Wednesday, November 22, 2017

Javid Jabbarli

Javid Jabbarli

Son bir-iki ildə ictimai sektorda müzakirə olunan məsələlərdən biri siyasi fəaliyyəti olmayanların Avropa ölkələrindən siyasi sığınacaq istəməsidir. Əslində müasir dünyanın qəbul etdiyi ən ümumi prinsiplərdən biri insan hüquqlarının qorunması və siyasi xarakterli şəxslərin digər ölkələrdə sığınacaq almasına dəstək verməsidir. Bu prinsip hakimiyyətdə və ya müxalifətdə təmsil olunmasından, maddi durumundan, dini inancından, ictimai mövqeyindən, peşə fəaliyyətindən, işsiz və ya təqaüdçü olmasından asılı olmayaraq istənilən şəxsə tətbiq oluna bilər. Yetər ki, həmin şəxsin öz vətənində hakimiyyət təmsilçilərilə və ya vəzifə sahiblərilə problemi olsun ki, onun ölkənin bütün hüdudlarında yaşamasına və ya fəaliyyət göstərməsinə ciddi əngəllər olsun. Bu əngəllər həbs və ya işgəncə gözləntisi ola bilər ki, siyasi sığınacaq istəyənlərin bu hüququ əldə etmələrinə “yaşıl işıq” kimi yardımçı ola bilər.

Burada məqsəd siyasi sığınacağın mahiyyətinə və əldə edilməsi proseduruna aydınlıq gətirmək olmasa da, baş verənlərə görə qısa izahat verərək mətləbə keçirəm. Əsl həqiqət ondan ibarətdir ki, siyasi sığınacağa layiq olanlardan daha çox bu hüquqdan istifadə edənlər və yararlananlardır. Buna görə də sosial şəbəkələrdə və mediada Azərbaycan vətəndaşlarının siyasi sığınacaq problemilə bağlı qızğın müzakirələr gedir. Bu müzakirələr saxta partiya mənsubiyyətinə, yalançı dəstək məktublarına, işgəncəyə məruz qalmaqla bağlı arayışlara və sairə qədər uzanır. İş o yerə çatıb ki, Avropanın ortasında bir neçə siyasi partiya təmsilçiləri olan-olmayan, şər-böhtan, yarı həqiqət, yarı yalan arqumentlərlə bir-birilərilə yumşaq desək mübarizə aparırlar. Bu gərginliyin mövzusu isə birinin o birinin “siyasi sığınacaq biznesini” göstərməsi və özününkünü gizləməsidir. Problemin digər tərəfi isə siyasi sığınacaq almaq istəyənlərin bu yola üz tutmasıdır ki, bir çox hallarda həmin yalançı partiya üzvləri daim psixoloji gərginlikdə özlərini hiss edir və əsl müxalifətçilərin yanında sadəcə hüquqsuz görünürlər. Mənim fikrimcə sıxışdırılan və siyası mühacir obrazı yaradan həmin insanların uşaqlarının yanında yalançı görünməsi onların faciəsi və ən böyük cəzalarıdır.

Burada iki sual ortaya çıxır ki, biz həmin suala cavab tapan zaman məsələnin mahiyyətini tam anlamış olacağıq. Birincisi, insanlar süni, saxta statusla, bəzən isə saxta adla yaşamağa niyə can atırlar? Nədən Avropa ölkələri həmin insanlara sığınacaq verir? Ona görə ki, Azərbaycan reallığında insanların yaşam tərzi, hüquqlarının təmin edilməsi, fəaliyyət imkanları, təhsil səviyyəsi, keyfiyyətli tibbi xidmətlərdən istifadə imkanları olduqca aşağı həddədir. Ölkə bütövlükdə korrupsiya məngənəsində sıxılır. Təqaüdçünün pensiyası yüz dollar cıvarında deyil və həkimlərin əmək haqqısı da bu təqribən nisbətdədir. Gənclərin işsizlikdən zərərli vərdişlərə və dini qruplara meyllənməsi labüddür. Hələ mülkiyyət hüququna müdaxilə imkanlarının qanuniləşməsini, siyasi iştirakçılıq imkanlarının yox olmasını, vətəndaş cəmiyyətinin sıradan çıxarılmasını, azad media problemini detallı qeyd etmirəm ki, o sahələrdə vəziyyət daha acınacaqlıdır. Deməli, bütün bu problemlərin içərisində sıxılan Azərbaycan vətəndaşı Avropada yaxşı yaşamaq, uşaqlarına normal təhsil vermək və sağlam böyütmək imkanlarına inanaraq Avropaya üz tutur. Bu zaman isə bütün vasitələrdən istifadə etməyə çalışırlar.

