Javid Jabbarli

Javid Jabbarli

İrina Əhmədova: «Oğlum Rəfael Əhmədovun nəşini götürüb, ailəmlə birlikdə Azərbaycanı tərk edəcəm" 

Azərbaycanda məmur özbaşınalığı bəzən sərhədd tanımır. Hətta elə hallar olur ki, məmurlar şəhid ailələrinə qarşı belə o qədər ədalətsiz davranırlar ki, onlar övladlarının nəşini götürüb, ölkəni tərk etmək istəyirlər. Analoji hadisə Yevlax şəhərində yaşanır və Əhmədova ailəsi artıq nə edəcəyini bilmir. 
Şəhid Rəfael Əhmədov 1999-cu ildə Füzuli rayonunda hərbi xidmətdə olarkən düşmənin atdığı mərminin partlaması nəticəsində ağır yaralanıb. Kəşfiyyat bölümündə xidmət edən Rəfael döyüş yoldaşları ilə birlikdə hərbi tapşırığı yerinə yetirib, geri dönərkən düşmənə tuş gəliblər və 6 əsgər yoldaşı ilə birlikdə şəhid olublar. Rəfael bu zaman ağır yaralı vəziyyətdə hospitala aparılıb və orada bir neçə gün qaldıqdan sonra dünyasını dəyişib. 
Şəhid atamı Mətləb Əhmədov bildirib ki, 1981-ci il təvəllüdlü oğlunun nəşini hospitaldan Müdafiə Nazirliyinin rəsmiləri Yevlax şəhərinə gətiriblər və sabiq Prezident, Ümummilli Lider Heydər Əliyevin tapşırığı əsasında rayondakı Şəhidlər Xiyabanında dəfn olunub. «Həmin dəfndə rayon rəhbərliyi, Bakıdan gələn nümayəndələr də iştirak ediblər. Hətta telekanallarda bu dəfn mərasimindən reportaj da yayımlanıb». 
Mətləb Əhmədov deyir ki, oğlunun şəhid olmasını Müdafiə Nazirliyi də təsdiq edib. Nazirlikdən göndərilən rəsmi sənədə əsasən o, şəhid sayılıb. «Bütün sənədləri Yevlax Sosial Müdafiə Mərkəzinə göndərdik. Mərkəzin direkioru Zərifə Əzizova sənədləri qəbul edib, baxdıqdan sonra bizə bildirdi ki, bəs, guya, oğlumuz şəhid sayılmır. Bu səbəbdən də bizə qanuni düşən kompensasiyanın ödəməkdən boyun qaçırır. İllərdir bizi süründürür».
Şəhid atası deyib ki, axırda məcbur qalıb məhkəməyə müraciət etməli olublar. 24 noyabr 2015-ci ildə Yevlax Məhkəməsi Rəfael Əhmədovun şəhid olmasını təsdiq edən qətnamə çıxarıb. «Lakin Zərifə Əzizova bu qətnaməni saya salmayaraq, həmin qərardan Şəki Apelyasiya Məhkəməsinə şikayət edib. Şəki İnzibati İqtisad Məhkəməsində məsələyə baxıldıqdan sonra hakimlər qətnəma çıxardılar ki, bəs, oğlumuz guya şəhid olmayıb. Belə bir qərarı hansı haqla çıxardıqları məlum deyil. Böyük ehtimalla Zərifə Əzizova belə bir qətnamənin çıxarılmasını sifariş edib. Əks təqdirdə, rəsmi sənədlər varkən məhkəmə bu cür ədaltsiz yanaşma ortaya qoya bilməzdi». 
Şəhid Rəfael Əhmədovun anası rus əsillidir. İrina Əhmədova bildirir ki, o, əslən rus olsa da, hər zaman özünü Azərbaycan vətəndaşı sayıb və oğlunu da Azərbaycana sevgi, məhəbbət ruhunda böyüdüb. O deyir ki, oğlunun Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmasından da qürur duyur. Lakin üzləşdiyi haqsızlıqdan dolayı dəhşət içindədir. «Mən oğlumu doğma vətənim Azərbaycanın torpaqlarını qorumaq üçün böyütdüm. Əsgərliyə yola saldım. Vətəni qorumaq üçün cəbhə xəttində olanda da dəstəyimi əsirgəmədim. Bəzi valideynlər kimi pul verib, uşağımı arxa cəbhəyə də saldıra bilərdim. Amma etmədim, çünki o da bu torpağın oğluydu və onu qorumaq oğlumun da haqqıydı. Lakin yerli məmurların, Zərifə Əzizova kimilərin pula görə şəhid ailəsinə qarşı bu qədər amansız, qəddar davranması, övladım döyüş tapşırığını yerinə yetirərkən şəhid olmasını inkar etməsini qəbullana bilmirəm». 
İrina Əhmədova qeyd edir ki, onlara edilən təzyiqlər, haqsızlıqlar elə bir həddə çatıb ki, təkcə özü və ailə üzvlərini deyil, eləcə şəhid oğlunun nəşini də götürüb Azərbaycanı tərk etmək istəyir. «Mən Cənab Prezident İlham Əliyevdən xahiş edirəm ki, bu məmur özbaşınalığının qarşısını alsın. Bizə bu işdə yardımçı olsun. Bu qədər təzyiqin qarşısında duruş gətirmək, bunca ədalətsizliyə dözə bilmirik. Mən ümid edirəm ki, dövlətimizin başçısı səsimizi eşidib, məmur özbaşınalığına son qoyacaq və bizim qanuni haqqımızın tanınmasına yardımçı olacaq. Əks təqdirdə, mən, həyat yoldaşım və ailə üzvlərim şəhid oğlumuzun nəşini də alıb ölkədən getmək məcburiyyətində qalacağıq». 
Qeyd edək ki, hazırda məsələ Ali Məhkəmədədir və kassasiya şikayətinə iyun ayında baxılacağı gözlənilir.(jam.az) 
Məsələ ilə bağlı ilgili qurumların da mövqeyini dərc etməyə hazırıq. 


