Javid Jabbarli

Javid Jabbarli

AXCP sədri Əli Kərimlinin harda saxlanması ilə bağlı ailəsinə, yaxınlarına, mənsub olduğu təşkilatlara hər hansı məlumat verilmir. Vəkili ilə görüşünə imkan verilmir. Onun yeri gizli saxlanılır. Hansı vəziyyətdə, harda saxlandığını bilmirik. Bu barədə hüquq müdafiəçisi Oktay Güələliyev FB səhifəsində yazıb: "Faktiki olaraq Azərbaycanda növbəti qanunsuzluq, adam oğurluğu cinayəti həyata keçirilir. Bütün qırmızı xətləri keçməkdə olan hakimiyyət ölkə müxalifətinin aparıcı liderlərindən birini həbs etməklə yerli və beynəlxalq ictimaiyytə meydan oxuyur. Bütün dəyərləri, qanunları ayaq altına atıb tapdayır...

Milli Şuranın Koordinasiya Mərkəzinin az öncə başa çatan toplantısında qərara alındı ki, AXCP sədri Əli Kərimlinin və digər ictimai fəalların qanunsuz həbsi ilə bağlı sabah (artıq bu gün- red), bazar günü saat 14.00- da Musavat partiyasının qərargahında mətbuat konfransı keçirilsin. Milli Şura olaraq atacağımız addımlar yerli və beynəlxalq ictimaiyyətə elan olunacaq.

Media mənsublarının, ictimai- siyasi fəalların, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı arzu olunur".


Korrupsenerin korrupsiyadan ,rüşvətxorun rüşvətdən əl çəkməsi müşkül məsələdir.Canavarın ətdən ,narkomun narkotikdən imtina etməsi qədər ağırdır.Ancaq bəs iradə ,şüur insana nədən ötəri verilib ? Axı haqqında söz açdığımız korrupsiya sağalmaz mərəz də deyil .Təki “xəstə”islah olmaq istəsin narkotikdən”üzlüşmək üçün ən əvvəl özü səy və dözüm göstərsin .Bu yoxdursa heç bir təbib ona kömək edə bilməyəcək və gec-tez o ,labud sonluğa tuş gələcək,ya türməyə gedəcək,ya da (narkomandırsa ) vaxtından əvvəl qəbir evinə...

Azərbaycanda son günlər korrupsiya ilə mübarizə söz –söhbəti yayılıb.Di gəl azacıq araşdıranda məlum olur ki,yeni hoqqa “yuxarıların”korrupsiya mərazında total şəkildə xilas olmaq daha çox xalq və Qərb qarşısında gözdən pərdə asmağa oxşayır,görüntü kompaniya xarakteri daşıyır,özünü təmizə çıxarmağa xidmət edir.Halbuki məsələ cididir.Xüsusilə də məmur oliqarxların varidati barədə qərb mətbuatının acıqlamaları ,qonşu ölkələrdə xalq hərəkətinin simpitonları parlametin buraxılması ,olkəmizdə şəhid ailələrinə veriləsi birdəfəlik yardımların verilməməsinə etirazlar səngimir.Demək istəyirik ki,ağlı başında olan görsə ki,qonşuda yanğındı ,özü evi barədə tədbir görər.Azərbaycanda korrupsiya ilə mübarizə (əgər belə şey varsa) yenə də onu törədən səbəbə qarşı yox nəticələrə qarşı yönəldib .Həkimlər buna simptomatik müalicə deyir.Yəni hansısa xəstəliyin səbəblərinə toxunmadan nəticələri –siptomları aradan qaldırmaq üsuludur.Misal ücün,başın ağrıyırsa,analgetik,sancın varsa spazmolitik atırsan ,çəkilir.Ancaq müvəqqəti.Çünki başağrısı arterial hipertentyadan (yüksək qan təzyiqindən) də yarana bilər,təzyiqin düşməsindən (hipotoniyadan) qan azlığından və sair,yəni səbəb nə qədər aradan qalxmayıb ,xəstəlik özü hədəf götürülməyib,simptomatika dəyişməyəçək.

Qəribədir, bir yandan məmurlara guya korrupsiyanı azaltmaq göstərişi verir,digər yandan isə telekanallarda “xalqın gözünü acan “,tənqidi reportajlar yasaqlayan əmir gəlir.Məntiq varmı Azərbaycanın paytaxtı Bakıdan tutmuş bütün regionları bürümüş rüşvət epidemiyasını necə düzəltmək olar?.

Bizim Biləsuvar rayonunda məktəb uşaqları da bilir ki,onun valideyini Xırmandalı Bələdiyyəsinin sədrinə rüşvət verməsə ev tikmək üçün həyətyani torpaq sahəsi ala bilməz.İş bununla bitmir,işdir Bələdiyyədən torpaq sahəsi alsa rayon torpaq komitəsini görməli ,rayon İcra Hakimiyyətindən bəzi razılaşdırma sənədləri də almalıdır.

Belə çıxır ki,  6 sot torpaq almaq vətəndaşa 2500-3000 min manaata başa gələr ən azı.Bu kənd yerlərində belədir.Yaxud Biləsuvar rayonunda dövlət ehtiyyat torpaqları kimin əlindədir?.Bir mənalı olaraq İcra Aparatının məmurları ,onların qöhum-qardaşlarının əlindədir.

Rayonda dövlət ehtiyyat torpaqları necə gəldi ,təyinatlar istənilən vaxt dəyişdirilir.İndidə dəb düşüb balıqyetişdirmə sünii göllər (dambalar) yaratmaq.Balıqyetişdirmə göllərin əsas hissəsi rayon icra aparatının məmurları mövqeyindən istifadə edərək sünii göllərin salınmasına bir manaatda xərcləmədən İşlərin görülməsini tabeliyində olan təşklatların hesabına görülüb.Demək olar ki,rayonda balıqyetişdirmə gölləri 23 nəfərə məxsusdur.Hec birinin də rəsmi qeydiyyatda olmaması gün kimi aydındır.Kecən ilin əvvəllərində Prezident aparatının rəhbəri R.Mehdiyev cənabları rayon rəhbərlərinə rəsmi qaydada qanunsuz yollarla formalaşdıriılan balıqyetişdirmə göllərin ləğv edilməsi barədə tapşırıq verilsədə desəm ki,təsirli tədbir görülmədi bəlkədə səhv etmərəm.

Rayonda iş yerlərinin olmasından söhbət gedə bilməz.Rayonda ticarət mərkəzləri ,dükan-bazarlar məmürların əlinin altındadır.Ümumiyyətlə ,gözə dəyən pul cıxan nə varsa məmürlarındır.Qaldı qara işlər , bu işlər kimsəsiz sadə vətəndaşlar məşqul olur və s.Bu söylənənlər hakimiyyət telekanallarında heç deyillərmi ?Bu səbəbdən də hakimiyyət telekanallarına düz əməlli baxan varmı?! Canaq antenalarının canı Sağ olsun .Özünü müstəqil sayan kanallar ,dövlət telekanallarını təkrar edir.Tənqidin dozası “JEK”müdiri vəzifəsindən oyana kecmir.    Yasaqlansa da yasaqlanmasa da xalq televiziyaya baxsada ,baxmasa da gercək birdir:-Nə fərqi vardı ,Əmək və Əhalinin Sosial Müdafiyə Naziri Səlim Müslümov,Sahil Babayevlə əvəzləndi.Mahiyyət dəyişdi ,keyfiyyət dəyişmədi.Onun adamları bir qisimi getdi,bunun adamları gəldi.Görünən odur ki,Biləsuvar rayon DSMF-da könə kadrlar cirkin əməllərini davam etdirir,vətəndaşları öz isdədiklərinə tabeh etdirilir.Kimsə bu idarədən şikyət etsə ,vəzifə səlahətlərinin və zənginliyindən istifadə edərək müdir Fərasim Əliyev Məhkəmədə sərəf və ləyaqətin müdafiyəsinə görə iddia qaldırır.Rayon məhkəmələrinin iş metodları hamıya bəllidir.Nəticədə bu günün reallığı ac-yalavac,işsiz əhali bu hakimiyyətdən ciddi şəkildə qəzəblidir.Və bu qəzəbi soyutmaq üçün heç bir iş görülmür,əksinə ölkədə soyğunçu və əsassız bahalaşma pik nöqtəsinə catıb.Əgər korrupsiya ilə “mübarizə “fonunda belə şəkər qənadi ,ət ,ərzaq məhsulları bahalaşırsa hansı mübarızədən dəm vururlar?!.

