pul sahiblərinin razılığı olarsa və bank faizi də İslami ticarət müqavilələrindən birinə uyğun olarsa, eybi yoxdur. 
2) Pulu Xeyriyyə Məqsədli Borc Fondunda saxlamağın problemi yoxdur.

Ərbəin nəzirlərindən artıq qalanını başqa yerdə istifadə etmək
Sual-11
: Camaat tərəfindən Ərbəin mərasiminin keçirilməsi üçün bir az pul, stəkan, çay, qənd və sair vəsait hədiyyə edilmişdi ki, bundan bir miqdarı artıq qalıb. Həmin qalan vəsati il ərzində İmam Hüseyn (ə) adına təşkil edilmiş digər məclislərdə isitfadə etmək olar, yoxsa gələn ilin Ərbəin mərasiminə saxlanılmalıdır? 
Cavab: Hədiyyə edənlərin razılığına bağlıdır.

Zəvvarların içməsi üçün nəzir edilmiş su ilə dəstəmaz almaq
Sual-12
: Ərbəin zəvvarlarının içməsi üçün nəzir edilmiş, içmək və ya hər hansı başqa bir məqsəd üçün istifadə icazəsinin olub-olmaması, habelə ümumi şəkildə zəvvarların istifadəsi üçün nəzir edilib-edilməməsi məlum olmayan bir su ilə dəstəmaz almaq olarmı? 
Cavab: Sualda qeyd edildiyi kimidirsə, olmaz. Yalnız nəzir sahibinin razı olduğu bilinərsə, buna icazə var.

Çadır xidmətçilərinin xərcləri
Sual-15
: İmam Hüseynin (ə) Ərbəin mərasimi vaxtı Nəcəfdə, Kərbəlada, ümumiyyətlə, İmam Hüseyn (ə) zəvvarlarının hərəkət etdikləri yollarda zəvvarlardan bir neçə nəfəri yol kənarlarında qurulmuş çadırlarda daim xidmət göstərir. Bu adamlar eyni zamanda özləri də zəvvardırlar. Çadır sahibləri bilmək istəyirlər ki, həmin xidmətçiləri Ərbəin mərasiminə ezam etmək üçün (viza, gediş-gəliş pulu və s...) camaatın verdiyi hədiyyə və nəzirlərdən istifadə etmək olarmı?
Cavab: Hədiyyə edənlərin niyyətinə bağlıdır. Əgər onlar ümumi şəkildə niyyət ediblərsə, eybi yoxdur.

Ərbəin günü Kərbəlada olmaq
Sual-16
: Ərbəin ziyarəti zamanı həmin gün mütləq, Kərbəlada olmalıyıq, yoxsa, bir gün öncə və ya bir gün sonra da Kərbəlada olmaqla Ərbəinin savabını qazanmaq olar?
Cavab: Həzrət İmam Hüseynin (ə) ziyarəti hər zaman müstəhəbdir və böyük savabı vardır. Amma xüsusi bir zaman üçün təyin edilmiş ziyarətin savabı həmin zamana aiddir. Əlbəttə, bəlli bir zaman üçün təyin edilmiş savaba nail olmaq ümidi ilə bir ziyarətin öz xüsusi vaxtından öncə və ya sonra yerinə yetirilməsinin heç bir maneçiliyi yoxdur.

İnsanların izdihamı və "Ərbəin"dən əvvəl ziyarət
Sual-17
: Ərbəin vaxtı piyada karvanına başçılıq edirəm. Nəcəfdən Kərbəlaya qədər olan məsafəni piyada qət edirik. Kərbəlaya "Ərbəin"dən əvvəl çatırıq. Ərbəin ziyarəti üçün Ərbəin günü Kərbəlada qalmaq vacibdirmi, yoxsa Kərbəladakı izdihamı nəzərə alaraq "Ərbəin" ziyarətini yerinə yetirib İrana qayıda bilərik? 
Cavab: Şəri baxımdan maneçiliyi yoxdur. Karvana rəhbərlik edən şəxslərlə zəvvarlar arasında Ərbəin günü Kərbəlada qalmaq barədə şərtləşmə olduğu təqdirdə isə, şəri baxımdan bunun problemi var.

Hərəmi kənardan ziyarət etmək
Sual-18
: Ərbəin günü izdiham yarandığı üçün hərəmə girmək və iki hərəmin arasında (beynul-hərəmeyn) hərəkət etmək ya çox çətin, ya da qeyri-mümkün olur. Bəzən bu, başqalarının narahatlığına səbəb olur. Belə olan halda Ərbəin ziyarətini hərəmin kənarından oxumaq kifayət edirmi?
Cavab: Sualda fərz olunan halda kifayət edir.