Avropalıların bu insanlara yaşam hüququ verməsi isə burada özünü sübut edənlərlə problemin olmadığının göstəricisidir. Yəni, bir insan ya saxta, ya da həqiqi sənədlərlə özünü sübut edirsə, bu zaman sənədə inanan və hüququ imkanı tətbiq edən Avropalının həm də inandığı bir məntiq var. Azərbaycan korrupsiyanın yüksək səviyyədə olduğu bir ölkədir, Azərbaycanda jurnalistlər, siyasi partiya nümayəndələri, hüquq müdafiəçiləri həbs edilir, Azərbaycanda məhkəmələr hakimiyyətin diktəsini yerinə yetirir, Azərbaycanda azad sahibkarlıq və biznes imkanları yoxdur, Azərbaycan kölgə iqtisadiyyatının səviyyəsinə görə dünyada birinci yerdədir, Azərbaycanda sürücülük vəsiqəsi kütləvi şəklidə satılır, Azərbaycanda insanlar işə yalnız rüşvət verməklə düzəlirlər, Azərbaycanda azad mətbuat yox dərəcəsindədir və bir sıra informasiya resurslarına çıxışlar qanunla qadağan edilib, Azərbaycanda tənqidi fikir söyləyənlər narkotiklə həbs edilir, azadlıqdan mərhumetmə yerlərində saxlanılanlara işgəncə verilir, Azərbaycanda qatillər və qatı cinayətkarlar əfv olunur, Azərbaycanda hakimiyyət tamamilə mənimsənilərək bir ailənin nəzarətinə keçib və sair.

Bu Avropalının inandığı həqiqətlərdir ki, müraciət edənlərə yaşam hüququ verirlər. Deməli, sığınacaq siyasətinin bütün mənalarda səbəbkarı Azərbaycan həqiqətləridir.

P.S. Azərbaycan filosofu Nəsirəddin Tusi: yalnız pis və yaxşı idarəetmələr mövcuddur, insanlar pis idarəetmədən pis, yaxşı idarəetmədən isə yaxşı nümunələr götürürlər.


"Mehman Əliyevə Azadlıq Komitəsi"nin böyük toplantısı 31 avqust 2017-ci il, saat 12.00-da Müsavat Partiyasının qərargahında keçiriləcək. Bu barədə Müdafiə Komitəsinin təşkilatçılarından olan jurnalist Əvəz Zeynallı facebook səhifəsində məlumat verib: “Siyasi Məhbusları Müdafiə Mərkəzinin təşkilatçılığı ilə "Mehman Əliyevə Azadlıq Komitəsi"nin İşçi Qrupu bu gün (28 avqust 2017) toplandı. Bir çox vacib məsələlər müzakirə edildi və Mehman Əliyevin müdafiəsi istiqamətində hansı addımların atılacağı qərarlaşdırıldı. Müdafiə Komitəsinin ilkin tərkibi formalaşdırlıdı və qərara alındı ki, Komitənin hər toplantısında yeni üzvlərin siyahısı ümumi siyahıya əlavə olunsun.
Komitənin bütün üzvlərinin toplantıda iştırak etməsi mütləq vacibdir. Böyük toplantıda müraciətlər qəbul olunacaq və bu müraciətləri şəxslər özləri imzalamalıdır.
1. Isa Gambar
2. Əli Kərimli
3. Arif Hacılı
4. Pənah Hüseyn
5. Cəmil Həsənli
6. Gubad Ibadoglu
7. Arzu Abdullayeva
8. Novella Jafarova
9. Mirmahmud Mirəlioğlu
10. Matlab Mutallimli
11. Eldaniz Quliyev
12. Hilal Mamedov
13. Oktay Gülalıyev
14. Evez Zeynalli
15.Izzetli Ruslan
16. Ulvi Hasanli
17. Bakhtiyar Hajiyev
18. Nesimi Memmedli
19. Shahla Ismayil
20. Zümrüd Yağmur
21. Taleh Khasmammadov
22. Ulviyya Xalil
23. Akif Qurbanov
24. Elesger Ehmedoglu
25. Rövşən Əhmədli
26. Leyla Yunus
27. Rovshan Hacibeyli
28. Elçin Şıxlı
29. Ganimat Zayidov
30. Arif Əliyev
31. Yalçın İmanov
32. Fariz Namazli
33. Elchin Mammad
34. Behruz Bayramov
35. Elchin Sadigov
36. Fuad Ağayev
37. Fəxrəddin Mehdiyev
38. Rafiq Cəlilov
39. Mehriban Vezir
40. Elman Fettah
41. Tapdig Farhadoglu
42. Татьяна Крючкина
43. Yusif Süleymanlı
44. Xeyrulla Balaxanılı
45. Ramiz Həsənov
46. İlqar İbrahimoğlu
47. Samir AsadLi
48. Ahmed Calaloglu
49. Ağasif Şakiroğlu
50. Dashgin Aghalarli
51. Zalimxan Mammadli
52. Elshen Elisoy
53. MəhəmmədRza Oğlu Kərbəlayi Əlii
54. Serdar Alibeyli
55. Gülağa Aslanlı
56. Tural Abbaslı
57. Hikmet Hadjy-zadeh
58. Tofiq Türkel
59. Rahim Telman Sadiqbəyli
60. Məhəmməd Əsədullazadə
61. Ramiz Tagiyev
62. Dəyanət Babayev
63. Peyman Sadiqov
64. Cavanşir Kazımov
65. Mübariz Məsimoğlu
66. Nemət Pənahlı
67. Fuad Aliyev
68. Gülnaz Qənbərli
69. Rüfət Baxışbəyli
70. Xəyal Əzizov
71.Yusif Abulov (Almaniya – Maynz Azərbaycan Cəmiyyəti)
72. Edalet Yusubov
73. Elsen Hasanov
74. Xəyyam Rəvan
75. İlham Həsən (Almaniya)
76. Polad Aslanov
77. Agasirin Tarverdioglu
78. Mirfazil Həmid
79. Qadir Xudabaxşiyev
80. Əlövsət Əhədoğlu
81. Şəkər Şükür
82. Iqbal Agazade
87. Sülhəddin Əkbər
”.