Baş alıb gedən manapoliya ,süni qiymət artımı bizi hara aparır ?...,məncə Azərbaycandakı bu avtoritar idarəciliyi Ərəb ölkələrindən fərqləndirən ,həm də zəif salan ən əsas əlamətidir.Hec bu rejim islahatlara getmək istəmədiyini dilə gətirmir ,sadəcə olaraq ləngidib,ömür qazanmaq ücün vaxt udmaq istəyir.Sadə xalqın canı cıxır və kimsə özünü allatmaqla təsginlik tapırsa ,tapsın.Ancaq təsəlli ilə xəstəlik sağalmaz.           

Əlizadə Nəhmədağaoğlu      


Öldürülmüş əsgərin anası: "Zərərçəkənlərin başına gətirilən işgəncələr haqda danışdıqlarını dinləyəndə hər dəfə deyirəm, kaş Elçinimi güllələyərdilər”

 28 yaşlı Elçin Quliyev Tərtərdə N saylı hərbi hissənin 2-ci taborunun maddi-texniki təminat tağımının müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. 2017-ci il may ayının 6-da ədliyyə mayoru Fuad Ağayevin komandanlığı altında olan 10 nəfər hərbiçinin keçirdiyi sorğuda MAXE Quliyev, ağır fiziki və psixoloji işgəncələrə məruz qalaraq ölüb.
 
Quliyev ondan tələb edilən ittihamları – Ermənistan kəşfiyyatına məxfi məlumatların ötürülməsini və həmçinin sürdüyü xidməti maşında narkotik maddələrin daşınmasını boynuna almayıb.
 
Artıq iki aydır ki, bu cinayət işinə Ağır Cinayətlərə dair Azərbaycan Respublikası Hərbi Məhkəməsində baxılır. 
 
Təqsirləndirilən ədliyyə mayoru Fuad Ağayev, Cabir Qəhrəmanov, Sənan Maşıyev, Elçin Əliyev, Qurban Cümşüdov, Cavid Ağadadaşov, Ruslan Mikayılov və Polad Əzizov ittiham aktına əsasən, özünü öldürmə həddinə çatdırma, qəsdən sağlamlığa ağır zərər vurma, qəsdən sağlamlığa az ağır zərər vurma, əzab vermə və hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etmə cinayət əməllərini törətməkdə ittiham edilirlər. Qrupun bir neçə üzvü hələ də axtarışdadır.
 
Məhkəmə prosesində verilən ifadələrə əsasən, hərbçilərin qeyri-rəsmi şəkildə apardığı sorğular zamanı işgəncələrə məruz qalan, öldürülən və onlarla zorlanan əsgərlərin də olduğu bildirilir.
 
Quliyevin anası Validə Əhmədova məhkəmə proseslərində iştirak etdiyini deyərək bildirir ki, hər prosesdə zərərçəkənlərin ifadələri onu dəhşətə gətirir.
 
Məhkəmə prosesi nəticəsində sübut olunub ki, N saylı hərbi hissənin hərbi qulluqçusu, ədliyyə mayoru Fuad Ağayevin əmri əsasında 03.05.2017-ci il günorta saatlarından Elçin Quliyevə fiziki və psixoloji zor tətbiq etmək, ona işgəncə verməklə sorğu-sual edilməsi üçün o, hərbi hissənin köhnə qərargah binasında gizlədilib.
 
E.Quliyev ilk xidmətini 2007-ci ildə Naxçıvanda başa vurub. 18 ay çəkən hərbi xidmətindən sonra, o, Tərtərin Qapanlı kəndinə geri qayıdıb. Evə geri qayıtdığında ilk olaraq müxtəlif yerlərdə fəhlə olaraq çalışıb. Maddi çətinliklərdən dolayı 24 iyun 2014-cü ildə, o, MAXE olaraq orduya qayıdıb.
 
"Birinci il qonşu kənddə yemək maşınını idarə edirdi”, - deyə Quliyevin 51 yaşlı anası Validə Əhmədova bildirir: "Maşın tez-tez xarab olurdu, oğlum öz puluna onu təmir etdirirdi. Hətta bir dəfə bankdan 1500 manat kredit də götürmüşdü buna görə. Ümumi maşına görə bankdan, dostdan götürdüyü borc 3000 manata çatırdı. Bir ildən sonra ona, nəhayət, başqa maşın verdilər”.
 
Quliyevin anasının sözlərinə görə, 2016-cı ilin aprel döyüşlərindən bir neçə gün öncə oğlu məzuniyyətdə olub. Lakin döyüş başlayan kimi E.Quliyev məzuniyyətini yarımçıq qoyub cəbhəyə gedib və orada silah-sursat daşımaqla məşğul olub.
 
Bir il sonra 2017-ci ilin aprel ayının 30-dan E.Quliyevə su maşını həvalə edilib: "3 gündən sonra maşın xarab oldu, Elçin də onu usta əmisi Zöhrab Quliyevin yanına apardı. Təmir edərkən Elçinə zəng gəlib, əmisi elə onu eşidib ki, Elçin kiməsə cavabında "biqeyrət sənin özünsən, alçaq!” deyib və əmisinin yanından çıxıb. Ondan sonra isə Elçin geri qayıtmadı”, - deyə V.Əhmədova bildirir.
 
O, oğlu ilə sirdaş olduğunu deyərək əlavə edir ki, onu narahat edən məsələləri adətən anası ilə paylaşırmış: "May ayının 1-də gecə evdə oturmuşduq. Mənə dedi ki, ana, postda nə hadisə baş veribsə, hərbçilərdən ikisini dindirməyə aparıblar. Növbəti gün axşam da dedi ki, həmin postda nəsə baş verir, oradakı uşaqların hamısını dindirməyə aparıblar. Açığı, heç bir narahatlıq keçirmədim, çünki Elçinə güvənirdim, bilirdim nəsə olsa, birinci mənə deyərdi. Mayın 3-də mən Ağcabədiyə xəstə yanına getdim, evə qayıdanda gördüm ki, Elçin yoxdur. Zəng etdim, telefonuna zəng çatmırdı. Əsgər yoldaşlarından soruşdum, dedilər, bayaq çay içirdik, gələcək. Sən demə, onlar mənə yalan deyirmiş".
 
Quliyevin valideynləri bildirirlər ki, əsgərlərin saxlanılması aprelin 30-dan etibarən başlayıb. E.Quliyev isə öldürülən ilk əsgər olub. Onun atası və əmisinə Quliyevin may ayının 6-da öldüyü bildirilib.
Məhkəmə-tibbi ekspertizasının təqdim etdiyi sənəddə Quliyevin hansı bədən travmalardan öldüyü qeyd edilib
 
May ayının 8-də MAXE-nin atası Mətləb Quliyev və əmisi Tərtər Rayon İcra Hakimiyyətinə dəvət ediliblər.
 
İcra hakimiyyəti binasında Birinci Ordu Korpusunun komandir müavini Babək Səmədli, Müdafiə Nazirliyinin mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini, polkovnik Abdulla Qurbani, yerli icra başçısı Müstəqim Məmmədov, yerli polis rəisi Rauf Məcidov, DTX və digər hərbçilər də olublar.
 
Quliyevin atasına oğlunun öldüyü xəbəri verildikdə, o, hadisə ilə bağlı suallar verməyə başlayanda icra başçısı tərəfindən təhqir edilib: "Müstəqim Məmmədov mənə dedi ki, bilirsən oğlun nə qələt edib? Bu azmış kimi icra başçısı məni vurmaq üçün üstümə də gəldi, ancaq araya girdilər. Babək Səmədlinin yaxasından tutdum. Mənə dedi, anlaşılmazılıq olub, oğlum günahkar deyil”.
 
"Babək Səmədli bizə dedi ki, səs-küy salmayın, "xidməti vəzifəsini yerinə yetirərkən ölüb” kimi qeyd edəcəyik. O, hər dəfə təkrarlayırdı ki, əgər səs-küy qaldırsaq, Elçinin adını orduda Ermənistan kəşfiyyatına işləyən cinayətkar şəbəkənin siyahısına yazarlar. Biz də bir müddət buna görə susduq ki, uşağın adı ləkələnər. Ona görə də, ölümüzü ağladıq, yasımızı saxladıq”.
 
V.Əhmədova xatırlayır ki, oğlunun ölüm xəbərini eşitmədən öncə onun gəlişi ilə bağlı evdə yeməklər bişirib hazırlayırmış. Xəbəri ilk alan Quliyevin atası və əmisi bunu V.Əhmədovaya bildirməkdə çətinlik çəkdiklərindən ona növbəti gün qəbristanlıqda bir şəhidin basdırılacağını bildiriblər: "Düşündüm ki, dəfn mərasiminə digər əsgərlərin arasında Elçin də gələr”.
 
"Evə qayıdanda artıq yoldaşım dedi ki, Elçini öldürüblər”
 
E.Quliyevin cəsədi həmin gün evə gətirilib. İlk olaraq, Quliyevin ailəsinə onun nə üzünü, nə də bədəninin yoxlanılmasına icazə verilməyib. Lakin ailə inad etdikdən sonra əsgərin üzünü yalnız əmisi görə bilib.
 
