Super User

Super User

ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Əhli Sünnə alimi milyonlarla izləyicisi olan “wk news” kanalında tarixi bir etiraf etdi: “Şiələrin İmamlarına (12 İmama) itaət etməyimizin fərzdir-vacibdir...”. Bununla da böyük Sünni Alimi yabançılara (qeyri 12 İmama) itaət etməyin haram olduğunu bildirib.


MTN işi çözüldükcə, bu nazirliyin çətiri altında gizlənən mafiyanın digər dövlət qurumları içərisindəki əlaqələri də ifşa olmaqdadır. Azerinfo.org saytının iddiasına görə, Eldar Mahmudovun liderlik etdiyi, Akif Çovdarovun əsas füqur olduğu şəbəkənin Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat Şöbəsinin rəisi müavini Müşfiq Rəhimovun geniş biznesi olmaqla yanaşı, həm də bu şəbəkə ilə ciddi əlaqələri olub.

Məlumatda qeyd olunur ki, şöbə rəisinin müavini ilə generalın birlikdə nömrə biznesi də olub. Əsasən də MTN işçilərinin istəyinə uyğun olan nömrə nişanlarını əldə etmək və baha qiymətə satmaq sahəsində sövdələşmələri mövcud imiş.

Qeyd edilir ki, Rəhimov hazırda həbsdə olan və bir sıra ağır cinayətlərdə ittiham olunan MTN generalına geniş imtiyazlar tanıyıb. Onun xeyli sayda maşınlarına dəyəri hazırda 50-60 min manat olan nömrələr hədiyyə edib. Əvəzində isə nazirlik işçilərinə və ya onlara bağlı adamlara dəyərindən bir qədər artıq nömrələr satıblar.

Düzdür, Müşfiq Rəhimovla MTN zabitini birləşdirən əlaqələrlə bağlı başqa iddialar da var. Hərçənd bu iddiaların doğru olub, olmadığını araşdırmaq qeyri-mümkündür. Məsələn, həmin iddialara görə, Müşfiq Rəhimov MTN-ə gətiriləcəyi nəzərdə tutulan iş adamının avtomobillərinin nömrələri və markaları barədə generala müfəssəl məlumatlar verib.

Onu da qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsində dövlət nömrə nişanlarının şıdırğı alverinin getdiyini bilməyən yoxdur. BDYPİ-də nömrə alverini məhz sözügedən idarənin şöbə rəisinin müavini Müşfiq Rəhimov həyata keçirir. O açdığı bu bazarda cüt nömrələri məmur uşaqlarını və ya imkanlı şəxslərə böyük rüşvət müqabilində edir. Təbii ki, hər nömrənin də öz qiyməti var. Bu rəqəmlər isə 5000 manatdan başlayıb, 50 min manata qədər ola bilir..

Verilən məlumatda vurğulanır ki, həbsdə olan general hətta Rəhimovu mətbuatdan qorumaq missiyasını da üzərinə götürübmüş. Belə ki, şöbə rəisinin müavinin adı məhz bu səbəbdən uzun illər mediada ümumiyyətlə çəkilməyib. Onunla bağlı yazı yazan mətbuat orqanları isə müxtəlif yollarla susdurlub.

Bunun qarşılığında Müşfiq Rəhimovun Akif Çovdarova 250 min dollarlıq brilliant gül bağışladığı da bildirilir. Qeyd olunur ki, nadir hədiyyələri o, İsraildən gətirir. Eyni zamanda sahibi olduğu 1 milyon dollarlıq "Xəzər Palace” restoranında da bəzi bəzək əşyalarının da həmin ölkədən gətirdiyi vurğulanır.

Qeyd edək ki, M.Rəhimov qanuni oğru Rövşən Lənkəranskinin qohumudur.