Polis şərəfi anlayışı mücərrəd olmasına baxmayaraq, özünü bu peşəyə həsr etmiş şəxslər tərəfindən qəbul edilib, tanınıb və riayət olunub. 
Üzləşdikləri çətinliklərə baxmayaraq, ömrünü polis peşəsinə bağlayanlar alçaldılmanı, qanunları pozmağı, rütbələrinin aşağı salınmasını öz şərəflərinə sığışdırmayıblar. 
Bunlar əsl polislərə aiddir. Peşələrinə sidq-ürəklə bağlı olanlara, dövlətçiliyin marağını daim üstün tutanlara, torpağı uğrunda şəhid olanlara aiddir.
Ancaq polis sıralarına qazanc üçün, şəxsi maraqlarını təmin etmək üçün soxulanlar az deyil. Bir zaman ölkənin gündəmini zəbt etmiş Hacı Məmmədov olaylarını xatırlamaq yetərlidir.
Bakixeber.az-a daxil olan məlumatlarda bildirilir ki, analoji dəstə Şəkidə peyda olub. Dəstə üzvləri xüsusi öyrədilmiş qadınlar vasitəsilə bir çox vətəndaşı şantaj edib pul alıblar. Şəki Polis İdarəsində hazırda faktla bağlı tədqiqat getdiyindən hadisənin detallarına varmayacağıq. İş üzrə şahid ifadələri alınır. Tədqiqat yekunlaşandan sonra bu baradə ətraflı məlumatlar verəcəyik. Dəstə üzvlərini kimlərin himayə etməsi, şahidlərə təzyiq edilməsi haqda məlumat olsa da tədqiqatın ədalətli aparılacağına əminik. Çünki rayonda xoşagəlməz ab-hava yaranıb. Və bu Şəki kimi inkişaf etmiş region üçün müsbət heç nə vəd etmir.
Dəstə üzvlərindən birinin əməlləri xüsusilə müdhişdir. Bu şəxs Göynük kəndi sahə müvəkkili Adil Mahmudovdur. Yüksək ranqlı himayəçisinin dəstəyinə arxalanaraq kifayət qədər qanunsuzliqlar törətdiyi haqda məlumatlar almışıq. Polis zabiti olan Mahmudov bütün əxlaq normalarına tüpürərək Cumakənd ərazisində evli bir qadınla ilişkilər qurub. Nəhayətdə qadının ailəsi bu münasibətdən xəbər tutub. 3 övladı olan qadının ailəsi dağılıb. Qadının əri iddi edir ki, hətta sonuncu uşağın atasının Mahmudov olmasından şübhələnir. Əslində buna əmindir, lakin DNK analizi üçün maddi imkanı olmadığından edə bilməyib. Lakin bu biabırçı məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə artıq şikayət edilib.
Etika xətrinə həmin qadının adını və soyadını yazmırıq. Aşağıda polislə evli qadının çoxsaylı intim fotolarından bir neçəsin təqdim edirik. 
Mövzuya qayıdacağıq. Qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq.


Azərbaycanda gömrük ödənişlərindən yayınma ilə bağlı cəzalar ağırlaşdırılır və yeni cəza sanksiyaları tətbiq olunacaq

Milli Məclisdən APA-ya verilən məlumata görə, Azərbaycan prezidentinin təqdimatı ilə bununla bağlı Cinayət Məcəlləsinin 209-cu (Gömrük ödənişlərinin ödənilməsindən yayınma) maddəsinə əlavə və dəyişiklik təklif edilir.

Maddənin 1-ci bəndinə ediləcək əlavə və dəyişikliyə görə, xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma, cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən 4 mislinədək miqdarda cərimə və ya 4 ilədək müddətə islah işləri ilə cəzalandırılır. Hazırda isə bu cəza 1 000 manatdan 2 000 manatadək miqdarda cərimədir.