"Vaxt keçdikcə gördük ki, oğlumun günahsız olduğunu heç kim dilə gətirmir, sənəd vermirlər”, - deyən valideynlər bildirirlər ki, onları təzminat da maraqlandırmır, yeganə istədikləri Quliyevin adının ləkələnməməsidir.
 
"Elçinin hələ də qəbrinin üstünü götürməmişəm. Onun qəbrinin yanında Azərbaycan bayrağı qoyulmasa, şəhidlik statusu verilməsə, öləcəm, bu yoldan dönməyəcəyəm”, - deyə əsgərin anası əlavə edir.
 
V.Əhmədova deyir ki, məhkəmə proseslərində gördükləri onu dəhşətə gətirir: "Zərərçəkmiş dörd nəfər MAXE deyirdi ki, hamısını zorlayıblar; başqa zorlanan əsgərlərdən bir neçəsinin psixoloji durumu pozulub, psixoloji xəstəxanaya düşüblər. Birinci Ordu Korpusunun komandir müavini zərərçəkənlərə tapşırıb ki, baş verənlər haqda danışarlarsa, onları vətən xaini kimi həbs edəcəklər. İndi hər şeyin üstü məhkəmədə açılır; zərərçəkən əsgərlər ifadələrində sorğu-sual zamanı onlardan işgəncənin bitməsini istəyirlərsə, ittihamları etiraf etmələri tələb edilib”.
 
"Məhkəmədə zərərçəkənlərdən biri ifadəsində dedi ki, Fuad Ağayev tərəfindən zorlanıb. F.Ağayev də dəmirbarmaqlıqlar arxasından (məhkəmə zalında) ağzında saqqız çeynəyə-çeynəyə qımışırdı”, - deyə V.Əhmədova bildirir. 
 
Məhkəməyə daha iki ailə müraciət edib. Müraciət edənlərin arasında öldürülən daha iki MAXE - Mehman Hüseynovun və Elxan Ağazadənin valideynlərinin sözlərinə görə, onlar Tərtər rayonu hərbi prokuroru Hümbət Məmmədov tərəfindən aldadılıblar. Valideynlərdən övladlarından imtina etməsi ilə bağlı sənədlərə imza atmaq tələb edilib. Lakin sənədləri imzaladıqdan sonra valideynlər sənədin nə haqda olmasını öyrənib məhkəməyə üz tutublar.
 
Əhmədova deyir ki, oğlunun ölüm haqda sənədi ona aylar sonra təqdim edilib. Ölüm haqda və məhkəmə-tibbi ekspertizanın təqdim etdiyi sənədlərdə Elçin Quliyevin ölümünə səbəb kimi bədənin çoxsaylı küt travması, hər iki böyrəyə qansızma, qanın bir hissəsinin dövrandan çıxması (yumşaq toxumaları sızması) fonunda orqanizmin ümumi intoksikasiyası, ağciyər və beyin ödemi ilə ağırlaşmış kəskin tənəffüs-ürək çatışmazlığı olduğu göstərilir.
 
İşgəncələrdən sonra sağ qalan əsgərlərdən biri "iFact.ge”yə başına gələnlər haqda danışıb: "Kişi kişini döyər, ancaq kişi kişinin cinsiyyət orqanına tok verməz. Neçə əsgərin dırnağını çıxardılar. O işgəncələrdən sağ çıxmışam, indi mən də vətən xainiyəm?! Birinci Ordu Korpusunun komandiri Hikmət Həsənov özü bizə deyirdi ki, ya boynunuza alacaqsınız, ya da öləcəksiniz”. İndiyədək o, məhkəmə prosesində iştirak etməyib.
 
"Zərərçəkənlərin başına gətirilən işgəncələr haqda danışdıqlarını dinləyəndə hər dəfə deyirəm, kaş, Elçinimi güllələyərdilər. Bu dəqiqə ölməyə hazıram, sadəcə qorxuram, Elçinin işi yarımçıq qalar. Oğluma qovuşmaq üçün ən çox istədiyim şey ölməkdir".
 
Hərbi Prokurorluğun mətbuat katibi Firad Əliyev məsələ ilə bağlı hazırda məhkəmə prosesi davam etdiyi üçün heç bir şərh verə bilməyəcəyini qeyd edib.
Quliyevi sorğuya çəkən və ona çoxsaylı ölümcül bədən xəsarətləri yetirən şəxslər haqqında məhkəmə cinayət işindən çıxarışlar.
 
Quliyevi sorğuya çəkən və ona çoxsaylı ölümcül bədən xəsarətləri yetirən şəxslər haqqında məhkəmə cinayət işindən çıxarışlar.
 
Meydan.Tv

HƏMAS təşkilatının İsrailin Qəzza üzərində amansız əməllərinə verdiyi sərt cavab dünya mediasının əsas müzakirə mövzusuna çevirilib.

Vetenugrunda.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, HƏMAS-ın İsrailə məxsus həriçiləri daşıyan avtobusu vurması İsraili atəşkəsə məcbur edib. Avtobusda 50-dən çox israilli hərbiçi olub. Videodan da göründüyü kimi avtobus külə çevirilib. 

İsrail tərəfi isə avtobusda heç kimin olmadığını iddia etməsi son günlərdə yaşadığı məğlubiyyət acısını ört-basdır etmək istəyindən başqa bir şey deyil: "Atəşkəs təslim olmaq anlamını daşıyır". Libermanın istefası Qəzzada Fələstinin İsrail üzərində qələbə zəfəri kimi qarşılandı. HƏMAS sözçüsü Sami əbu Zuhi açıqlamasında "İsrailə yaxşı bir dərs verdik. Libermanın istefası Qəzzanın dirənişinin qarşısında acizliyinin göstəricisidir" deyib.

İsrailin baş naziri Binyamin Netanyahu isə Libermanın fikirlərinin tam əksi olaraq "HƏMAS bizə atəşkəs üçün yalvardı" deməklə məğlubiyyətlərini gizlətməyə cəhd edib.  

Bütün baş verən olaylar isə İsrailin müdafiə naziri Aviqdor Libermanın istefası ilə nəticələnib.

Lberman İsrailin atəşkəs təklifini məğlubiyyət adlandırıb.

Qeyd edək ki, HƏMAS-ın hücumu nəticəsində İsrailin Qəzza bölgəsində özünü qorumaq üçün quraşdırdığı "Dəmir qübbəsi" müdafiə qurğusu da gözlənilən ümidləri puç edib. Belə ki, "Dəmir qübbəsi" HƏMAS-ın İsrail hərbiçilərinin toplaşdığı nöqtələrə endirdiyi "Kornet" raketlərinin çox az qismini zərərsizləşdirə bilib.


"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elan etdiyi "İslam Həmrəyliyi İli" çərçivəsində noyabrın 6-da İspaniyanın paytaxtı Madriddə "İslam həmrəyliyi və dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi" mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları Rafael Hüseynov, Hikmət Məmmədov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, həmçinin ənənəvi dini konfessiyaların başçıları - Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein və Azərbaycanda katolik icmasının başçısı Vladimir Fekete daxildir”.
Prezident BDU rektorunu vəzifəsindən azad etdi

Noyabrın 15-də Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun tutduğu vəzifədən azad olunması ilə bağlı sərəncam imzalayıb.

1999-cu ildən bu vəzifəni tutan Abel Məhərrəmov 2005-2010, 2010-2015-ci illərdə Milli Məclisin deputatı olub.

BDU rektorunun adı son zamanlar daha çox İspaniyada səfir kimi fəaliyyət göstərən oğlu Anar Məhərrəmovun işləri ilə bağlı çəkilir.

Bu ayın əvvəlində Meydan TV Türkiyənin gəmi şirkətlərindən birində çalışan və bir ay öncə İspaniya sahilləri yaxınlığında qəzaya uğrayan 52 yaşlı Sadiq Tağıyevin ailəsinin üzləşdiyi problemlərdən yazmışdı. Yazıda bildirilirdi ki, Azərbaycanın İspaniyadakı səfirliyi vətəndaşa laqeyd münasibət göstərir.

Yazı dərc olunduqdan sonra Abel Məhərrəmov Xarici İşlər Nazirliyinə gedib. Nazirlikdən adının açıqlanmasını istəməyən məsul şəxsin Meydan TV-yə verdiyi məlumata görə, A.Məhərrəmov oğlu haqqında şikayətlərə görə narazılığını bildirib. Oğlundan şikayətçi olanların cəzalandırılmasını tələb edib.