Yanvarın 23-də Bakıda araşdırmaçı jurnalist Cavid Cabbarlının "Gizli həqiqət. Nurçuluq və Səid Nursi gerçəkliyi" kitabının təqdimatı keçirilib. 
Tədbirə ölkənin bir çox tanınmış ziyalıları, ictimai-siyasi xadimlər, jurnalistlər və s. qatılıbdılar.
Təqdimatı giriş sözü ilə şair və jurnalist Şəmşad Ağa açaraq, kitab haqqında iştirakçılara ümumi məlumat verib. 
Çıxış edənlər gərgin zəhmət və uzun müddətli araşdırma nəticəsində ortaya çıxmış əsərin ictimai-siyasi əhəmiyyətini vurğulayaraq, belə bir kitabın Azərbaycan cəmiyyətinə bir töhfə olduğunu qeyd ediblər.
Bir-birindən maraqlı çıxışlarla yadda qalan kitab təqdimatı, polemikalar üçün də sanki bir meydana çevrilib.
Tədbirin diqqət çəkən məqamlarından biri də kitabda tənqid olunan məlum ideya tərəfdarına da fikrini demək üçün vaxt ayırılması olub.
İki saat müddətinə nəzərdə tutulmuş təqdimat mərasimi 3 saatdan da bir qədər artıq çəkib.
Sonda müəllif kitablarını oxucular üçün imzalayıb.
Qeyd edək ki, Cavid Cabbarlının "Gizli həqiqət. Nurçuluq və Səid Nursi gerçəkliyi" kitabında Nurçu hərəkatının yaranması, mahiyyəti, hədəfləri barədə söhbət açılır, hərəkatın banisi Səid Nursi, eyni zamanda "Hizmət" hərəkatının rəhbəri Fətullah Gülən haqqında bəhs edilir. 


ABŞ-dakı yəhudi icmasi Azərbaycanla bağlı toplaşıb.

ANS TV-nin məlumatına görə, Amerika Birləşmiş Ştatları Konqresinin bəzi dairələrində rəsmi Bakıya qarşı təzyiqlərin fonunda Azərbaycanın dostları dəstəklərini nümayiş etdirməyə başlayıblar.

Erməni lobbisinin geniş əhatə olunduğu Kaliforniya ştatının Los-Anceles şəhərindəki yəhudi icması Azərbaycan adına toplaşıb.

Ştatın ən böyük və nüfuzlu yəhudi məbədi olan Sinay sinaqoqunda Azərbaycana dair geniş təqdimat olub.

Ötən ilin noyabrında Bakıda olan bu sinaqoqun 50 nəfərlik nümayəndə heyəti Azərbaycan həqiqətlərin dünyaya çatdırmaq üçün addım atacaqlarını bildiriblər.

Sinay sinaqoqunun rəhbəri, nüfuzlu yəhudi din xadimi ravvin Deyvid Uolpi Azərbaycandakı tolerantlığın dünya üçün nümunə olduğunu söyləyib.

O vurğulayıb ki, bu gün dünyanın bir çox inkişaf etmiş ölkələrindən fərqli olaraq, yəhudilər Azərbaycanda sülh şəraitində yaşayır, yəhudi geyimi ilə Bakı küçələrində sərbəst gəzmək adi hal sayılır.

Amerika yəhudi icmasının əsas üzvülərindən sayılan Ancela Məddahi isə dünyanın müxtəlif ölkələrində İslam cərəyanları arasında qanlı toqquşmaların davam etdiyi zamanda, Azərbaycanda ölkənin əksəriyyətini təşkil edən müsəlmanlar arasında çox güclü qaşılıqlı əlaqələrin mövcud olduğunu söyləyib.

Onlar Los-Ancelesdəki yəhudi soydaşlarına səslənərək, fürsət olan ən yaxın tarixdə Azərbaycana getməyi tövsiyə ediblər.

Baş konsul Nəsimi Ağayev isə Azərbaycan və yəhudi icmaları arasında güclü dostluq əlaqələrinin bundan sonra da davam etməsi üçün çalışacaqlarını vurğulayıb.