Aybaşı halında olan xanımların ziyarət etməsi
Sual-19
: Aybaşı olduqları vaxt xanımların hərəmlərə girməsinin hökmü nədir?
Cavab: Ehtiyat vacibə görə, heyizli xanımların məsumların (ə) hərəmində, yəni günbəzin altında və pak qəbirlərin olduğu hissədə dayanmasına icazə yoxdur. Amma məscid hökmündə olmayan digər hissələrdə, o cümlədən hərəmə bitişik olan salonlarda dayanmağın eybi yoxdur.

Ərbəin ziyarətinə qədər qara libas geyinmək
Sual-20
: Ərbəin gününədək qara paltar geyinməyin maneçiliyi varmı? Bu əməl məkruhdurmu?
Cavab: Məsumların (ə) matəm günlərində qəmli olduğunu göstərmək və İlahi simvolları uca tutmaq məqsədi ilə qara paltar geyinmək savabdır.

Ərbəin günü işləmək
Sual-21
: Ərbəin günü işləmək olarmı?
Cavab: Bunun öz-özlüyündə heç bir eybi yoxdur.

Ayətullah Seyyid Əli Xamenei


Yasamal rayon məhkəməsinin hakimi istefa verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Aytən Mirzəzadə bir müddət əvvəl Məhkəmə Hüquq Şurasına ərizə verərək səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini istəyib.

MHŞ-nin növbəti iclasında xanım hakimin ərizəsinə baxılacaq. Məlumata görə, A.Mirzəzadə bundan sonra vəkil kimi fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, 37 yaşlı A.Mirzəzadə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr və magistratura pillələrini bitirib. 2005-ci ildən 2010-cu ilədək Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin mütəxəssisi, aparıcı məsləhətçisi vəzifəsində, daha sonra isə 3 il ərzində Ədliyyə Nazirliyi Qanunvericilik baş idarəsinin inzibati və hərbi normativ aktlar idarəsinin aparıcı məsləhətçisi vəzifəsində işləyib. Son 5 ildə də hakim kimi fəaliyyət göstərib.


Hüquq müdafiəçisi Oqtay Gülalıyev bildirir ki, ötən ay «hicab məhbusları»ndan biri kimi tanınan Telman Şirəliyev haqqında əlavə cinayət işi açılıb.

Bu barədə AzadlıqRadiosuna danışan hüquq müdafiəçisi hesab edir ki, yeni ittiham sırf siyasi məqsəd daşıyır.

«Hakimiyyət çox pis bir tendensiyanın əsasını qoyub. Günahsız insanları şərləyib həbs edirlər, cəza müddəti bitəndə həbsdən buraxmamaq üçün onlara qarşı yeni qondarma cinayət işi açırlar», - deyə o vurğulayıb.

Hüquq müdafiəçisi əlavə edib ki, eyni halla bundan öncə keçmiş səhiyyə naziri Əli İnsanov və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahim üzləşiblər.

«Sentyabrın sonunda daha bir dindar siyasi məhbus Telman Şirəliyevə cinayət işi açılıb, həbsdən çıxmasına imkan verməyiblər», - deyə o qeyd edib.

O.Gülalıyevin deməsinə görə, məhkəmə qərarı ilə T.Şirəliyev 1 Saylı Kürdəxanı Təcridxanasına köçürülüb: «Bunu yastığının altından biz çıxması ilə əsaslandırıblar. Guya yastığının altından biz çıxıb. Amma əslində... Telman Şirəliyevə bir neçə dəfə aylar öncə təklif ediblər ki, əfv ərizəsi yazsın. O, bu təklifi qəbul etməyib».

Hüquq müdafiəçisinin deməsinə görə, azadlığa çıxmasına sayılı günlər qalan T.Şirəliyev haqqında Cinayət Məcəlləsinin 317.2-ci maddəsi ilə cinayət işi açılıb. Söhbət cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşını zor tətbiq etməklə hədələmədən gedir. Yeni ittiham sübuta yetirilərsə, ona əlavə olaraq 7 ilə kimi həbs cəzası verilə bilər.

Hüquq müdafiəçisinin bu dediklərinə, hələlik, Penitensiar Xidmətdən və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Ancaq Azərbaycan rəsmiləri, bir qayda olaraq, ölkədə insanların əqidələrinə görə həbs və təqib olunması ilə bağlı deyilənləri qəbul etmirlər.