Bir müddət öncə mətbuatda səfir Anar Məhərrəmovun İspaniyada şərab biznesiylə məşğul olması, hətta Madriddən Bakıya konkret restoranlara şərablar göndərilməsi barədə məlumatlar yayılmışdı. İspaniyadakı azərbaycanlıların Sadiq Tağıyevlə bağlı XİN-ə ünvanladıqları şikayət məktubunda da bu məsələyə toxunulmuşdu. Mənbənin sözlərinə görə, Abel Məhərrəmov oğlunun fəaliyyətilə bağlı şikayətlərdən danışarkən şərab biznesi haqda yazılanlara da toxunub. Bildirib ki, İspaniyadan şərablar restoranlara deyil, konkret şəxslər üçün göndərilir və bundan hamının da xəbəri var.

"Musavat.com" saytı isə Abel Məhərrəmovun İspaniyada üzləşdiyi qalmaqaldan yazıb.

Məqalədə qeyd olunur ki, noyabrın 3-də Allahşükür Paşazadə başda olmaqla geniş tərkibli Azərbaycan nümayəndə heyəti xüsusi reyslə İspaniyanın paytaxtı Madrid şəhərinə yola düşüb. Airbus-319A təyyarəsi ilə uçmağa hazırlaşan təyyarə 2 saata qədər havaya qalxa bilməyib.

Buna səbəb isə sərnişinlərdən birinin - nümayəndə heyətinin tərkibində yer alan BDU-nun rektoru Abel Məhərrəmovun 2 tonluq baqajı olub. Səfər iştirakçıları noyabrın 10-da Madriddən qayıdanda da eyni hadisə ilə üzləşməyə məcbur olublar. Yalnız Məhərrrəmova və onun ölkəmizin İspaniya Krallığındakı səfir işləyən oğluna məxsus 2 tona qədər yük boşaldıldıqdan sonra təyyarənin uçuşuna icazə verilib. Həmin yük onun səfir oğlunun şərab biznesinə aid çəlləklər olub.

Şərab dolu çəlləklər kontrabanda yolu ilə Azərbaycandan İspaniyaya aparılır və orada şüşələrə doldurularaq qeyri-qanuni şəkildə geri qaytarılır. Sonra isə ispan şərabı adı ilə Məhərrəmova məxsus şadlıq evlərində, restoranlarda və digər ticarət nöqtələrində satılır. Həmçinin o, səfər zamanı "Eurostar Madrid" otelinin restoranında millət vəkillərindən biri ilə yeyib-içdiyi vaxt dava salıb.

Yalnız ispan polisi işə qarışdıqdan sonra dava-dalaş dayanıb. Səfər iştirakçılarından birinin dediyinə görə, o gecənin səhəri tədbirin keçirildiyi salonda da utandırıcı anlar yaşanıb. Hələ də özünə gələ bilməyən Abel müəllim, çıxış edərkən olduqca yayğın olub, məntiqsiz və rabitəsiz sözlər səsləndirib.

Orada olan yerli və xarici jurnalistlər, ötən gecə baş verənlərdən xəbərdar olan konfrans iştirakçıları öz aralarında pıçıldaşaraq, onun hələ də ayılmadığını deyiblər.(meydan tv)


Sumqayıta rəhbərlik etdiyi dövrdən dövlət vəsaitlərini qeyri-şəffaf şəkildə xərcləməsi, büdcə pulları çırpışdıraraq mənimsəməsi, şəhərin inkişafı üçün görüləcək işləri həyata keçirən tender şirkətlərinin vasitəsi ilə maliyyəni talan etməsi ilə gündəmə gəlmiş yerli hakimiyyət başçısı Zakir Fərəcovun fəaliyyətini araşdırmışıq.

 Qanunlara və sahibkarlığa qəsbin detalları…

 Sumqayıtda dövlət qanunlarının tapdalanması və iqtisadi inkişafın tormozlanması yerli sahibkarların əmlakına qəsbdən başladı.

Z.Fərəcov şəhər hakimi olan kimi ilk missiyası iş adamlarının biznesini ayaqları altına alıb əzmək oldu.

O, Gəncənin sui-qəsd olunmuş keçmiş meri Elmar Vəliyevin icra başçısı olduğu ilk illərdə yürütdüyü siyasətin eynisini Sumqayıtda həyata keçirməklə arzuları çin oldu.

Z.Fərəcov qanunlara və prezidentin gözləntilərinə məhəl qoymadan öz iqtidarının möhkəmlənməsi üçün sahibkarlığı sıradan çıxardı.

O, 501 saylı Bakı-Saray-Sumqayıt istimaqətində işləyən DAYEVO markalı avtobuslar Sumqayıt şəhər İcra Hakimiyyəti baçşısı Zakir Fərəcovun xüsusi tapşırığı ilə oğurlanaraq gizlədib.

Sahibkarların iş fəaliyyətinə mane olan Z.Fərəcov AMAL De şirkətinin maşınlarının istismarını saxlatdırıb, əhalisi 32000 olan Saray sakinlərini nəqliyyatsız qoymuşdu.

Karvan” Ticarət Mərkəzində malları yanan sumqayıtlı sahibkarların dərdi də ayrıdır.

Z.Fərəcov iş adamlarını dinləmişdi və müavini Fəzail Hüseynova göstəriş vermişdi ki, problem araşdırılsın və “Karvan”ın rəhbərliyinə bildirilsin ki, dəyən ziyanın müəyyən qismi imkan dərəcəsində mütləq ödənilməlidir.

O, bu barədə yazılı göstəriş də vermişdi. Amma sonradan aydın oldu ki, bu, sadəcə bir oyun imiş. Onları get-gələ salmaqdan başqa bir şey deyilmiş.

Mediada yayılan xəbərlərdən o da bilinir ki, iş adamı Müqayis Verdiyev Sumqayıtın dənizkənarı bulvarında abadlıq, mərkəzi Sülh küçəsində təmir-tikinti işlərinə rəhbərlik etmiş iş adamıdır.

Tikinti-bərpa işlərində lazım olan materiallar həmin zərərçəkən sahibkarlardan alınıb. İşlər çoxdan başa çatıb, 2016-cı il sentyabrın 27-də Prezident İlham Əliyev bulvarın açılışında iştirak edib, Sülh küçəsindəki əsaslı təmir və bərpa işləri ilə tanış olub.

Amma istifadə olunmuş materialların pulu bu günə qədər sahiblərinə ödənilməyib. M.Verdiyev xüsusən icra başçısı Zakir Fərəcovu ittiham edərək bildirirdi ki, bu məqsədlə dövlətin ayırdığı milyonları özləri yeyiblər, günahı da onun üstünə atıb həbs etdiriblər.

2016-cı ilin iyununda Sumqayıtda abadlıq-quruculuq işləri məqsədilə Prezidentin Ehtiyat Fondundan Sumqayıt şəhər İcra Hakimiyyətinə 10 milyon, 2017-ci ilin aprelində isə yolların təmirinə yenə də fonddan daha 4 milyon ayrılıb. Bu milyonların hara, kimin cibinə getdiyinə dair ortada heç bir rəsmi sənəd yoxdur.

Sumqayıt ŞİH iddia edir ki, tender keçirilib və M.Verdiyev də qalib olub. Amma tenderin keçirilməsi, həmin tenderə hansı şirkətlərin müraciət etməsi, edilən təkliflərlə bağlı sənədlər yoxdur.

Hətta işlərin görülməsi ilə bağlı ödənişlərin necə həyta keçirildiyini (müqavilə, bank sənədləri və s.) təsdiqləyən sübutlar da mövcud deyil.

Başqa sözlə, dövlətin 10 milyondan çox pulunun necə xərclənməsi ilə bağlı heç bir sənəd tapmaq mümkün deyil.

Zərərçəkmiş sahibkarlardan Aydın Abdullayev, Bəxtiyar Ənnağıyev, Bilal Piriyev məhkəmədə bildiriblər ki, bir müddət sonra ödənişlər gecikəndə səbəbi ilə maraqlanıblar. M.Verdiyev onlara deyib ki, icra hakimiyyətinin maliyyə problemi var, bir az gözləsinlər.

 

9 aylıq hesabatda “qazlama” və talançı komanda – Adlar…

ŞİH-nin 9 aylıq hesabatında qeyd olunub ki, şəhər əhalisinin və təsərrüfat subyektlərinin təbii qazla fasiləsiz təmin edilməsi məqsədilə mövcud qaz nəqletmə sisteminin təmiri, ayrı-ayrı hissələrin yenidən qurulması, sistemin istismara yararlı halda saxlanılmasına yönəldilmiş tədbirlər həyata keçirilib.

Lakin sumqayıtlılar qaz üzünə həsrətdirlər. Hər gün abonentlər sosial şəbəkələrdə qazın olmadığı, xüsusən qış aylarında əzülm çəkdiklərini yazırlar.