Son vaxtlar az qala hər gün hansısa yüksəkçinli məmur və ya övladlarının dəbdəbəli həyat tərzi haqqında mətbuatda yazılar dərc olunur. 
Qaynar.info xəbər verir ki, bir çox hallarda məmur övladları dəyəri milyonları keçən avtomobil kolleksiyalarına sahibdir.
Ölkə başçısının son vaxtlar bu kimi məmurlara və övladlarına yönəlik sərt tənqidlərindən də görünür hələ bir çoxları nəticə çıxarmağa tələsmir.
Avtosfer.az-ın apardığı araşdırmalar zamanı məlum olub ki, belə məmurlardan biri də Fövqəladə Hallar Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinin zabiti Rəşad Əliyevdir. Onun atası isə FHN-nin Yanğın Nəzarəti Xidmətinin rəisi, general-mayor İsrail Əliyevdir. Məlumata görə, İsrail Əliyev əvvəllər MTN-də, Dövlət Gömrük Komitəsində və BMT-nin Azərbaycan nümayandəliyində işləyib.
Onun oğlu Rəşad Əliyev geniş biznes şəbəkəsinə malik olmaqla yanaşı, həm də bahalı avtomobilləri və onların bahalı nömrələri ilə tanınır. Hazırda onun 002 seriyalı «BMW» «Galendegwagen» və «Mercedes» markalı bahalı avtomobil kolleksiyası var. 
Bir müddət əvvəl bir uşağın karuseldən yıxılıb öldüyü və Bakı-Şamaxı yolunda yerləşən «Qobulənd» istirahət-əyləncə mərkəzinin də Rəşad Əliyevə məxsus olduğu bildirilir.


Şöbə müdiri Əjdər Kərimov icra başçısının müavini Gültəkin Sadıqovanın icazəsi olmadan bir addım belə ata bilməz 

Ötən günlərdə Neftçala təhsilində yaşanan biabırçılıqlar barədə yazmışdıq. Bildirmişdik ki, rayondakı orta məktəblərin təmiri üçün ayrılmış yüz minlərlə manatın nəyə xərcləndiyi müəmma olaraq qalıb. Çünki hazırda Neftçaladakı əksər orta məktəblərin kordiorları belə bərbad vəziyyətdədir. Halbuki həmin məktəblər sənəd üzərində təmir olunmuş kimi qeydə alınıb. 

JAM.AZ-ın məsələ ilə bağlı apardığı araşdırma nəticəsində məlum olub ki, rayon təhsilinə rəhbərilik edən Əjdər Kərimov elə də söz sahibi deyil. Daha doğrusu, onun fəaliyyətini kurasiya edən əsas şəxs başqasıdır. Məlumatlara görə, təhsil sahəsində keçirilən tenderlərdən tutmuş, təmir işlərinin, dəftərxana ləvazimatlarının alınmasına qədər proseslərə Neftçalada bir nəfər nəzarət edir. 

İddia olunur ki, Neftçala icra başçısının ictimat-siyasi və humanitar məsələlər üzrə müavini Gültəkin Sadıqova rayon təhsilinin «xaç anası» sayılır. JAM.AZ-a verilən bilgilərdə vurğulanır ki, xanım Sadıqovanın Əjdər Kərimovla birlikdə həyata keçirdiyi işlər isə nəticə etibarı ilə Neftçala təhsilini bərbad vəziyyətə salıb. 

Mənbələr vurğulayırlar ki, direktorların təyin edilməsi, dərs saatlarının bölüşdürülməsi və hətta ən incə məqamlar belə icra başçısının müavini isə məsləhətli şəkildə həyata keçirilir. Neftçala təhsil şöbəsinin müdiri Əjdər Kərimovun uzunmüddətdir vəzifə başında qalmasında da Gültəkin Sadıqovanın mühüm rolunun olduğu deyilir. 

Xatırladaq ki, hələ bir neçə il əvvəl xanım Sadıqovanın adı pulyığma olayına qarışmışdı. Həmin vaxt mətbuat yazırdı ki, rayonda bütün idarə və müəssisələrdən «xərac» toplanılır və prosesə isə icra başçısının müavini rəhbərlik edir. Buna səbəb kimi müavinin pulyığma işində ciddi «təcrübəyə» malik olması göstərilirdi.

Qarşı tərəfi dinləməyə hazırıq.


Cənab nazir, Beyləqan təhsilindən xəbəriniz varmı?!Və ya Tofiq Sadıqovun qurduğu “analoqsuz” rüşvət mexanizmi

Azərbaycanda təhsilin durumu ağırdır. Orta məktəblərin vəziyyəti də göz qabağındadır. Əyalətlərdəki orta məktəblərdə isə vəziyyətin kritik həddə olmasını danmaq belə mümkün deyil. Amma durum ortadaykən, yenə də mövcud problemləri aradan qaldırmaq yerinə, ülgücü naşı adamların əlinə verməkdə davam edirlər. 