Maddənin 2-ci bəndinə edilən əlavə və dəyişikliyə görə isə, bu, təkrar və külli miqdarda törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın 3 mislindən 5 mislinədək miqdarda cərimə və ya 2 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Hazırda isə bu cəza iki min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləridir.

Maddənin “Qeyd” hissəsinə edilən dəyişikliyə görə isə, külli miqdar dedikdə 100 min manatdan artıq vəsait nəzərdə tutulur.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 6-da müzakirəyə çıxarılacaq


Zakir Fərəcov Azərbaycana gətirilən ən bahalı lüsterlərin inhisarçısı imiş 
Sumqayıtın icra başçısı Zakir Fərəcovun adı daha bir qalmaqallı məsələyə qarışıb. İndiyə qədər bir çox bizneslərdə, habelə MTN şefi Eldar Mahmudovla yaxşı münasibətdə olması səbəbindən adı gündəmə gələn icra başçısının bu dəfə ismi çilçıraq biznesində hallanmağa başlayıb. 
Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, Zakir Fərəcov uzun illərdən bəri Azərbaycana gətirilən və dəyəri yüz minlərlə manatla ölçülən çilçıraqların inhisarçısıdır. Sumqayıtın icra başçısı xeyli müddətdir bu işlə məşğuldur. Hətta onun satış üçün gətirdiyi lüsterlər arasında qiyməti 150-200 min manata olanları da var. 
Maraqlı məqamlardan biri isə odur ki, icra başçısı dövlət qurumlarının binalarında quraşdırılan ən bahalı çilçıraqların da satıcısı kimi çıxış edib. Keçirilən tenderlərə təklif olunan həmin lüserlərin qiymətləri isə bir neçə dəfə şişirdilib.
Milli Məclisin binasının təmiri zamanı Zakir Fərəcov da yardımçı olub. Belə ki, o, binanın işıqlandırma sisteminə aid olan bütün vəsaitlərin hamısını verib. Üstəlik, bir neçə bahalı çilçıraq da bağışlayıb.(jam.az) 
Qarşı tərəfi də dinləməyə hazırıq.


Bakıda fəaliyyət göstərən daha bir tikinti şirkəti dələduzluqda ittiham edilir.

Bakı şəhər sakini 37 yaşlı Elmira Süleymanova hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, B.Sərdarov küçəsi – 4 ünvanında yerləşən “Qlobal” MMC-nin inşa etdiyi binadan 36 739 manata mənzil alıb.
Lakin bir müddət sonra həmin binada tikinti işlərinin dayandırıldığını görüb. O, pulunu geri istəsə də, yalnız 1 500 manatını geri ala bilib. Pulun qalan hissəsi isə qaytarılmayıb.
Faktla bağlı araşdırma aparılır.


İranın ali dini liderinin hərbi müşaviri general Yəhya Rəhim Səfəvi Türkiyə ilə əlaqələrin kəsilməsi lazım olduğunu bildirib. 

Paytaxt Tehranda təşkil olunan "Qərbi Asiyadakı geosiyasi hadisələr" başlığı altında keçirilən tədbirdə çıxış edən general Ankara ilə olan təhlükəsizlik, iqtisadi və siyasi əlaqələrin yenidən nəzərdən keçirilməli olduğunu söyləyib. 

Türkiyənin bəzi Ərəb ölkələrində ABŞ və İsrail ilə əməkdaşlıq etdiyini və onlarla koordinasiyalı bir siyasət yürütdüyünü iddia edən Səfəvi "Ankara ilə əlaqələr yenidən müzakirə olunmalıdır" deyə bildirib. 

Dövlətin yüksək səviyyəli bir çox siyası və hərbi rəsmisinin iştirak etdiyi tədbirdə çıxış edən Səfəvi dövlətin bölgədəki məsələlərlə bağlı hərbi strategiyası ilə yanaşı geniş bir siyasi, iqtisadi və ictimai strategiyanın da olması lazım olduğunu bildirib.(Avropa.info


Gözə xoş gələn, gözü oxşayan, ruha yatan, əsasən çoxluq tərəfindən bəyənilən, əşyalar ölçüsündən və dəyərindən asılı olmayaraq uzunömürlü sənət əsərləri kimi dünyada şöhrət qazanır. Hər bir sənət nümunəsi özü ilə birlikdə sənəti, onu yaradan sənətkarı və ünvanını, hansısa xalq, tayfa, tirə və ya toplum haqqında bir işarə, rəmzi məna daşıyır.