Ümumiyyətlə, şəhərin qaz, su, işıq problemləri bitmək bilmir. Əhali habelə təhsilin bazara çevrilməsi, səhiyyənin rüşvət içində çabalaması, mədəniyyət klublarının, kitabxanaların baxımsızlığı nəticəsində ayrılan vəsaitlərin mənimsənilməsi haqda narazılıqlar edirlər.

Bu problemlərin yaranmasında şəhərin hakimi Z.Fərəcovla bərabər Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyinin rəis əvəzi Gündüz Əliyev, Sumqayıt Elektrik Şəbəkəsinin baş mühəndisi Arzuman İsmayılov, “Azəriqaz” İstehsalat Birliyi Sumqayıt Qaz İstismar Sahəsinin rəisi Namiq Tarverdiyev, Sumqayıt Su Kanal İdarəsinin rəisi Darvin Hüseynov, Sumqayıt Şəhər İstilik Təsərrüfatı İdarəsinin müdiri Aftandil Nuriyev, Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdir əvəzi Ramin Abbasov, Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov, Sumqayıt Şəhər “Lift-Servis” Birliyinin rəisi Cümşüd İsmiyev Sumqayıtda bütün infrastrukturu iflic ediblər.

Prezident liftlərə pul verib, həkimlərə bloklar düzəltdirilir – Rəqəmlər…

Şəhər rəhbərliyinin təşəbbüsü ilə Prezident İlham Əliyevin yaxından köməyi sayəsində istismar müddəti ötmüş 105 ədəd lift dəyişdirilərək elektron tipli liftlərlə əvəz olunmuş, 18 liftdə əsaslı, 54 liftdə cari təmir işləri aparılıb.

Prezidentin yaxından dəstəyi olubsa, bu istiqamətdə Mənzil Kommunal Təsərrüfat Birliyinə ayrılan vəsaitlər hara xərclənib?

Üstəgəl, Sumqayıtda binaların bloklarının təmiri iki ildir ki, həkimlərə və müəllimlərə həvalə olunub.

Nəticədə şəhər büdcəsindən ayrılan vəsaitlər mənimsənilir. Hətta iddialara görə, bu il həkimlərdən birinin pul yığımı üçün etirazı icra başçısı Zakir Fərəcova çatdırılıb.

Sumqayıt ŞİH başçısı isə Azərbaycan reallığına uyğun olaraq mesaj göndərib ki, onların kabinetlərdə nə işlə məşğul olduqlarını bilir, elə etməsinlər ki, pis xəbər eşitsinlər. Yaxşısı budur, blokları təmir eləsinlər.

13 oktyabr 2015-ci ildə prezidentin sərəncamı ilə Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 3,7 milyon manat ayrıldı.

15 dekabr 2015-ci ildə prezidentin sərəncamı ilə Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və zəruri təmir işlərinin həyata keçirilməsi üçün 5 milyon manat pul ayrıldı.

03 mart 2016-cı ildə Prezidentin sərəncamı ilə Sumqayıt şəhərində çoxmənzilli binalarda zəruri təmir işlərinin davam etdirilməsi məqsədi ilə 9 milyon, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 6,5 milyon, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 2,5 milyon manat pul ayrıldı.

10 iyun 2016-cı ildə prezidentin sərəncamı ilə Sumqayıt şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 10 milyon, o cümlədən çox mənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 5 milyon, şəhər avtomobil yollarının əsaslı təmiri üçün 5 milyon manat ayrılıb.

“Gemoroy” yaradan oturacağın biri 550 manat və Əli Həsənov savaşı …

Yaxşı, sumqayıtlılar niyə məmurların şəxsi maraqları ucbatından parklardakı soyuq oturacaqlarda oturub cürəbəcür xəstəliklər tapmalıdırlar?!

Düzdür, etiraf etmək lazımdır ki, son zamanlar Sumqayıtda müəyyən abadlıq işləri görülüb. Bunu danmaq olmaz.

Amma bu yaxınlarda şəhərin Heydər Parkında, eləcə də təzə açılan Sumqayıt Bulvarında soyuqlu havada metal oturacaqları görəndə (onların sayı təxminən 400-ə, bəlkə də çoxdur) bu abadlıq işlərinin görünməyən qaranlıq tərəfi üzə çıxırdıq.

Çox güman Azərbaycanda istehsal bu dəmir oturacaqların elan saytlarında qiyməti 550 manat göstərilir. Lakin araşdırılsa bu skamyalara icra hakimiyyətinin sənəddə reallıqdan dəfələrlə çox pul xərclədiyi də çox güman ki, üzə çıxır.

Z.Fərəcovun bu fəaliyyətinin kulminasiya nöqtəsi baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənovu Sumqayıtda “məğlub etməsi” oldu.

Əli Həsənovun ailə üzvlərinin Sumqayıtda yaşıllıqları məhv edərək, özlərinə restoranlar, biznes obyektləri tikdirdiklərinə dair yazılanların, mətbuata göndərilən şikayətlərin arxasında da məhz Zakir Fərəcovun dayandığını iddia edən mənbə mediaya bildirmişdi ki, bununla keçmiş “Qaçqınkom” sədrini nəzərdə tutduğu yeni biznes layihələrini dayandırmağı hədəfləyib.

Əli Həsənovun baş verənlərlə bağlı mətbuata verdiyi açıqlama da yuxarıdakı iddianın təsdiqi anlamına gəlir: “9 aydır müxtəlif qəzetlər, saytlar sifarişlə məni şantaj edirlər.

O insanlar mənə bəllidir: Sifariş verənlər də, idarə edənlər də. Görünür əlləri hər yerdən çıxıb, indi də mənim üçün əziz, doğma olan Sumqayıt şəhərinə əl atıblar.

Məsəl var: “Quyunu dərin qaz, gen qaz özün düşəcəksən”, “Nə atarsan aşına, o da çıxar qarşına”, “Sirkə nə qədər tünd olsa öz qabını çatladar”. Çox təəssüf edirəm ki, bizim bəzi insanlarımızda qısqanclıq o qədər yüksəkdir ki, onların vurduğu zərbələr çox dəhşətlidir”.

Beləliklə, Əli Həsənov son vaxtlar özünün və ailəsinin adının mətbuatda tez-tez hallandırılmasının xüsusi sifariş olduğunu iddia edib və düşməninin adınmı çəkməsə də onun kimliyini bildiyini açıq şəkildə ifadə edib.

O bununla həm Zakir Fərəcovla “döyüşdən” qaçmayacağını ifadə edib, həm də yaxın zamanlarda cavab zərbəsi endirəcəyinin anonsunu verib.

Bir sözlə, Z.Fərəcovun “gənclər şəhəri”ndə hökmranlığı dövründə əməllərinin yalnız yarısını çatdırmışıq. Araşdırmalarımız davam edir və kifayət qədər ciddi faktlar meydana çıxarmışıq ki, növbəti yazıda təqdim edəcəyik.

Çünki bir məqaləyə sığışmır. İndi siz sual verin, bu qədər neqativ reputasiyaya malik məmur vəzifədə nə qədər qala bilər?

Gülay

REPORTYOR.info


"Növbəti məhkəmə iclası 24 iyun 2019-cu il tarixində olacaq"

Britaniyada hazırda İzahedilməz Sərvət Qanununa uyğun olaraq barəsində polis təhqiqatı aparılan Zamirə Hacıyevanın mülkiyyətində olan ofşor şirkətə ölkənin iki ən mötəbər hüquq firması və "Barclays Bankın” İsveçrə filialının xidmət göstərdiyi bəlli olub.
 
"The Guardian” nəşri yazır ki, "Mishcon de Reya” firması Britaniyanın Vircin adalarında qeydiyyatdan keçmiş ofşor şirkətə "Barclays Bank”ın ipotekası barədə hüquqi məsləhət verib. 
 
Hazırda Britaniya Milli Cinayət Agentliyi bu şirkətlə bağlı araşdırma aparır.
 
Zamirə Hacıyevaya aid olan bu şirkət 2009-cu ildə qiyməti 11,5 milyon funt sterlinq olan mənzili alıb. "Guardian” yazır ki, bu mənzilin qiyməti Hacıyevanın və ya onun ərinin qazancından qat-qat çoxdur.
 
Qəzetin yazdığına görə həm "Barclays Suisse”, həm də "Mishcon de Reya” bu məsələ barədə şərh verə bilməyəcəklərini bildiriblər. Zamirə Hacıyeva noyabrın əvvəllərində Azərbaycan hökumətinin ekstradisiya müraciəti ilə bağlı həbs edilsə də, sonradan məhkəmə qərarı ilə zaminə buraxılıb. 
 