Beyləqanın Tofiqi
 
Tofiq Sadıqov Beyləqan Təhsil Şöbəsinin uzun illərdən bəri müdiri vəzifəsində çalışır. Ali təhisli 11 ilə başa vuran şöbə müdirinin bilik və bacarığı onun idarəçiliyində, gördüyü işlərdən də özünü «göstərir». Çünki Beyləqan rayonunda təhsil yerinə, bazarın olduğunu düşünməkdən başqa çarə qalmayıb.
 
Azad.Media-ya müraciət edən rayon müəllimlərindən biri yazır ki, Tofiq Sadıqovun Beyləqanda əhali arasında maraqlı bir ayaması var. «Şorgöz müəllim» deyə tanınan şöbə müdirinin bu adı qalanmasının da səbəbləri konkretdir.
 
Tofiq Sadıqova «şorgöz müəllim» adının verilməsinin səbəbini yazan müəllim qeyd edir ki, hadisə Bilgəhdəki sanatoriyalardan birinda vaqe edib. «Təsəvvür edin ki, dəniz kənarındasınız, sanatoriyalardan birində istirahət edirsiniz. İlin, günün qış vaxtında dəniz kənarında istirahət etmək bir başqa aləmdir. Sərin hava, dənizin sakitləşdirici səsi, arabir güclənib-səngiyən külək... Ancaq istirahətinə rəng qatmaq üçün ocaq qalamaq, qaladığın ocağın istisinə isinmək istəyi də keçir könlündən. Bu istəyini də həyata keçirib, ocağı qalayırsan... Ocağın istisi rahatlıq və rahatlıqdan doğan dərin əyləncə istəyi yaradır. İstəyini həyata keçirmək üçün dostlarını, rəfiqə kimi çıxış edən “xanımları” yığırsan başına. Dostlar, “xanımlar” əhatəsində özünü unudub səs-küy salırsan. Amma yadından çıxır ki, yerin də qulağı var. Həm də, dəniz kənarında yerləşən Bakımızda həmişə külək var. Səs isə küləklə yayıla bilir. Düzdür, Tofiq müəllim uzun illərin savadlı, təcrübəli müəllimidir, fizikadan xəbəri var. Yaratdığı səs-küy də ele həmin küləklə gəlib Beyləqana qədər çatıb, camaat da çox hörmətli Tofiq müəllimə öz arasında belə bir ad qoyub».
 
«Qoca at arpa yemir?»
 
Tofiq Sadıqov hər nə qədər istiqanlı biri kimi tanınsa da, qaladığı «ocaq»ların tüstüsünə kor olanlar da az olmayıb. Elə bu səbəbdəndir ki, onun qaladığı ocağın ətrafına Beyləqan İcra Hakimiyyətindən də yığılanlar az olmur. Bir çox hallarda bunu elə Tofiq müəllimin özü təşkil edir. Azad.Media-ya yazan müəllim qeyd edir: Onu tanıyanlar hörmətli müəllimin artıq 63 yaşı haqladığıni bilirlər. Bu yaşda əyləncələrdən qalmadığından söz düşəndə isə, - Nədir, qoca at arpa yemir? - deyə sual verirlər. Yeyir, kim deyir ki yemir? Yeyir, amma ehtiyyatla. Nahaq deməyiblər ki ehtiyyat igidin yaraşığıdır. Adama deyərlər ki, ay Tofiq müəllim, “Bilgəh”də yaratdığın səs-küyün əks-sədası elə güclü oldu ki, orda daha qəbul etmədilər səni. İndi də “Qaranquş”a gedib çıxdın, orda da eyni mənzərə. Daha bunun harası ehtiyyat oldu?»
 