fuad1 2 iyun 2017-ci ildə blogger Fuad Axundov Bakıda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən  saxlanılıb və döyülüb. Bloggerin prezident İlham Əliyevi və hakimiyyəti tənqid etdiyi üçün saxlanılaraq cəzalandırıldığı deyilir.  Blogger F.Axundov vəkillərinin səyi nəticəsində və bir çox jurnaslitin müdaxiləsindən sonra müvəqqəti olaraq sərbəst  buraxılıb. Fuad Axundov polis tərəfindən təqib olunduğu üçün ölkəni tərk etmək məcburiyyətində qalıb. Çünki onun həyatı və  sağlamlığı üçün təhlükə var.fuad2


Sabah (29 avqust 2017) saat 11-də Kanal13-ün Bakı ofisinin rəhbəri Əziz Orucovun istintaq müdətinin uzadılması ilə bağlı məhkəmə iclası keçiriləcək. Bu barədə Əziz Orucovun həyat yoldaşı Lamiyyə Orucova facebook səhifəsində yazıb.

L.Orucova ictimaiyyətə çağırış edib: “Sizin hər birinizi Məhkəmənin qarşısına gəlməyə və Əzizə dəstək olmağa çağırıram. 4 ay istintaq müddətindən 1 ay da əvvəl Əzizi inzibati həbs edən bu siyasi iqtidar istintaq müddətini daha ən azı 2-3 ay uzatmaqla günahsız bir jurnalistin bir ilin 7-8 ayını 4 tərəfi qapalı otaqlara məhkum edib. Kanal13-n bircə "qanunsuz hərəkəti" olub - bu ölkə vətəndaşının problemini ictimailəşdirməklə onlara dəstək olmaq, onların - sizin hər birinizin kanalı olmaq, hər birinizə öz efirində yer vermək. Amma indi Əziz Orucov həbsə atılıb - efirimizdə hər həftə, hər ay yer alanların əksəriyyəti yoxa çıxıb. İmkanı olanların (və əlbəttə həm də vicdanı olanların) hər birinin sabah Nəsimi Məhkəməsinin qarşısına gəlib, Əziz Orucova və AZAD MEDİAYA dəstək verməyə çağırıram!”.

Qeyd edək ki, Əziz Orucov 2 may 2017-ci il tarixində polisə müqavimət ittihamı ilə saxlanılıb. Ona 30 sutka inzibati həbs cəzası verilib.

Həbs müddətinin bitdiyi 1 iyun 2017-ci il tarixində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb. Ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Əziz Orucov ittihamları qəbul etmir.

Xeber.İnfo


Azərbaycanın siyasi məhbuslari –  rəqəmlər artir, repressiyalari durduracaq adekvat reaksiya isə yoxdur

Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrup yenilənmiş siyahını təqdim edir

Azərbaycanda Siyasi Məhbusların Vahid Siyahısının hazırlanması üzrə İşçi Qrup 2017-ci il, 28 avqustadək daxil olmuş və qrup üzvlərinin təşəbbüsü ilə təqdim olunmuş həbs işlərini araşdıraraq, yenilənmiş siyahını ictimaiyyətə təqdim edir.