Telman Şirəliyev 2012-ci il oktyabrın 5-də Təhsil Nazirliyi qarşısında «hicaba azadlıq» şüarı ilə keçirilən aksiya ilə bağlı həbs edilib. 2013-cü il iyunun 5-də məhkəmənin qərarı ilə 6 il həbs cəzası alıb.

Həmin hadisə ilə bağlı ümumilikdə 35 şəxs həbs edilmişdi. Xuliqanlıq və başqa cinayətlərdə ittiham edilən bu şəxslər 1 il 6 aydan 6 ilə kimi həbs cəzaları almışdılar.


Oktyabrın 22-də Lənkəranda yerləşən "Qafqaz Sahil Hotel”in rəsmən bağlandığı açıqlanıb. 

Bu barədə Arqument.Az-a hotelin əməkdaşları məlumat veriblər. 

Onlar bildiriblər ki, "Gilan Holdinq"ə daxil olan "Qafqaz Sahil Hotel” sabahdan rəsmən fəaliyyət göstərməyəcək.

2008-ci ildən fəaliyyət göstərən və həmin il ölkə başçısı İlham Əliyev tərəfindən rəsmi açılışı edilən otelin 42 işçisi olub. 

"Ayın 8-də bildirişə qol çəkdik. Dedilər ki, 15 gün sonra hotel rəsmən bağlanır. Sabah son gündür. 42 professional personal işsiz qaldı. 10 il idi ki, burada çalışırdıq. 8 oktyabr 2008-ci ildə açılışı olmuşdu, 22 oktyabr 2018-ci ildə də bağlandı. Heç kəsə də kompensasiya verilməyib hələ ki. Amma deyiblər ki, verəcəyik", - onlar bildiriblər. 

Hoteldən bağlanmaqla bağlı məlumatı Arqument.Az-a təsdiqləyiblər. Bildiriblər ki, hamı işdən azad olunub və sabahdan qonaq qəbul olunmayacaq. 

"Gilan Holdinq"ə daxil olan "Qafqaz Sahil Hotel” 2008-ci ildən fəaliyyət göstərirdi. 

Hotelin Fövqəlada hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu iddia olunurdu. 


Lerik rayonunun 400-ə yaxın sakini öz imzaları və şəxsiyyət vəsiqələrinin seriya nömrələrini qeyd etməklə ölkə başçısına müraciət ünvanlayıblar. Rayonun Şingədulan icra nümayəndəliyinə daxil olan kəndlərin sakinləri prezidentə müraciət etməklə, rayon rəhbərliyindən narazılıqlarını ifadə ediblər.

Bu barədə sakinlər Vizualaz.org-a məlumat veriblər.

Sakinlər deyiblər ki, rayon rəhbərliyi ölkə başçısını aldadır. Onlar bildiriblər ki, oktyabrın 16-da cənub regionuna səfəri çərçivəsində dövlət başçısı İlham Əliyev Astara və Lerikdə də olub. O, Lerikdə bir sıra obyektlərin, yeni avtomobil yolunun, park kompleksinin və idman obyektlərinin açılışında iştirak edib. Amma Noda-Şingədulan və Xanagah yolunun rəmzi açılışını edib.

Sakinlər deyiblər ki, yol tanınmaz halda olduğuna görə, ölkə başçısından gizlədiblər.

Bundan başqa, Şingədulan icra nümayəndəliyinə daxil olan kəndlərin sakinlərinin ölkə başçısı ilə görüşməsinə maneə yaradılıb. Heç kəsə problemlərlə bağlı ölkə başçısına müraciət etməyə imkan verilməyib.

Sakinlər deyiblər ki, bu kəndlərin əsas problemi mavi yanacaqla bağlıdır. Kəndlər meşədən odun qırıb gətirməklə soyuqdan qorunur, gündəlik yemək tədarüklərini odun peçləri vasitəsilə həyata keçirilər. Amma son bir neçə ayda onlara meşədən hətta quru və yararsız odunları da yığıb gətirməyi qadağan ediblər.

Ölkə başçısına müraciət edən sakinlər rayon rəhbərliyinin, xüsusən də, icra başçısı Rövşən Bağırov və onun birinci müavini Cəlil Baxşıyevin fəaliyyətindən şikayətçidirlər. Müraciət müəlifləri deyiblər ki, rayonu faktiki dözülməz idarəçilik həddinə gətirən Baxşıyev "Dırıq" bölgəsi üçün heç bir iş görmür.

Sakinlərin ölkə başçısına ünvanladıqları müraciətin tam mətnini yaxın günlərdə dərc edəcəyik.