Zamirə Hacıyevanın növbəti məhkəmə iclasının tarixi müəyyənləşdirilib. "Westminster Magistrates” məhkəməsində keçirilən inzibati iclasda növbəti məhkəmənin 24, 26, 27 və 28 iyun 2019-cu il tarixlərində keçiriləcəyi bildirilib.
 
İndi Zamirə Hacıyeva belə bahalı mülki necə və hansı pulla aldığını izah etməlidir. Əks halda mülkiyyət müsadirə olunacaq. Zamirə Hacıyevanın vəkilləri bildirirlər ki, ona qarşı heç bir cinayət ittihamı irəli sürülməyib. Onlar israr edirlər ki, Milli Cinayət Agentliyinin Hacıyeva barəsində araşdırması "cinayət yox, təhqiqat araşdırmasıdır”.
 
"Guardian” yazır ki, Hacıyeva Londonun dəbdəbəli "Naytsbric” rayonundakı evi (Knightsbridge) Vircin adalarındakı "Vicksburg Global Inc” adlı şirkətin vasitəsilə 11, 5 milyon funt sterlinqə alıb.
 
Ali Məhkəmə sənədlərindən məlum olur ki, mülkün alınması üçün 8 milyon funt sterlinqə yaxın məbləğdə ipotekanı "Barclays Suisse” rəsmiləşdirib.
 
Hələlik sözü gedən bank "müştəri sirri” barədə prinsipdən çıxış edərək bu sövdələşmə barədə heç bir şərh vermir. Milli Cinayət Agentliyi isə bildirir ki, bu iş üzrə adı keçən hüquqşünaslar, bankirlər və mühasiblər "peşəkar köməkçilər” qismində risklə üzləşə bilərlər.
 
Mənbə: Meydan.tv

Rəsmi məlumatlara görə, A.Mahmudovun dumanlı Albionda biznesə girişməsi 2015-ci ilin yayına təsadüf edir