Hazırkı yenilənmiş variantda siyahıda 160 ad var. Əldə edilmiş sənədlər, məhkəmə müşahidələri və müsahibələr əsasında İQ 158 işdə siyasi motivli həbsin baş verdiyini təsbit edərək, o məhbusları siyasi məhbus kimi tanıyıb. İki iş hələ də müşahidə altındadır, belə ki, İQ həmin işlərlə bağlı düzgün qərar vermək üçün müfəssəl məlumat və sənədlər əldə edə bilməyib.

Təsbit edilmiş 158 siyasi məhbusdan 10-u jurnalistlər və blogerlər, ikisi şair və yazıçı, biri hüquq müdafiəçisi, 11-i siyasi və ictimai fəal, 97-si  inanclı fəal, üçü isə ömürlük məhbuslardır. Daha sonra siyahıya sosial etirazlarda iştirak etdiyi üçün həbs edilən 19 nəfər, iki keçmiş dövlət qulluqçusu daxil edilib. Siyahıdakı Siyasi Girovlar bölümündə üç nəfərin işindən bəhs ediir. Bunlar, tənqidçi qohumlarına təsir göstərmək, yaxud cəzalandırmaq üçün həbs edilən şəxslərdir. Daha on məhbus Səid Dadaşbəyli və digərlərinin işi üzrə həbs olunanlardır ki, İşçi Qrup onları da siyasi məhbus hesab edir.

Tam siyahı və işlər barədə ayrıntılı məlumatı “Vahid Sİyasi Məhbus Siyahısı” hesabatında bu linkdən oxuya bilərsiniz. http://bit.ly/2xFILct

İşçi Qrup siyahının yenilənməsi, müşahidə altında olan və yeni işlərin araşdırılması üzrə işi davam etdirir.

Beynəlxalq İctimaiyyət davam edən repressiyalara reaksiya verməlidir

Təəssüf ki, Azərbaycanın siyasi məhbəs karuseli işini davam etdirir. İşçi Qrup təəssüflə qeyd edir ki, siyasi motivli həbslərin nəinki arası kəsilmir, hökumət repressiya siyasətindən əl çəkməyəcəyini açıq nümayiş etdirir.

Yenilənmiş rəqəmləri və işləri yerli və beynəlxalq qurumlara təqdim etməklə bərabər İşçi Qrup dünya ictimaiyyətini məsələnin effektiv həlli üçün səylərini artırmağa çağırır.

İşçi Qrup BMT, Avropa Şurası, ATƏT, Avropa Birliyi, Dünya Bankı və digər beynəlxalq təşkilatlara tutaraq tələb edir: İnsan haqları və demokratiya məsələsinin avtoritar Azərbaycan Hökuməti ilə danışıqlarda və işbirliyində alver predmeti kimi istifadə edilməsi, həmin Hökumətin uzun illərdir vətəndaş cəmiyyətinə qarşı həyata keçirdiyi repressiyalara göz yuman siyasətinə son qoyulmalıdır.

İşçi Qrup həmçinin Avropa Şurasının Parlament Assambleyası və Nazirlər Komitəsinə ünvanlanaraq Azərbaycanda siyasi məhbuslarla bağlı məsələnin həllində süründürməçiliyə son qoymağı və ölkədəki ağır duruma adekvat addımlar atmağı tələb edir. Bu laqeydlik ölkədəki repressiv rejimi vətəndaş cəmiyyətinin fəaliyyəti üçün müstəvini daha da daraltmağa təşviq edir.

İşçi Qrup ABŞ və Avropa Birliyi ölkələri hökumətlərinə səslənərək, onları Azərbaycanda insan haqlarına qarşı cinayətlər törədən şəxslərə qarşı ünvanlı sanksiyaları tətbiq etməyə çağırır.

Vahid Siyasi Məhbus Siyahısı nədir?

Siyasi Məhbusların Vahid Siyahısının hazırlanmasında məqsəd siyasi motivlərlə həbs olunmuş şəxslər barədə ümumi ictimai mövqenin ortaya qoyulması, bununla da onların azad edilməsi üçün ölkə daxilində və beynəlxalq qurumlarda səyləri artırmaqdır.

Yenilənmiş Siyahı İşçi Qrupuna kütləvi informasiya vasitələrindən, ictimai və siyasi təşkilatlardan, həbs olunan şəxslərin vəkillərindən və yaxınlarından daxil olan məlumatlar və sənədlər, məhkəmə proseslərinin monitorinqi əsasında aparılan araşdırmaların yekunu olaraq tərtib edilib. Həbsin siyasi motivli olması həbs barədə məhkəmə qərarlarından, o cümlədən hüquq-mühafizə orqanlarının bəyanatlarından, dövlət rəsmilərinin çıxışlarından aşkar göründüyü halda, İşçi Qrupun mahiyyət üzrə məhkəmə qərarlarını gözləmədən də şəxsin siyasi məhbus sayılması barədə qərar qəbul etdiyi hallar da olur.