Beyləqanlı müəllim daha sonra qeyd edir: «Bilgəhdə yaratdığın səs-küyün müzakirəsi həmkarlar təşkilatlarının rəhbərlərinin əsas mövzusu olmuşdu. Yenidən müzakirə edəsi olsalar, bu sanatoriyalara göndəriş verməyəcəklər axı. Onda ocağı harada qalayacaqsan, ay müəllim? Bax, bizim Tofiq müəllim belə müəllimdir. Gərgin işin stresini elə çıxarır ki, səsi aləmə yayılır. Bu cür “uğurları” Beyləqan İcra Hakimiyyəti adına “müsbət” xallar yazır. Xəbər tutan deyir ki, bax, kişi adamdır, neyləsə də, icra başçısı onunla bacarmır. Bu yaşında qaladığın ocaqların tüstüsü nəinki Beyləqanı, bütün aləmi bürüyüb. Bəzən tüstünün qoxusu adama xoş gəlir. Payız yarpaqlarını toplayıb yandıranda çıxan tüstü kimi. Amma nə qədər xoş qoxulu olsa da, tüstü göz yaşardır. İgidliyi yox, ehtiyyatsızlığı yerə qoysanız, bəlkə də Beyləqanda el arasında qazandığınız ad üstünüzdən götürülər».
 
Beyləqanda Tofiqin attestasiyası
 
Mənbə yazır ki, uzun illərin iş təcrübəsinə malik olan hörmətli Təhsil Şöbə müdiri, həm də şəxsi attestasiya proqramı ilə tanınır Beyləqanda. Onun sözlərinə görə, Sadıqovun işinə, gənc müəllimlərə həssas yanaşması sayəsində arzu edən və arzu olunanları təqdim edə bilən hər bir şəxs rayonda müəllim kimi çalışa bilər. «Yəni, Beyləqan sakini olan, pedaqoji təhsil almış istənilən kimsə Tofiq müəllimə müraciət etməklə işsizliyə son qoya bilər. Bunun üçün diplomun olması kifayətdir. Diplomun Azərbaycan Respublikasında tanınıb-tanınmaması əsas deyil. Təhsil Şöbəsinin müdirinin bu diplomu tanıması kifayətdir. Diplomun tanınma proseduru, həmçinin Sadıqovsayağı “attestasiya” qaydaları fərdi söhbət zamanı tam olaraq detalları ilə izah olunur. Nəzərinizə çatdıraq ki, artıq 30 nəfərdən çox təhsil işçisi müsabiqədən keçə bilmədiyi halda Tofiq Sadıqovun “attestasiyasından” keçə bilib. Təcrübə öz bəhrəsini verir».
 
Beyləqanlı müəllim yazır ki, son vaxtlar müəllimlərin işə götürülməsində mərkəzləşdirilmiş qəbul prinsipinin tətbiqi mahiyyətcə yerlərdə müəyyən xoşagəlməz halların aradan qaldırılmasına yönəlmiş addımdır. «İşə qəbulun attestasiya ilə həyata keçirilməsi şərəfli müəllim adını daşımağa layiq olanların təhsil ocaqlarında müəllim olaraq işə başlamalarını, eyni zamanda həqiqətən bu adı daşımağa tam hazır olduqlarını təsdiq etmək üçün bir meydandır. Digər tərəfdən, attestasiyadan keçsə də, təyinat yerində işləməyə razı olmayan gənc pedaqoqlarımız da olur. Onların təyinat yeri üzrə işləməkdən imtina etdikləri zaman hər hansı bir rayon, yaxud kənd məktəbində vakant elan olunmuş müəllim ştatı doldurulmamış qalır. Yəni, növbəti attestasiyaya qədər vakansiya açıqdır. Bu zaman Beyləqanda Sadıqovun “attestasiya” fəaliyyətinə start verilir. Təhsil Şöbəsinə çox yaxın mənbədən əldə olunan məlumatlara görə, bu zaman Tofiq Sadıqov 1000-1500 AZN (məktəb və kəndə görə qiymət dəyişə bilir) qarşılığında vakant yerlər üzrə 1 illik müqavilə bağlamaqla müəllimlərin işə götürülməsini həyata keçirir. Müqavilənin 1 il müddətinə bağlanması isə mövcud vakansiyanın növbəti attestasiya zamanı açıq elan olunmasına imkan yaradır. Bununla da həm vakansiyanın mövcud elan olunması təmin olunur, müqavilə müddətində hər hansı bir işsiz pedaqoq işlə təmin edilir və nəhayət, uzun illər təhsil sahəsində əməyi olan Tofiq müəllim öz xərclərini qarşılamaq üçün gəlir əldə edir».
 