Dünyanın bir çox muzeylərini bəzəyən bu cür sənət nümunələrindən biri də tikmələr hesab edilir. Tikmələr arasında Azərbaycan tikmələrinin də xüsusi yeri var. Azərbaycan xalqının bədii tikmələri öz texnika və kompozisiyası ilə uzaq keçmişlərə gedib çıxır və Azərbaycan xalqının mədəniyyətinin varisliyini sübut edir. Bu gün də Azərbaycanın bir çox şəhər, qəsəbə və kəndlərində kökü qədim çağlara gedən bədii tikmə məktəbləri qorunub-saxlanılır. Azərbaycan ustalarının əl işləri beynəlxalq sərgilərin və muzeylərin ekspozisiyalarını bəzəyir. Tapmaca dolu ornament, fiqur, naxış, rəmz, damğa və işarələrlə zəngin bu sənət nümunələri onu görənləri tilsimləyir.

 Tikmənin işləndiyi sahələr;  Bu növ tikmə nümunələrindən biri də dünyada məşhur olan Qasımuşağı  obasında hazırlanan tikmələridir. Qasımuşağı tayfasının yaşadığı ərazilərdən asılı olmayaraq toxuculuq və tikmə sənətinə hər daim diqqət yetirmişdir. Tikmələr adətən qadın geyimlərinin bir çox hissələrində müxtəlif növ zəncirə, bafta və digər tikmə elementləri şəkilində bəzədilirdi. Qasımuşağı obasında kustar sənətkarlar tərəfindən pambıq, ipək və yundan (qılıcı şaldan) müxtəlif növ rəngli parçalar hazırlanardı. Müəyyən formalı geyim və onun bəzəklərində — örpək, rübənd, araqçın, arxalıq, çəpkən, çuxa, eşmək və digər geyim növlərinin üzərinə nəbati və həndəsi ornamentlərdən ibarət müxtəlif cür tikmələr işlənirdi.Qadınlar üzü tikməli başmaq və ya uzun boğazı olan üstü tikməli çəkmələr də hazırlayırdılar.

Məişətdə cib dəsmalı, masaüstü örtük (süfrə), taxça, buxarı, güzgü və lampa üçün örtük, balış və yataq ağları, pul, eləcə də tütün kisəsi, yelpik, duz torbası, qaşıqdan və çömçədan, yüküzü, silah (əsasəndə tapança) qoburu və digər örtük və üzlüklərin, həmçinin təsərrüfat işlərində istifadə edilən xurcun, çul, heybə və s. əşyaların üzərinə gözəl tikmələr salınardı.

Tikmələrin ən çox yarımköçəri halda yaşayan Qasımuşağı tayfasının yaylaqlarda istifadə etdikləri alançıq, çadır və digər müvəqqəti yaşayış evlərinin təkcə daxilinin deyil, bir çox halda onun xarici görkəminin bəzədilməsində istifadə edilərdi.

Ümumi məlumat:  Qarabağ xalçaçılıq məktəbinin Cəbrayıl qrupuna aid edilən müxtəlif yerlikli Qasımuşağı tikmələri hələ XVI-XVII əsrdə artıq özünəməxsusluğu ilə fərqlənirdi. "Qasımuşağı tikmələri"  Zəngəzur mahalının,  indiki Laçın rayonunun mərkəzindən 50-60 km şimalda, Hacısamlı nahiyəsinin inzibati ərazi vahidində yerləşən Qasımuşağı obasının kəndlərində,  Şamkənd, Kürdhacı, Yuxarı Çorman, Şəlvə, Daşlı  kəndlərinin inzibati ərazi vahidində yaşayan Qasımuşağı tayfasının adı ilə bağlıdır.

Kiçik və ya böyüklüyündən aslı olmayaraq hər bir incəsənət əsəri ilkin olaraq insan təfəkkürünün təsiri altında inkişaf edir və formalaşır. Qasımuşağı tikmələri də Qasımuşağı tayfasının mənəvi aləminin və sosial varlığının dəyişməsi nəticəsində ərsəyə gələn dəyərli mənəvi mədəniyyət əsərlərindən biridir. Əslində tayfa üzvlərinin maddi-dəyişdirici fəaliyyətinin əsas məqsədi, hər şeydən əvvəl, ilk öncə öz təlabatlarını ödəmək üçün lazım olan maddi və mənəvi nemətlər yaratmaq olmuşdur.

Qasımuşağı obasının əhalisinin əsas məşğuliyyətlərindən biri də ipək, yun, bəzən pambıq ipliklərdən toxuma və müxtəlif tikmə işləri təşkil edirdi. Qasımuşağı obasının əhalisi arasında tikmə sənəti uzun sürən və çox mürəkkəb inkişaf yolu keçmiş olan maddi və mənəvi mədəniyyətin nəticəsidir.