Qrup ölkədəki siyasi məhbusların sayının süni olaraq şişirdilməsi barədə irad və ittihamları qəbul etmir və bir daha vurğulayır ki, bütün hallarda şəxsin siyasi məhbus sayılması barədə qərar verərkən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 3 oktyabr 2012-ci il 1900 saylı Qətnaməsində qeyd edilən meyarlara əsaslanır. İradlar varsa da, onlar siyahı müəlliflərinə yox, baxışlarına görə insanları həbsə atan hakimiyyətə yönəlməlidir. Qrup həmçinin təəssüflə vurğulamağı vacib sayır ki, ölkədə siyasi məhbusların sayının qat-qat çox olduğu fikrini bölüşür.

İşçi Qrup Siyahı üzərində iş zamanı onunla əməkdaşlıq edən bütün şəxslərə, xüsusilə də son dövrlərin siyasi proseslərinin yükünü öz çiyinlərinə almış dəyərli vəkillərimizə xüsusi minnətdarlığını bildirir.

Əlavə suallarınız olarsa, siyahının hazırlanması üzrə İşçi Qrupun koordinatorları Rəsul Cəfərov və İntiqam Əliyevə müraciət edə bilərsiniz. (Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.,vBu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.).

Azərbaycanda Siyasi Məhbusların Vahid Siyahısının hazırlanması üzrə İşçi Qrup The Working Group on Unified List Of Political Prisoners 


“İki qardaşım əlbir olub bacımı iynə ilə öldürüblər, mənim anamdan qalan ev payımı mənimsəyiblər. Əlimdə fakt var, səs yazıları var. Hara şikayət edirəmsə, onların xeyirinə işi bağlayırlar. Bir qardaşım ədliyyə müşaviridir, biri də Vəkillər Kollegiyasının üzvüdür”.

Bu sözlər Xeber.İnfo-a müraciət edən Bakı şəhəri, Nərimanov rayonu, Etibar Qocayev küçəsi ev 2 ünvanında yaşayan Budaq Şakir Abdulla oğluna məxsusdur.

Ş.Budaq redaksiyamıza ünvanladığı məktubda qardaşlarını çox ağır cinayətdə ittiham edir. Həmin məktubu olduğu kimi dərc edirik.

 “"XƏBƏR.İNFO" REDAKSİYASINA

Bakı şəhəri, Nərimanov rayonu, Etibar Qocayev küçəsi ev 2 ünvanında yaşayan Budaq Şakir Abdulla oğlu tərəfindən Telefon: 055 744 74 56

ƏRİZƏ

Hörmətli Redaksiya! Yazıb Sizə bildirirəm ki, bir üç qardaş, bir bacı olmuşuq. Ev anamız Həmzəyeva Aliyə Ələkbər qızının adına olub. Anam 2004-cü ildə rəhmətə gedəndən sonra biz övladları olaraq öz adımıza çıxarış açdırdıq. Müəyyən vaxt keçdikdən sonra biz evi satmağı fikirləşirdik. Buna görə də biz 3 qardaş öz paylarımızı bacımız Budaq Esmiranın adına keçirdik. Buna səbəb evin satılmağı sənəd barədə daha asan olsun. Əslində isə bu qardaşlarım Budaqlı Yaşar Abdulla oğlunun və Budaqov Şahin Abdulla oğlunun bir oyunu imiş. Müəyyən vaxt keçdikdən sonra qardaşlarım bacıma verdikləri payları geri istəyirlər və bacım buna razılaşaraq payları geri qaytarır. Mən Azərbaycanda olmadığım müddətdə bu hadisələr cərəyan edir. Mən 2014-cü Azərbaycana qayıtdıqdan sonra mən də öz payımı bacımdan geri istədim və bacım buna etiraz etmədi. Lakin qardaşlarım bu hissədən payları olduqlarına görə notariusda buna razılıq vermədilər. 2015-ci ildə bacımın vəziyyəti pisləşir. Bacım mənə dedi ki, “sənin payın məndə qaldı hər ehtimala qarşı notariusu evə çağır və mən vəsiyyətnamə verim həm sənə, həm də oğlum Arslana”. Mən Nərimanov rayonu notariusunu evə çağırdım və bacım vəsiyyətnamə verdi, vəsiyyətnamədə Budaq Esmira yazır: - Məndə iki pay var. Bir pay kiçik qardaşım Budaq Şakir Abdulla oğluna, digər payı da oğlum Budaq Arslan Əli oğluna vəsiyyət edirəm.