Oktyabr ayında, beynəlxalq medianı Britaniyada Azərbaycan vətəndaşı, keçmiş bankirin həyat yoldaşı Zamirə Hacıyevanın sərvətinə həbs qoyulması haqda xəbərlər dolaşdığı günlərdə, onun kürəkəni – eks-nazir Eldar Mahmudovun oğlu Anar Mahmudov elə həmin ölkədə maliyyə sektorunda fəaliyyət göstərmək məqsədilə növbəti şirkətini təsis edib. Anar Mahmudova aid olduğu iddia olunan Azərbaycandakı çoxsaylı şirkətlərin isə dövlət büdcəsinə milyonlarla manat vergi borcu ödənilməmiş qalır.
 Böyük Britaniyanın şirkətlər reyestrində açıqlanan məlumata görə, oktyabrın 11-də kapitalına 1 funt yatırmaqla "MEA Capital Limited” şirkəti yaradılıb. Uolton-on-Temz (Walton-on-Thames) şəhərinin Bridc küçəsindəki sakit bir məhəllədə ünvan tapan, adının açılışı güman ki, "Mahmudov Eldar Əhməd oğlu” olan bu şirkətin yeganə təsisçisi 34 yaşlı Anar Mahmudovdur. Maliyyə menecmenti sahəsində çalışacağı elan olunan bu şirkətə Anar özü rəhbərlik edir. Amma bu, keçmiş nazirin biznesmen oğlunun bu ölkədəki heç də birinci şirkəti deyil.
 Böyük Britaniyada çirkli pulların yuyulmasına qarşı yönəlmiş yeni qanunvericilik təşəbbüsünün ("İzahedilməmiş Sərvət Sərəncamı" qanunu) onun və bu ölkədəki digər azərbaycanlı oliqarx və biznes sahiblərinin əmlakının da maliyyə mənbəyinin açıqlanmasının bir zaman tələb olunacağını hüquqşünaslar ön görürlər.
Britaniyaya qaçış
 Rəsmi məlumatlara görə, A.Mahmudovun dumanlı Albionda biznesə girişməsi 2015-ci ilin yayına təsadüf edir. Atasının müəmmalı şəkildə vəzifəsindən kənarlaşdırılmasına bir neçə ay qalmış... İyul ayında Londondakı "8-10 Dover Street Limited” şirkətinin səhmdarları arasına səhmlərin 75 faizini əldə edən "Elmaha İnvestment Limited” ofşor şirkəti daxil olur. Yunan Kiprində 2014-cü ilin oktyabında yaradılan, təsisçisinin adı açıqlanmayan şirkətin direktoru Anar Mahmudovdur. Amma sənədlərdən anlaşılan odur ki, Anar bu şirkətdə təsisçi hüquqları ilə təmsil olunur. Ofşor şirkət Londonda dörd  ünvanda (8 Dover, 8-9 Dover, 10 Dover və 47 Albermarle) aldığı, dəyəri bir neçə milyon funt olan 5 daşınmaz mülkü "8-10 Dover Street Limited” şirkətinin istifadəsinə verir.
Mənbə: Britaniyanın şirkətlər reyestri
 Yeni payçının gəlişi ilə "8-10 Dover Street Limited” restoran biznesi sahəsində işləyən "Mnky Hse Limited” törəmə şirkətini yaradır. Bir il sonra, 2016-cı ilin sonuna ana şirkətin xalis aktivləri 3 dəfə artaraq 9 milyon funtu (18,9 milyon manat) ötür. Əlli nəfərdən çox işçisi olan və Latın amerikası mətbəxinin təamlarını təqdim edən bu böyük restoranın aktivində maliyyə hesabatına görə 1 milyon funt vəsait var.
 O dövrdə yerli media Mahmudovların biznesinə basqıların olduğunu, hətta çoxsaylı avtosalonlarının qapılarınını bağlandığını yazırdı. Vətəndə işi heç də yaxşı getmədiyinə görə Bakıda az-az görünən Anar isə Londonda yatırımlarını davam etdirirdi. 2016-cı ilin iyununda "Elmaha İnvestment Limited” şirkəti Londondakı daha bir şirkətin – "Percy Ho Limited”in səhmlərini alır və bir ildən sonra onun üzərində nəzarət Anar Mahmudova keçir.
Anar Mahmudovun Londonda qeydiyyatda olduğu mənzili
 Böyük biznes uyğun həyat standartları tələb edir. Anarın qeydiyyatda olduğu Loundes Meydanındakı mənzili Londondakı əmlak dəllalları təxminən 4,8 milyon funt (10,5 milyon manat) dəyərində qiymətləndirirlər. A. Mahmudov Britaniyanı özünə yeni yaşayış məskəni seçsə də, o, rəsmi mənbələrə görə, Azərbaycan vətəndaşlığını da qoruyub saxlayır.
"Təsisçi Anar idi, amma mənim də əməyim olub”
 İki il öncə jurnalist təhqiqatları ilə Anar Mahmudovun 8 şirkəti birləşdirən beynəlxalq biznes şəbəkəsi aşkar edilmişdi. Türkiyədəki "Deha Gömlek Üretim Sanayi ve Ticaret Limited” və "Sinalco Gayrimenkul ve Danışmanlık Hizmetleri A.Ş”, İspaniyadakı "22 Vaquer De Bendinat S.L.”, "Son Sana Portals S.L.”, "Macent Invest Group SL” və "Majorca Capas Group İnvestment SL”, Lüksemburqdakı "Utilicom” və "Konoco.M” şirkətlərinin onun nəzarətində olduğu yazılırdı.
 Şirkətlərin sayı, fəaliyyətinin əhatə dairəsinə görə Anar Mahmudovun Azərbaycandakı biznesi daha rəngarəngdir. Tikinti, daşınmaz əmlak, restoran, otelçilik, pərakəndə ərzaq ticarəti, şərab idxalı və satışı, yanacaqdoldurma məntəqələri, lüks avtomobillərin satışı və servisi, avtomobil parkinqi – bunlar A. Mahmudovun şirkətlərinin əsas fəaliyyət sahələridir. Ümumiyyətlə, A. Mahmudovun Bakıda birbaşa və dolayı sahibliyində və idarəçiliyində 20-dən çox yerli şirkət var: 
 - "Diqlas-1” MMC və "Apallon Servis” MMC (idarəedici direktor – Anar Eldar oğlu Mahmudov);
- "Karkas” ASC və "Kristal İnşaat” (idarəedici – Musa Məmməd oğlu Mahmudov);
- "BBVA” MMC, "Caspian Petrol” MMC və "İnşaatçı-E” MMC (idarəedici – Orxan İmran oğlu Seyidov);
- "Caspian Crystal Travel” MMC və "Crystal Travel” MMC (idarəedici – Könül Məmməd Kazım qızı Məmmədova);
- "Gravitylux” MMC, "Kaspian Kristal” MMC və "Crystal Development” MMC (idarəedici – Fuad Vaqif oğlu Hacıyev);
- "Crystal Med” MMC və "Crystal İnternational” MMC (idarəedici – Şaiq Vəli oğlu Mahmudov);
- "Crystal Group” MMC, "Sinalco Logistics” MMC və "Sinalco Azerbaijan Ltd”(idarəedici – Süleyman Zülfüqar oğlu Allahquliyev);
- "Bank Olmayan Xəzər Kredit Təşkilatı” ASC və (idarəedici – Sahib Əli oğlu Ağayev);
- "Tez” MMC (idarəedici- Tələt Abbasqulu oğlu Səfərov);
- "Kristal Motors” MMC (idarəedici – Adil Nadir oğlu Axundov);
- "Crystal Systems” (idarəedici – Rafiq Məmməd oğlu Mahmudov);
- "A.İ.F.” MMC (idarəedici- Səmayə Rzaqulu qızı Nağıyeva);
- "Saba Cars” MMC (idarəedici – Dəmir Teymur oğlu Abdullayev);
- "Kristal Motors” MMC və "Brent" MMC (idarəedici – Adil Nadir oğlu Axundov).
 Tariyel Avtandil oğlu Salahov uzun illər qrupun özəyi olan Kaspian Kristal/Caspian Crystal şirkətinə rəhbərlik edib. O, mediaya müsahibəsində hətta özünü qrupun sahibi kimi də təqdim edib. Maraqlıdır ki,  "Crystal” şirkətlər qrupunun 2014-cü ildəki beynəlxalq tanıtımında T.Salahova məxsus mətbəə - "İndiqo” MMC A.Mahmudovun nəzarətində olduğu göstərilir.
 T.Salahovla onun ofisində görüşdük. "İndigo” Nəşriyyat evindən başqa "Xəzər” Mənzil-Tikinti Kooperativinə rəhbərlik edən Tariyel Salahov "MTN işi”ndən sonra Mahmudovlarla üzülüşdüyünü, idarəçilikdən getdiyini bildirdi: "Kaspian Kristal” şirkətinin təsisçisi Anar Mahmudov idi. Bu, Ədliyyə Nazirliyindəki sənədlərdə də var. Amma 2006-cı ildən başlayaraq şirkətin  müəssisələrinin qurulmasında mənim də əməyim olub. 2015-ci ilin sonunda şirkəti tərk etdim”. 
 Qrupun İtaliyaya gedib çıxan uzantısı da var. Belə ki, Anar Mahmudov məlum qalmaqaladək "Crystal Group” MMC-yə də rəhbərlik edirdi. Ofisi Altes Plazada yerləşən bu şirkətin hazırkı direktoru keçmiş diplomat Süleyman Allahquliyevdir. Azərbaycanın İtaliyadakı səfirliyində birinci katib işləmiş S.Allahquliyev həm də Azərbaycan-İtaliya kapitalı ilə yaradılmış "Sinalco Group” şirkətinin rəhbəridir. Süleymanın qardaşı Vüqar Milli Təhlükəsizlik Nazirliyində çalışıb və 2015-ci ilin martında general-mayor ali hərbi rütbəsini alıb. Tikinti, interyer dizayn, ixracat və s. sahələrdə çalışan qrupun bir qolu (Sinalco RE Srl) Roma şəhərindədir. Bakıdakı ofis isə Altes Plazadadır. Bu şirkətlər qrupunun Bakıdakı təsisatları 2016-cı ilin əvvəlində qurulub.
Borc içində batan şirkətlər
 Vergilər Nazirliyinin məlumatına görə, "Crystal” şirkətlər qrupuna aid olan beş şirkətin (Kaspian Kristal, Kristal Motors, Kristal İnşaat, Apallon Servis və Kristal Travel) hazırda dövlət büdcəsinə təkcə vergilər üzrə 7 357 123 manat və ya 4,3 milyon dollardan çox borcu ödənilməmiş qalır. Bunun əsas hissəsi "Kristal Motors” MMC-nin payına düşür. 2017-ci ilin əvvəli ilə müqayisədə avtomobil satışı şirkətinin borcları iki dəfə artıb. "Kristal İnşaat” MMC-nin isə bu dövrdə borcları 10 qat azalaraq 220 min manata düşüb. Bakı şəhəri Lokal Gəlirlər Departamenti "Kristal Motors” MMC-də apardığı kameral vergi yoxlaması zamanı mühasibat sənədlərində 2014-cü ilin mənfəət vergisinin külli miqdarda azaldıldığını müəyyən edib. Şirkət yoxlamanın qərarından narazı qalsa da, bütün məhkəmələr dövlət orqanının tərəfində olub. "Kristal Motors” MMC hesablanmış mənfəət vergisinin 2,2 milyon manat məbləğində aşağı salınmasını istəyib, lakin bu ilin mayında Ali Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bir il öncə isə Baklı Apelyasiya Məhkəmə "Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin "Diqlas-1” MMC-də apardığı vergi yoxlamasının qərarlarından şikayətini təmin etməmişdi. Şirkət məbləği açıqlanmayan borcu ödəməyə məcbur olmuşdu.
 Qeyri-rəsmi məlumatlara görə, Anar Mahmudov artıq "Crystal” şirkətlər qrupunun sahibi deyil. Qrupun avtomobil salonlarının (Land Rover, Maserati, Ducati və Jaguar) qapılarının bağlandığı, rəsmi təmsilçiliyin başqa şirkətlərə keçdiyi yayılan xəbərlər arasındadır. Bundan başqa, "Mercedes-Benz”, "Brabus” və "Sitroen” avtomobillərinin satışı ilə məşğul olan "Saba Cars” şirkəti də fəaliyyətini dayandırıb. Məlumatı dəqiqləşdirməkdən ötrü şirkətin ofisinə göndərilən sorğuya cavab verilməyib.
Londonda əmlakı olanlar üçün qara günlər başlayır
 Hüquqşünas Əkrəm Həsənov hesab edir ki, nəinki Eldar Mahmudov, ümumiyyətlə, İngiltərədə hər hansı zəngin Azərbaycan vətəndaşının 50 min funtdan dəyərli əmlakı təhlükə altındadır. "Çünki Azərbaycansayağı biznes çərçivəsində gəlirlərini rəsmi təsdiq etmək onlara çox çətin olacaq”,- Ə.Həsənov belə düşünür.
Əkrəm Həsənov
Azərbaycandan gizli yollarla qaçırılmış pul vəsaitləri hesabına əldə olunmuş sərvətlərin Azərbaycan dövlətinə təhvil verilməsi perspektivinə toxunan ekspert bunun obyektiv olaraq mümkünlüyü qənaətindədir: "Bundan ötrü əvvəla hüquqi savad tələb olunur ki, bu da əksər dövlət qurumlarımızda ciddi problemdir. Amma ən əsası ingilislər rəsmi sənədlər tələb edəcəklər. Həmin sənədlərdə isə, məsələn, Cahangir Hacıyevə və onun kimi başqalarına dəstək olmuş və ya ən azı əməllərinə göz yummuş şəxslərin adı da olacaq. London məhkəməsindən bunu gizlətmək mümkün olmayacaq”.

Sabiq vergilər naziri Fazil Məmmədovun Gəncədəki obyektlərində təftiş başlayıb. 

Bu barədə Musavat.com saytı məlumat yayıb.
 
Məlumata görə, sabiq nazirə məxsus Gəncə Beynəlxalq Xəstəxanasında aparılan yoxlamaların vergidən yayınma ilə bağlı olduğu bildirilir.  Məlumatda deyilir ki, F.Məmmədov vəzifədə olarkən, ona məxsus xəstəxanada külli-miqdarda vergidən yayınmasına yol verilib.
 
Uzun illər ölkənin ən iri məmur oliqarxları sırasında qərarlaşan F.Məmmədovun böyük biznes imperiyası var. Yəni yoxlamalar onun hələ əyalətdəki "xırda” hesab olunan obyektlərindən başlayıb. 
 
F.Məmmədovun obyektlərində işdən çıxarılandan 11 ay sonra yoxlamalar başlaması təsadüfi sayılmır. 17 il Vergilər Nazirliyinə rəhbərlik etmiş F.Məmmədov həmin dövrdə vergi şəklində yığılan 4 milyard manata yaxın vəsaitin büdcədən yayındırılaraq ofşorlara yönləndirildiyi barədə xəbərlər var. Ümumilikdə isə sabiq nazirin 15 milyarda yaxın vəsaiti qamarladığı xəbərləri yayılıb və bu günə qədər təkzib olunmayıb.
 
Vəzifədən çıxarılandan sonra səhhəti qəfil pisləşən nazirin əvvəlcə özünün Gəncədəki xəstəxanasında, ardından isə Türkiyədə müalicə olunması xəbərləri yayıldı. Yayılan son xəbərlərdə isə nazirin xəstəliyinin "son dərəcə şişirdildiyi” qeyd olunur. Fazil Məmmədovun "səhhəti ağırdır” xəbərlərini məqsədli yaymaqla nazir vəzifəsində çalışdığı 17 ildə ələ keçirdiyi sərvətləri qorumağa çalışır.
 