Adətən tikmə tikmək üçün müxtəlif növ sap, parça, muncuq, düymə (pilək), eləcə də əlvan metal lövhəciklər və s. bədii materiallardan istifadə edilərdi. Tikmə üçün yerlik kimi istifadə ediləcək saya parçalar (məxmər, qanovuz, xara, misqal, tirmə, kətan, şal, mahud və s.) əsasən ağ olsada bir çox hallarda tünd qırmızı, qara, yaşıl, sürməyi, zoğalı rənglərdən də istifadə edilərdi. Bəzən çəhrayı və bənövşəyi rəngli yerliyi olan tikmələrdə hazırlanırdı. Tikmələr üçün istifadə ediləcək yun, ipək və pambıq ipliklər istifadəsinə uyğun yerli bitki, yaxud da ağac qabıqları ilə, eləcə də digər (palçıq, köşenil, bitki kökləri və s.) vasitələrlə boyanar, tikmə tikmək üçün hazırlanardı.

Tikmə sənəti bir zamanlar qadın və qızlar üçün ən yaxşı məşğuliyyət növlərindən biri idi. Vaxtı ilə Qasımuşağı obasında yaşamış ailələrin bəzilərində bu gün də yaşı bir neçə əsr olan zərif tikmələrə rast gəlmək olar. Bu cür tikmələr vaxtı ilə cehiz və hədiyyə üçün ən dəyərli pay sayılırdı.    Tikməçilik ulu nənələrimizin özlərindən sonrakı gənc nəslə gözəl bir ənənə olaraq ötürülən qiymətli irsdir. Yüz illər öncə bu obada hazırlanan tikmələrdəki naxış növlərinin özünəməxsus bir gözəlliyi vardı.

Bu növ tikmə nümunələrindən bir neçəsi XVII əsrdə Qasımuşağı obasının ustaları tərəfindən işlənilmiş və dövrümüzə qədər gəlib çıxan ipək Qasımuşağı tikməsi bütün bu dediklərimizi əyani şəkildə təsdiq edir.

Günümüzə qədər gəlib çatmış hər bir Qasımuşağı tikmə və xalçası müəyyən edilmiş xüsusi dizayna əsaslanır: bu, tikmə və xalçaların strukturunun daha dəqiq göstərici olmasına baxmayaraq ümumi görüntünü əks etdirən cüzi dəyişikliklərə uğramış müxtəlif növ naxışlar ancaq bu tikmə və xalçalara məxsusdur. Toxucular müxtəlif zaman kəsiyində bir bölgədən digər bölgəyə köç edir, ancaq ənənəvi naxışları isə özləri ilə daşımalı olurdular.

Hələ XVII əsrin axırları və XVIII əsrin əvvələrində dağlıq ərazidə məskunlaşan Qasımuşağı tayfası bu kəndlərdə ağac, saxsı, taxta, dəmir, sümük və s. materiallardan olmasından asılı olmayaraq bir çox alətləri özləri hazırlayır, müxtəlif əşyalar yaradır, bədii tikmə və xalçaçılıqla məşğul olurdular. Xalça və xalça məmulatları: tikmə,  palaz, gəbə, kilim, xurcun, çuval, cecim, keçə (qəlib),  nəmənd, fərməş (farmaş və yaxud da məfrəş), şəddə, yun corab, örkən, şötük, sicim, çatı, gözək, əlcək, sapand,  gərdəkbaşı  və s. əşyalar evdə sadə əl alətləri ilə toxunurdu.

Qasımuşağı obasının ərazisində hələ XVIII yüzilliyin əvvəllərində mövcud olan və məişətdə, həmçinin təsərrüfatda istifadə olunan maddi mədəniyyət nümunələrilə qarışıqlı əlaqə və təsirdən xəbər verən tikmə nümunələri həmin dövrdən çox-çox əvvəllər Qasımuşağı tayfasının ailələrində hazırlanmışdır. Obanın kəndlərində başqa toxuma məmulatları ilə yanaşı tikmələrə də böyük tələbat olmuşdur.

Bu tikmələr evin xanımları tərəfindən hazırlanar, müxtəlif məqsədlər üçün nəzərdə tutulardı. Hələ ta qədimdən yaxın keçmişə qədər adət-ənənəyə uyğun bu obada gəlin köçən qızların cehizinə zəngin, rəngarəng, cürəbəcürə xalça və tikmə növləri daxil edilərdi. Hətta bu tikmə və xalı-xalçaların sayından asılı olaraq həmin cehiz qiymətləndirilərdi. Müxtəlif məqsədlər üçün istifadə ediləcək bu tikmə və xalçalar həvəskar qadın və qızlar tərəfindən hazırlanırdı. Tikmələrdən əsasən taxça, buxarı, güzgü pərdələri, divar bəzəkləri, pərdəbaşı,  gərdəkbaşı, araqçın, rübənd, süfrə və digər əşyaların bəzədilməsində istifadə edilirdi.

Tikmə işləri ilə məşğul olmaq üçün bir neçə sadə alətdən - əsasən də qasnaq və qarmaqdan (qüllabdan) istifadə edilərdi.