Bu hadisə 17.11.2015-ci ildə baş verir, 4 gündən sonra mən evdə olmayan zaman ortancıl qardaşım Budaqov Şahin Abdulla oğlu gizilincə evə başqa rayondan notarius gətirərək bacımı ölümlə hədələyərək mənim payımı və bacımoğlu Budaq Arslanın payını keçirdir öz adına. Mən Nərimanov rayon məhkəməsinə bu barədə şikayət elədim, işi hakim Kəmalə Əmirxanova apardı və qərar verdi ki, mənə həmçinin bacımoğluna pay düşmür və iddiamı rədd elədi. Qeyd edim ki, ortancıl qardaşım Budaqov Şahin Abdulla oğlu məhkəmədə çıxış edərək dedi ki, guya ki, mən öz payımı bacıma hədiyyə eləmişəm. Mən buna etiraz etdim və dedim ki, biz 3 qardaş evi satmaq məqsədilə öz payımızı bacımızın adına keçirilməsinə razılıq vermişik. Bunu təsdiq etmək üçün qardaşım Budaqov Şahinin bu haqda səs yazısı olan diski təqdim etdim və dedim ki, diskin içərisindəki səs yazısında qardaşım Şahin bacım oğlu Budaq Arslana deyir ki, biz bunu ona görə etdik ki, Şakirin ailəsi evə qeydiyyata düşə bilməsin. Lakin hakim Kəmalə Əmirxanova bu diski qəbul etmədi, dedi ki, mən bu səs yazısına qulaq asmaq istəmirəm. Xüsusilə bildirim ki, bacım xəstə yatdığı zaman qardaşım Budaqov Şahin Abdulla oğlu ona iynə vuraraq qətlinə səbəbkar olmuşdur. Bu barədə bacım oğlu Arslanın qeydə aldığı səs yazsını Sizinlə görüşən zaman təqdim edəcəyəm. Həmin səs yazısında real olaraq qardaşım bildirir ki, bu haqda Arslan heç kimə bildirməsin. Bu ciddi bir cinayət faktıdır və tərəfinizdən araşdırılmalı olan cinayət işidir. Məhkəmə başlayandan hakim K.Əmirxanova mənə qarşı qərəzli mövqe tutaraq təqdim olunan sübutlara hüquqi qiymət verməmiş və rədd etmişdir. Bununla da mənə düşən payı qanunsuz olaraq verməkdən yayınmışdır. Nəzərinizə çatdırıram ki, mənim hər iki qardaşım - Budaqlı Yaşar Abdulla oğlu və Budaqov Şahin Abdulla oğlu həmin evdə yaşamırlar, ancaq qeydiyyatdadırlar və adlarına pay var. Mən də bir atanın oğlu və evin kiçiyi olduğum halda mənim adıma pay yoxdur. Bununla bağlı vəkilim də məni aldadır, apellyasiya şikayəti verəcəyim müddəti gecikdirir və məni daha da çətin vəziyyətə salır. Qeyd edim ki, qardaşım Budaqlı Yaşar Abdulla oğlu Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. O bu səlahiyyətlərindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində işləyən digər qardaşımız Budaqov Şahin Abdulla oğlunun köməkliyindən istifadə edərək məni anamızdan qalan mülkdən məhrum etmək, məni həbs etdirərək mülkü satmaq niyyəti daşıyır. Baxmayaraq ki, mən evin kiçik oğluyam, anamızdan qalan mülkdən pay almaq mənim də ixtiyarımdır. Lakin vəzifəcə və maddiyyətcə məndən üstün olan qardaşlarım hər çirkin vasitə ilə məni şərləmək və həbs etdirməyə ciddi cəhdlə çalışırlar. Xüsusilə nəzərinizə çatdırım ki, qardaşlarım öz səlahiyyətlərindən və vəzifələrindən sui-istifadə edərək məhkəmələrə ciddi təsir göstərir, öz xeyirlərinə qərar qəbul etdirməyə nail olurlar. Hal-hazırda mən evsiz qalmışam. Ancaq qeydiyyatdayam. Qardaşlarımın məqsədi məni qeydiyyatdan çıxardıb evi satmaq və mənə ata mülkindən heç bir pay verməməkdir. Sizə bildirəm ki, məsələ ilə əlaqədar mən dəfələrlə Bakı şəhər Prokurorluğuna müraciət etmişəm, lakin maraqlı məqam ondan ibarətdir ki, hər dəfə mənim şikayətimə eyni şəxs - Bakı şəhər prokurorluğu Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi, baş ədliyyə müşaviri Tariyel Qurbanovdan eyni məzmunlu cavab gəlir ki, guya onun tərəfindən toplanmış materialda cinayət hadisəsi yoxdur. Mən buna qəti etirazımı bildirirəm. Baxmayaraq ki, bacımın meyidinin ekzumasiyası edilməmiş və səs yazıları incələnməmişdir, amma bu barədə məndə kifayət qədər səs yazma sübutları var. Mən Əfqənistan müharibəsinin veteranıyam, III qrup əliləm, 2 medal sahibiyəm və canla-başla bu vətən üçün vuruşmuşam. Sizdən bu məsələ ilə bağlı artıq dərəcədə xahiş edirəm ki, mənim halal ata mülkindən qalan payımı mənə geri qaytarılmasında köməklik edəsiniz və bu məsələni işıqlandırasınız.