Vəkil: ”Biz hüquqi addımlarımızı atacağıq”

Bakı Apelyasiya Məhkəməsi oktyabrın 19-da müsavatçı Azad Həsənovun haqqında 4 aylıq həbs qətimkan tədbirini qüvvədə saxlayıb.

Prosesdə Azad Həsənov da iştirak edib.

Məhkəmədən sonra jurnalistlərin suallarını cavablandıran vəkil Osman Kazımov deyib ki, Azad Həsənovu oktyabrın 11-də Hövsan qəsəbəsində saxlaylblar, onu Bakı Baş Polis İdarəsinin mülki formada olan əməkdaşları 99 662 dövlət nömrə nişanlı “Hunday” markalı maşında aparıblar və yaxınlarına məlumat verməyiblər. Hətta onu zorla aparanlar özlərinin polis əməkdaşı olduqlarını da deməyiblər. İdarədə onu təhdid edib cibinə narkotik maddə qoyublar. İdarədə Azad Həsənova deyiblər ki, əgər boynuna almasan, işgəncə veriləcək. Azad Həsənov görüb ki, çıxış yolu yoxdur, ona deyilənləri yazıb.

“Özü bu barədə məhkəmədə danışdı və Baş prokurora da şikayət göndərilib. Oktyabrın 12-də isə onu Xətai Rayon Məhkəməsinə aparıblar və 4 ay həbs qətimkan tədbiri haqda qərar çıxarılıb. Amma dəvət olunan müdafiəçi çıxarılan qərardan şikayət verməyib”,- vəkil deyib.

Osman Kazımov bildirib ki, onlar Baş Prokurorluğun “qaynar xətt”inə həmin gün məlumat versələr də, heç bir reaksiya olmayıb:

“Yalnız iki gün sonra “qaynar xətt”dən mənə zəng edib Azad Həsənovu tapıb-tapmamağımızı soruşublar. Çox qəribədir ki, polisə nəzarət edən qurum bizdən soruşur”.

Osman Kazımov məhkəmədə çıxarılan qərarın qanunsuz olduğunu söyləyib:

“Azad Həsənovun istintaqdan yayınması, qaçıb gizlənməsi üçün əsaslar yoxdur. Ancaq buna baxmayaraq, məhkəmə arqumentlərimizi qəbul etmədi və qərarı qüvvədə saxladı. Bununla belə, biz hüquqi addımlarımızı atacağıq”.

Azad Həsənov Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik vasitələri hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma) maddəsi ilə ittiham edilir. Cinayət işini Bakı Şəhər Baş Polis İdarəsi aparır. İttiham sübuta yetirilərsə, A.Həsənovu əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilədək həbs gözləyir.


ABŞ-ın xüsusi prokuroru Robert Müllerin Araz Ağalarovun Crocus Group-na iradları ilə bağlı BuzzFeed nəşrinin yazısından 10 gün sonra şirkətin ABŞ-dakı hesabları qapadılıb.

Müller 2016-cı il iyunun 3-də Crocus Group Amerika ofisinə pul köçürmələri ilə maraqlanıb.

Xüsusi prokuror güman edir ki, bu pullardan rusiyalı vəkil Natalya Veselnitskayanın gələcək prezident Donald Trampın oğluna onun rəqibi Hillari Klintonla bağlı kompromat ötürdüyü zaman istifadə olunub.

Bu, Kremlin göstərişilə edilib. Belə ki, xüsusi prokuror hesab edir ki, Kreml Trampın prezident seçilməsində maraqlı olub.

Crocus Group-un rəhbəri, əslən azərbaycanlı sahibkar Araz Ağalarov bu ittihamları rədd edib. Onun vəkili Skott Balber bildirib ki, A.Ağalarovun Amerikada seçkilərə təsir göstərmək cəhdləri ilə heç bir əlaqəsi yoxdur.


Azərbaycanın Quru Qoşunlarının Tərtərdə yerləşən N saylı hərbi hissəsində xidmət edən Razi Şakir oğlu Mustafalı həlak olub.

Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, əsgər taqım komandiri tərəfindən güllələnərək öldürülüb.

Razi Mustafalının cənazəsi Bakı şəhəri, 4-cü mikrorayon, Hüseyn Seyidzadə 13-də yaşayan valideynlərinə təhvil verilib. Cənazənin artıq dəfn olunduğu bildirilir.

Yaxınlarına hadisənin hansı zəmində baş verdiyi haqda məlumat yoxdur.

Müdafiə Nazirliyi bu barədə hər hansı məlumat yaymayıb. Qurumun mətbuat xidmətindən Meydan TV-nin sualını cavablandırmayıblar


4 -dən səhifə 266