Xammal;   Əsas xammal kimi — istər rəng, istərsə də ipliklərin hazırlanması zamanı yerli xammala daha çox üstünlk verilirdi. Həmin xammal və köməkçi vasitələr əsasən Qasımuşağı obasının kəndlərinin ərazisindən əldə edilir və hazırlanırdı. Bu həm ucuz, həm tez bir zaman ərzində, eyni zamanda keyfiyyətli olduğu üçün yerli əhalinin diqqətini cəlb edirdi. Çoxlu miqdarda təbii və ucuz xammal mənbələrinin olması burada toxuculuq sənətinin inkişafına öz müsbət təsirini göstərirdi.

Zərbaft, xara, atlas, tafta, qanovuz, kəmxa, kiseyə, məxmər, darayı, mahud, şal, tirmə, midqal, bez və s. adını qeyd edə bilmədiyimiz digər parçalardan istifadə edilirdi. Əsasən ağ, tünd qırmızı, qara, yaşıl, sürməyi, zoğalı rəngdə parçalara üstünlük verilərdi.

Bədii analiz: Tikmə və ya xalçaların naxışı, eləcə də rəngləri hər bir xalqı başqalarından ayırmağa və eləcə də eyni xalqın içərisində mövcud qəbilə və tayfaların nümayəndələrini bir-birindən fərqləndirməyə imkan verirdi. Qasımuşağı tikmə və xalçalarında ustalıqla istifadə edilən müxtəlif naxış, fiqur, motiv, rəmz, damğa və digərləri buna ən gözəl nümunədir. Qasımuşağı obası və ona yaxın ərazilərdə tikmə sənətinin formalaşması Qasımuşağı tayfasının ümumi mədəniyyətinin bir hissəsi olmaqla yanaşı obada toxuculuq sənətinin pik nöqtəyə yetməsinə təkan verdi.

Qasımuşağı tayfasının üzvləri tərəfindən hazırlanan tikmələr içərisində öz çeşnisi ilə digərlərindən tamami ilə fərqlənən tikmələr hazırlanmışdır. Bu gün dünyada Qasımuşağı tikməsi kimi tanınan bu növ tikmələr digər tikmələrdən öz çeşnisi ilə yanaşı xüsusi tərtibatı və texniki xüsusiyyətlərilə də fərlənir.

Tikmələrin kənarları əsas halda bu tikmə və xalçalara məxsus xalçaşünaslar və yerli əhali tərəfindən "ocaq" adlanan naxışla tamamlanırdı. Ara sahənin yuxarı və aşağı hissəsinin hər iki yanında (sağ və solda) bu tikmələrə (həmçinin “Qasımuşağı xalçaları”na) məxsus böyük ölçülü "S" hərfinə  bənzər naxışlar vurulmuşdur. Bu naxışlı elementlərin içərisini əjdaha motivləri bəzəyir.  Ara sahənin tən ortasında böyük ölçülü səkkizbucaqlı göl yerləşdirilmişdir. İlkin çeşnilərdə gölün kənarları əsas halda "ocaq" adlanan naxışla işlənilmişdir. Lakin sonrakı dövrlərdə bu naxışlardan kənar haşiyələrin bəzədilməsində istifadə edilmişdir. Gölün daxili hissəsi xonçanı xatırladan müxtəlif ornamentlərlə tərtib edilmiş, yerliyi və rəngli kənarları müxtəlif fiqurlarla bəzədilmişdir. Gölün mərkəzində ağ yerlikli səkkizguşəli həndəsi formalı naxışın dörd tərəfindən  buynuza bənzər motivlər işlənmişdir. Müxtəlif dövrlərdə hazırlanan Qasımuşağı tikmələrində bu buynuza bənzər naxışlar forma və işlənmə yerindən asılı olaraq öz formasını bir xeyli dəyişmişdir. Bəzi toxucu və xalçaşünaslar tikmə və xalçada olan bu medalyonu səhvən “hörümçək” (“qurd” və ya “böcək”) adlandırmağa çalışırlar. Əslində isə bu naxış “hörümçək” deyil, müxtəlif hissələrdən ibarət olan həndəsi, nəbati, astral və zomorf naxışların harmoniyasından təşkil olunmuş və görünüşcə “hörümçəyi” xatırladır. Gölün ara sahəsində yerləşən “hörümçəyə” bənzər elementlər bu tikmələrdə daha çox təsadüf edilən “buynuzu” (“budağı”) xatırladan qarmaqlı motivlərlə müxtəlif formada əhatə olunur.

Qasımuşağı tikməsinin aşağı və yuxarı künclərindən bir-biri ilə üzbəüz istiqamətlənən oxabənzər elementlərlə işlənmiş kətəbələr yerləşdirilmişdir. Həmin kətəbələr hazırlanma tarixindən asılı olaraq  müəyyən qədər dəyişikliklərə uğramış naxışlarla işlənmiş və tamamlanmışdır. Bu tikmələri divardan istər şauqili və üfiqi şəkildə, istərsə də başıyuxarı və başıaşağı asılmasından asılı olmayaraq eyni şəkildə görüntülənir.