sakir5

 

 

 

 

 

Hörmətlə: Budaq Şakir Abdulla oğlu

Tarix: "19" avqust 2017-ci il”.

Məktubda adı hallanan keçmiş ədliyyə müşaviri Budaqov Şahin Abdulla oğlunun mövqeyini öyrəndik. Ş.Budaqov qardaşını cinayətkar və saxtakar adlandırdı: “Şakir saxtakardı. Onun haqqında Xətai Rayon Prokurorluğunda cinayət işi açılıb. Dedikləri haqqında məhkəmə və prokurorluq araşdırma aparıb və bu barədə qərar var. Siz müraciət edin həmin qərarları versinlər”.

Ş.Budaqov, qardaşınız Şakir Budaq ata mirasından ona düşən payı niyə ala bilmir? – sualına cavab vermədi və “məhkəmənin qərarı var” dedi.

Şakir Budaq bacısının qardaşları tərəfindən iynə vurularaq öldürülməsi ittihamını səs yazısı ilə isbatlamaq istədiyini məktubda qeyd edir. Səs yazısında Şahin Budaqovun bacısı oğlunu öyrətdiyi iddia olunur. Şahin Budaqov, həmin səs yazısı sizə məxsusdurmu? – sualını da cavabsız qoydu.

https://www.youtube.com/watch?v=-9U6wzKaJC4&spfreload=10

Xeber.İnfo


Ermənistan ordusunun təxribatı nəticəsində şəhid olan 18 aylıq Zəhranın ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən aldadılıb.

Rayon icra hakimiyyətinin “Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş” şöbəsinin müdiri Qənimət Əliyev Zəhranın anasının savadsızlığından istifadə edərək, ərizəyə qol çəkdirib. Bu barədə, Zəhranın valideynləri tərəfindən Prezidentə ünvanlanan məktubda deyilir.
Həmin ərizədə guya ailənin onlara təklif olunan ev və digər məsələlərdən imtina etdiyi qeyd olunur.
Məsələ ilə bağlı şəhid balamızın atası Elnur Quliyevlə əlaqə saxlanılıb. E.Quliyev, məlumatı təsdiqləsə də, bu barədə ətraflı danışmaq istəmədiyini dedi:
“Bu məsələni özüm həll edəcəm. Xahiş edirəm, heç kim qarışmasın. Özüm Prezident Aparatının qarşısına çıxacam. Mən kimləri kreslodan yıxacağımı bilirəm”.
Füzuli rayon İcra Hakimiyyətinin də mövqeyini dərc etməyə
hazırıq.(yenicag.az)


Meksika hökuməti ABŞ-la sərhəddə çəkilən divarın tikinti xərclərini ödəməyəcək

TASS xəbər verir ki, bu barədə Meksika XİN-in bəyanatında bildirilir.

“Meksikanın mövqeyi dəyişməz olaraq qalır. Meksika hökuməti heç bir zaman ABŞ-la sərhəddə çəkilən divar və yaxud hər hansı səddin tikinti xərclərini ödəməyəcək. Bu qəti mövqe ölkəmizin suverenlik və milli ləyaqət prinsipinə cavab verir”, - bəyanatda vurğulanıb.

Ötən gün ABŞ prezidenti Donald Tramp Meksikada cinayətkarlıq səviyyəsinin yüksək olduğunu, bu ölkə ilə sərhəddə divarın çəkilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, ötən il D.Tramp üç milyonadək qeyri-qanuni mühacirin ABŞ-dan deportasiya ediləcəyini bəyan etmişdi, mühacirlərin qarşısının alınması üçün isə ABŞ-Meksika sərhədində divar çəkilməsinin zəruriliyini qeyd etmişdi. Tramp həmçinin divarın tikintisi üçün Meksika hökumətindən 5-10 milyard dollar tələb edəcəyinə söz vermişdi. (virtualaz.org)


Nəsimi Rayon Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən "Azərtürkbank” ASC-nin Bakı filialının sabiq müdiri İlham Mahmudovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. 