Sabiq nazirin ata yurdu Şəmkirdə isə demək olar ki, hər tində bir müəssisəsi, fabriki, istixanaları, quşçuluq fabrikləri və s. biznes strukturları var. Təsadüfi deyil ki, Fazil Məmmədovun fəaliyyətini ucqarlardan – onun qeyri-rəsmi qubernatorluğuna daxil olan Şəmkir və Gədəbəydə araşdırmağa başlayıblar. İlkin yoxlamalarla müəyyən olunub ki, Fazil Məmmədovun qohum-qardaşının yaşadığı Şəmkir rayonunda 5 il əvvəl salınan parka görə büdcədən nə az, nə çox, düz 830 milyon manat silinib. Faktiki isə parkda görülən işlərin dəyəri 83 milyon manatdan da az olub. Bundan başqa məlum olub ki, 2010-cu ildə ölkə rəhbərliyinin iştirakı ilə açılışı baş tutan Gədəbəy rayonunun yeganə stadionunu Fazil Məmmədov 2015-ci ildə özününküləşdirlib.
 
Sovet dövründə inşa olunan, 2010-cu ildə əsaslı təmir olunmuş stadion bir gecənin içində rayon sakinlərinin üzünə qapadılıb. Sonrakı müddətdə isə Fazil Məmmədovun kadrı olan keçmiş icra başçısı Ramiz Yediyarovun rəhbərliyi ilə stadionun meydançası darmadağın edilib. Stadiona 2010-cu ildə dövlət büdcəsindən ayrılan milyonlar da hədər gedib. Böyük pul kütlələrinin büdcədən yayındırılaraq ofşorlara yönləndirilməsində sabiq nazirin yaxın qohumu olan Binəqədi Rayon İcra Hakimiyyətinin sabiq başçısı Xaləddin İsgəndərovun da adı keçir. Fazil Məmmədov Azərbaycan iqtisadiyyatına yönəlməli olan milyardları xarici ölkələrdə öz biznes şəbəkəsini yaratmağa sərf edib. Belə ölkələrdən biri də Ukraynadır. Fazil Məmmədovun Ukrayna paytaxtında 5 ulduzlu hoteli, siqaret, təkər zavodu və böyük bazarı var. Hotel Kiyevin mərkəzində, "11 Mirrors Design Hotel” adlanır.
 
Kiyevdəki "Vladimirski” bazarı sabiq vergilər nazirinin böyük biznesinin kiçik bir parçasıdır. Kiyevdəki bazarlar arasında böyüklüyünə görə ilk üçlükdə olan bu bazarda paltar və meyvə-tərəvəz satılır. Kiyevin ən bahalı bazarı hesab olunur. Ukraynadakı təkər zavodunun 49 faizi, Xarkov siqaret zavodunun səhmlərinin 41 faizi sabiq nazirə məxsusdur. Sabiq nazirin Ukraynanın kurort şəhəri Truskovetsdə də olduqca lüks hoteli var. Həmin hotel "Mir” adlanır. Nazirin hotelində ən müxtəlif kateqoriyadan nömrələr var. Bu nömrələr arasında "Prezident stili” kateqoriyasından olanlar xüsusi diqqət çəkir. Hotelin ölçücə ən böyük olan bu nömrəsi 126 kvadratmetrdir. Bunlar sabiq nazirin xaricdəki böyük biznesi haqda kiçik məlumatlardır.
Azərbaycanda vəzifədə olarkən sabiq nazirin kurasiyasında bir neçə rayon vardı. Binəqədi, Şəmkir, Gədəbəy və Yardımlı rayonları sabiq nazirin qeyri-rəsmi "qubernatorluğuna” daxil idi. Həmin dövrlərdə Gədəbəydəki istirahət mərkəzlərinin demək olar ki, hamısı F.Məmmədovun kurasiyasında idi. Rayonda Narzan adlanan istirahət zonasındakı istirahət mərkəzi, "Eldorado” hoteli və çoxsaylı obyektlər Fazil Məmmədova hər gün milyonlar qazandırırdı. Fazil Məmmədov vergilər naziri postundan çıxarılandan sonra özünün və yaxınlarının adına rəsmiləşdirdiyi əmlakları digər şəxslərin adına keçirməsi haqda məlumatlar yayılmışdı. Məlum olmuşdu ki, Fazil Məmmədov nazir postunda ikən Şəmkirdə inşa etdirdiyi müxtəlif tikililəri özgəninkiləşdirməklə əlindən çıxarılmasını önləmək istəyir. Onun Şəmkirdəki mal-mülkü isə bir deyil, iki deyil. Şəmkirin girişindəki "Şəmkir səbəti” adlı hipermarketdən tutmuş, rayonun Sabirkənd kəndi ərazisindəki saysız-hesabsız istixanalara qədər gəlir gətirən hansı sahə varsa, ora sabiq nazirin olub.
Sabirkəndə yan-yana 200-ə yaxın istixanada Fazil Məmmədovun adamları əsasən "kitayski roza” əkdirir və xaricə daşıtdıraraq satdırırdılar. Bakıda "kitayski roza”nın ən ucuzu 2 manatdır. Keçmiş nazir "Şəmkir-Quşçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətini qardaşı Vaqif Məmmədovun adına rəsmiləşdirib. Zəyəm qəsəbəsində yerləşən, sovet dövründə "Bakı avtomobil ehtiyat hissələri” zavodunun filialı kimi fəaliyyət göstərən zavod da Fazil Məmmədovun olub. Adı "Zəyəmkəndmaş”a dəyişdirlən zavodda Fazil Məmmədovun istixanaları üçün metal konstruksiyalar hazırlanıb. Nazirə məxsus olduğu bildirilən daha bir obyekt – "Şəmkir Ət-süd” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Müəssisənin icraçı direktoru Fazil Məmmədovun qardaşı oğlu Tamerlan Məmmədovdur. Bundan başqa "Yalta Meşə Ailəvi İstirahət Mərkəzi” də Fazil Məmmədovun xeyir-duası ilə yaradılıb və eks-nazirin əmisi oğlu Kamal Məmmədovun adına rəsmiləşdirilərək işlədilib.
 
Fazil Məmmədovun nazirliyi dövründə Şəmkir görkəmini dəyişib, müasirləşib. Amma görülən işlər rayonun bir çox sakinlərinə, xırda biznesmenlərə badalaq vurulması ilə nəticələnib. Torpaqları əllərindən alınıb, obyektləri, evləri sökülüb. Kompensasiya kimi isə qəpik-quruş ödənilib, etirazları qulaqardı olunub. Şəmkirə böyük paralar yatırdığından o, son illərə qədər bura kənar maliyyənin daxil olmasına da imkan verməyib. Qonşu Gədəbəy rayonu ilə Şəmkir arasında yerləşən Yasamal dağında təxminən 30 hektarlıq bir ərazisi də sabiq nazirin aktivinə yazılır. Geniş meşə massivi olan ərazidə vaxtilə sakinlər istirahət edib. Günlərin birində isə Fazil Məmmədovun yolu bu ərazilərə düşüb və meşə massivi də Fazil Məmmədovun "ölçüsüz corab”a çevirilmiş biznesinin bir parçasına çevrilib. Meşə massivini mənimsənilməsi daha çox narazılıqlara səbəb olsa da, bu, Fazil Məmmədova ərazidə imarət və ətrafında çoxsaylı villalar tikdirməyə mane olmayıb. Beləcə "Yastı meşəsi” adlanan istirahət zonası da F.Məmmədovun saysız-hesabsız obyekti kimi fəaliyyətdə olub. Xırda talalarla zəngin olan əsasən, meşələrin əhatə etdiyi Yasamal dağında çoxlu bulaqlar da var və insanlar daha çox həmin bulaqların başında süfrə qurub piknik etməyi sevirlər. F.Məmmədov isə "Yastı meşəsi” ilə bərabər bütün bu cür talaları, bulaqların hamısını zəbt edib.
 
Fazil Məmmədov uzun illər ölkənin ən iri məmur oliqarxları sırasında ilk üçlükdə olub. Özü zənginləşib, dövlət büdcəsinə isə milyardlarla manat vergilər çatmayıb! İndi isə 1 ilə yaxındır ki, Fazil Məmmədov nazir deyil…

Azərbaycanın İsveç, Norveç və Finlandiyadakı səfiri geri çağırılıb.
 
Bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb. 
 
Sərəncama görə, Adış Sakit oğlu Məmmədov Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Norveç Krallığında və Finlandiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

2 -dən səhifə 268