"Qasımuşağı tikmələri"ndə istifadə edilən naxışların forması girdə (yuvarlaq), dördbucaqlı, kvadrat, altıbucaqlı, səkkizbucaqlı və bu tikmələrə məxsus digər həndəsi formalı naxış və fiqurlarla  bəzədilmişdir. Naxış və fiqurların əsas hissəsi müxtəlif damğa və rəmzlərdən ibarətdir. Bu tikmələrin bəzilərində isə ümumi dizayn saxlanılmaq şərti ilə daha çox nəbati elementlərdən istifadə edilmişdir.

Qarabağ xalçaçılıq məktəbinin  Cəbrayıl qrupuna aid edilən Qasımuşağı tikmələri üçün xarakterik olan mürəkkəb kompozisiya Qasımuşağı xovlu xalçalarına çox yüksək peşəkarlıqla işlənmişdir. Xalçalara nisbətdə tikmələrin hazırlanmasında istifadə edilən materialların çox zəif, işlənməsi isə zərif olduğundan

Texniki xüsusiyyətləri:  Tikmə elə bir sənət növüdür ki, onunla təkcə sənətkarlar deyil xüsusi bacarığı olan sadə Qasımuşağı tayfasının üzvləri də məşğul olurdu. Əslində isə bu obanın qadınları əsl sənəkarlar qədər bacarığa malik olmuşdular. "Qasımuşağı tikmələri"ni hazırlamaq üçün alət və avadanlıqlar düzəldiləcəyi materialdan (sümük, taxta və ya metal) asılı olmayaraq yerli əhali tərəfindən hazırlanırdı.

Qasımuşağı tayfasının hazırladığı tikmələr texnika və kompozisiya baxımından qədimiliyini hər bir dövrdə saxlamışdır. İstər adi, istərsə də ipək tikmələrin gözəlliyi və əzəməti ilə rəng çalarlarının zəngin palıtrasına qəsidədir.

Əsas hallarda tikmələrin ölçüsü kiçik: uzunu 1 metrdən 2 metrədək, eni 60 santimetrdən 1metr 50 santimetrədək olur. Buna baxmayaraq bəzən orta və böyük formatlı tikmələrədə təsadüf edilir.

Hər hansı bir məmulata naxış saldıqda əvvəlcə həmin məmulatı və ya parçanı qasnağa tarım çəkib onun üzərinə ikinci bir qasnağı kip otuzdururdular. Sonra parçanın üzərinə naxış konturları iynə ilə deşilmiş kağız qoyub, tabaşir tozu ilə naxışın rəddini məmulat və ya parçaya köçürürlər. Bu əməliyyat qurtardıqdan sonra usta sağ əli ilə sapı üstdən qarmağa ilişdirib,alta verir və qasnağın altından sol əli ilə sapı çəkir. Beləliklə, alınan zəncirəbənzər ilmələr qeyd olunan istiqamətdə gedir və müəyyən olunmuş naxış kompozisiyasını əmələ gətirir.

Klassik "Qasımuşağı tikmələri"ndən fərqli olaraq XX əsrin əvvəllərində, xüsusilə də Sovet hakimiyyəti illərində hazırlanan tikmələrdə ipək saplarla yanaşı pambıq (əsasəndə yerlik üçün istifadə edilən parça) və eləcədə müasir maşın istehsalı olan sintetik saplardan istifadə edilməyə başlandı. Pambıq və sintetik saplardan istifadə edilərkən hazırlanan tikmələrin keyfiyyəti aşağı olur.

Qasımuşağı obasında hazırlanan tikmələrdə olan hər bir detal, element, motiv, fiqur və ya naxışlar "gözəmə" və ya "doldurma" üsulu ilə həyata keçirilirdi. Bəzən isə hər iki üsul birlikdə istifadə edilərdi.

Qasmuşağı obasında hazırlanan digər tikmə növlərin bir çoxunda ən çox  qızılgül, nərgiz, qərənfil, lalə, zanbaq, nar, heyva, alça çiçəkləri, sünbül, müxtəlif formalı yarpaqlar, bülbül, tovuz quşu, göyərçin, tutu quşu, şanapipik, sərçə, qırqovul, bildirçin, kəklik və digər motivlərə daha çox yer verilirdi.

Yekun;  Qasımuşağı tayfasının tarixi ilə möhkəm bağlı olan və onun mədəniyyətini öyrənmək, araşdırmaq üçün qiymətli mənbələrdən biri sayılan tikmələr öz dəyər və qiymətinə görə Azərbaycanın tətbiqi-sənət əsərləri sırasında məxsusi yeri var. Müxtəlif vaxtlarda Qasımuşağı obasının hər bir kənd-kəsəyində həvəskar qadınlar öz bacarıq və qabiliyyətlərini bu sənətdə sınamağa çalışırdılar. Qasımuşağı tikmələri bu tayfanın çoxəsrlik tarixi boyu yaratdığı mədəni irsinin ən dəyərli abidələrindən biridir.