"Report"un məlumatına görə, hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, İ.Mahmudov 1 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin 1000 manat cərimə olunub.

Məhkəmə İ.Mahmudova təyin edilmiş cəzanın həbsdə yatdığı günlə hesablayıb və bu səbəbdən o, məhkəmə zalından azadlıağa buraxılıb. 

Hökmdən prokurorluq apellyasiya protesti verərək, onun barəsində təyin edilən hökmün ləğv edilməsini, onu daha ağır cəza ilə cəzalandırılmasını və həbs edilməsini tələb edib. 

İ.Mahmudovun müdafiəçisi də apellyasiya şikayəti verib. Müdafiəçi barəsində olan hökmün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını istəyib. 

Tərəflərin şikayətləri araşdırılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. İşə yaxın günlərdə baxılacaq.

Qeyd edək ki, ittiham aktına əsasən, İlham Mahmudov 2015-ci ilin mart ayının 3-dən etibarən Bakı şəhərində "Azərtürkbank” ASC-nin Bakı filialının müdiri vəzifəsində işləyərkən vəzifə saxtakarlığı edib. O, vəzifəsindən sui-istifadə edərək, qardaşının həyat yoldaşı Nuranə Mahmudovanın adına depozit hesabları açıb, həmin hesablara 5 əmanət müqaviləsi üzrə ümumilikdə 103 min manatın köçürüb. 

Bundan başqa, o, qardaşı İlqar Mahmudovun adına 10 min ABŞ dollar, onun həyat yoldaşı Fatma Mahmudovanın adına illik 2 faiz ödənməklə 45 min avro pul vəsaitlərinin depozit hesablarına qoyulub. 

Daha sonra İlham Mahmudov 2015-ci ilin iyulun 16-da həyat yoldaşı Kəmalə Mahmudovaya cari hesab açaraq 1100 manatın mədaxil olunmasını təşkil edib. İlham Mahmudov etibarnamələr əsasında həmin hesablar üzrə əməliyyatları idarə edib.

Həmçinin İlham Mahmudov 4 noyabr 2015-ci ildə qardaşı Vüqar Mahmudovun sürücüsü Nicat Məmmədovun istifadə etdiyi "Kapitalbank” ASC-yə aid plastik bank kartını dəyişmək adı ilə aldadıb və işlədiyi filiala dəvət edib. Onun etibarından istifadə etməklə Nicat Məmmədova hər hansı məlumat vermədən adına bank hesabı açıb. Bu hesabı açandan sonra o, Nicat Məmmədovun xəbəri olmadan rəhbərlik etdiyi bank filialında qardaşı Vüqarın həyat yoldaşı Nuranə Mahmudovanın adına köçürülmüş 1 milyon 530 min ABŞ dollar məbləğində pul qanunsuz olaraq çıxarıb.

İlham Mahmudov 2015-ci ilin noyabrında məsuliyyətə cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Xatırladaq ki, təqsirləndirilən İlham Mahmudov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğludur.


Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin utilləşmə üçün hazırlanan silah-sursat anbarında baş verən yanğın və partlayışda xəsarət alaraq Siyəzən Regional Müalicə-Diaqnostika Mərkəzinə yerləşdirilən şəxs Bakıya gətirilib.

“Report”un Şimal bürosu xəbər verir ki, partlayışda yaralanan Siyəzən rayon sakini, 1990-cı il təvəllüdlü Məmmədyarov Samir Famil oğlu ötən gecə təcili tibbi yardım maşını ilə paytaxta gətirilib və xəstəxanalardan birinə yerləşdirilib.

S.Məmmədyarovun xəsarətlərinin ağır olmadığı bildirilib. Həkimlər onun vəziyyətini sabit kimi qiymətləndiriblər.

Qeyd edək ki, ötən gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində naməlum səbəbdən baş verən yanğın nəticəsində həmin hərbi hissənin utiləşmə üçün hazırlanan silah-sursat anbarında partlayışlar baş verib. Hadisə nəticəsində 6 nəfər yaralanıb. Onlardan 5-i artıq evə buraxılıb.

Prezident İlham Əliyevin tapşırığına əsasən, hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər, Səhiyyə nazirlikləri, Dövlət Sərhəd Xidməti, Baş Prokurorluq, yerli icra strukturları və digər dövlət orqanlarının nümayəndələrindən ibarət komissiya yaradılıb.


3 -dən səhifə 207