"Qasımuşağı xalçaları" ilə yanaşı, "Qasımuşağı tikmələri"nə aid nümunələr dünya muzeylərinin bəzəyinə çevrilib. Bu elin tikmə və xalçaçılıq sənətinin araşdırılmasına və yetərincə qiymətləndirilməsinə məncə indiki vəziyyətdə daha çox ehtiyac var. Tayfa üzvlərinin mədəni inkişaf səviyyəsi, yaşadıqları ərazidə yaradılan maddi-mədəni sərvətlərin həcmi, yayılma miqyası və ətrafda yaşayan digər insanlara ötürülməsi danılmazdır.

Sultan HÜMBƏTOV


Türkiyə Jandarmasının komandanı, ordu generalı Qalib Mendi Azərbaycana gələcək. 

Jandarma komandanının səfəri mayın 3-də baş tutacaq.
Səfər zamanı Q.Mendi Azərbaycanın hərbi qurumlarında görüşlər keçirəcək və iki ölkə arasında hərbi sahədə əməkdaşlıq perspektivlərini müzakirə edəcək.


15 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Elçin Əliyev Elşən Xəlilovun başına «corab hörüb»

Ucar rayonu, Xətai küçəsi ev 47 ünvanında yaşayan Elşən Xəlilov 15 saylı Dövlət Əmək Müfəttişliyinin Regional İdarəsinin rəisi Elçin Əliyevdən şikayətçi düşüb. Xəlilovun JAM.AZ-a göndərdiyi məlumatda deyilir ki, Əliyevin atdığı addımlar sayəsində Ucar, Ağdaş və Zərdabda yaşayan insanların əmək hüquqları kobud şəkildə pozulur. 
Elşən Xəlilov yazır ki, Ucar rayonu ərazisində fəaliyyət göstərən «Ucar Aqro» MMC-nin (Mərcan Broyler) mühəndis şöbəsinin müdiri Hamiz Arif oğlu Məmmədov onu əmək müqaviləsi bağlamadan işlədib. «Məsələ ilə bağlı Səlim Müslümova belə yazmışam. Həmin şikayətlərimin araşdırılması üçün 15 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə göndərilsə də, oranın müdiri Elçin Əliyev öz şəxsi maraqlarını dövlət qanunlarından ali tutaraq saxta araşdırma aparıb heç bir tədbir görmək istəmir. Şikayətimin araşdırılmasını 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə yönəltməyə çalışır ki, bu tam qanunsuzluqdur. Mən şikayət ərizəmlə əlaqədar izahatımda göstərmişəm ki, həm Ucar rayon Qazqumlaq kənd ərazisində yerləşən yetişdirmə sexində, həm də Ucar rayon Alpoud kənd ərazisində yerləşən "Ucar-Aqro" MMC-də işləmişəm. "Ucar-Aqro" MMC-də məni işə dəvət edən mühəndis şöbəsinin müdiri Hamiz Məmmədov olub ki, bunu təsdiq edən mötəbər subutlarım var. 15 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin müdiri Elçin Əliyev mənə dedi ki, sən "Ucar-Aqro" MMC-də işləməyini və Hamiz Məmmədovun adını izahatında yazma. Sən "Azpod" MMC-də işləməyini və sənə oranın işçisi Namiqin pul borclu olduğunu yaz. Belə olanda sənin pulunu verəcəklər. Mən də bu korrupsioner Elçin Əliyevə inanıb belə yazmışam. Fakt və subut var ki, Namiq adlı şəxsin təklifi ilə, həm 4 ay "Azpod" MMC-də elektirik işləri görmüşəm, Hamiz Məmmədovun dəvəti ilə də, həm də "Ucar-Aqro" MMC-də 3 ay elektirik işləri görmüşəm. Heç biri də məni əmək müqaviləsi bağlamadan işlədiblər. Mənə pul borclu olanda Hamiz Məmmədovdur». 
O qeyd edir ki, 15 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin müdiri Elçin Əliyev izahatı ondan barəsində şikayət etdiyi Hamiz Məmmədovun yanında aldı. «Onlar yaxın dostdular, buna görə də mən süründürməçiliyə məruz qalmışam. Heç bir qanunu tədbirlər görülmür. Bu korrupsiya cinayətidir ki, Elçin Əliyev Hamiz Məmmədovla əlbir olub törədirlər. Qanunda nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanılmadan məni işlətdikləri üçün həm "Azpod" MMC-nin, həm də "Ucar-Aqro" MMC-nın barəsində qanunu tədbirlər görülməlidir». 
Yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq. 


Azərbaycanda dolların məzənnəsi stabil qalıb.

Bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankı yayıb. 
Bugünkü məzənnəyə əsasən, 1 dollar 1.5072 manat təşkil edir. 
Avronun məzənnəsində isə bahalaşma olub. Belə ki, hazırda 1 avro 1.7283 manata dəyişdirilir. 


207 -dən səhifə 245