Mənbə bildirir ki, bu gəlirin əldə olunması təkcə vakant yerlərə qeyd olunan qaydada müəllimlərin işə götürülməsinə bağlı deyil. Onun sözlərinə görə, məktəblərdə gənc pedaqoqlarla yanaşı, artıq təqaüd yaşını haqlamış müəllimlər də az deyil. «Əmək Qanunvericiliyinə əsasən, 63-65 yaşına çatmış hər bir kəs artıq təqaüdə getməlidir. Təhsildə göstərdiyi müəyyən xidmətləri və ya fəxri adları olmayan hər hansı pedaqoqun bu yaşda təqaüdə çıxması normal haldır. Ən azından, təqaüdə çıxmış müəllimin əvəzinə gənc bir pedaqoq işlə təmin olunur, ali təhsil aldığı illərdə çəkdiyi əziyyətlərin hədər getmədiyinin şahidi olur. Gəlin baxaq - həmişə belə olurmu? Sirr deyil ki, verilən suala hamı birmənalı şəkildə müsbət cavab verə bilməyəcək. Bu hal tək Beyləqanda deyil, demək olar ki, Respublikamızın bütün bolgələrində müşahidə edilir. Beyləqanda bu halın mövcudluğunun təminatçısı yenə də Tofiq Sadıqovdur. Belə ki, onun rəhbərlik etdiyi Təhsil Şöbəsinin tabeçiliyində olan məktəblərdə təqaüd yaşına çatmış, hətta bu yaş həddini keçmiş müəllimlərin sayı kifayət qədərdir. Bu yaş qrupuna daxil olan pedaqoqlar sadəcə 500 AZN ödəməklə rəhbərliyin gözündə görünməz olurlar. İnsafını kənara qoymadan danışsa, hörmətli Tofiq müəllim də bu deyilənləri təsdiqləyər».
 
Cənab nazir, Beyləqan təhsilindən xəbəriniz varmı?!
 
"Beyləqan Demokratik Respublikası" və ya…
 
İşin bir xeyli maraqlı tərəfləri də varmış. Azad.Mediaya yazan müəllim vurğulayır ki, Beyləqanda rast gəlinən hallardan biri də Təhsil Nazirliyi tərəfindən tanınmayan diplomlarla müəllimlərin orta məktəblərdə çalışmasıdır. «Rəsmi olaraq tanınmayan diplom Respublikanın bolgəsində tanınaraq qəbul edilirsə, bu halda Beyləqanın müstəqil dövlət olduğu fikri yaranmaq istəsə də, bu fikri uzaqlaşdırırıq özümüzdən. Çünki Beyləqanın Azərbaycan Respublikası daxilində bir ərazi vahidi olduğunu bilirik. Belə olan halda qeyd olunanlar necə meydana çıxır? Bu sualı yalnız hörmətli Tofiq müəllim Sadıqov tam olaraq cavablandıra bilər. Sadalanan halların meydana çıxmasının əsl səbələrini dəqiq bilməsək də, bir ehtimalımız var. Bu ehtimal da Beyləqan RTŞ müdirinin uzun müddət ali təhsil almasıdır. Məlumdur ki, SSRİ-də ali pedaqoji təhsil müddəti 5 il idi. Tofiq müəllimin ali təhsil haqqında diplomunda isə bu müddət 11 ildir - 1968-1979-cu illər. Görünür, hörmətli müəllim 5 ildə pedaqoqikanı, qalan müddətdə isə qeyd olunan halların texnologiyasını öyrənib. Yaxud da, özünü müəllimlərə o qədər sevdirib ki, onu gözlərindən uzağa qoymaq istəməyiblər. Hər halda yenə də bu məsələdə ən dəqiq cavabı onun özündən almaq olar».
 
Şagirdlər harada istirahət edə bilərlər?
 
Söhbət yenə də Beyləqan RTŞ müdiri Tofiq Sadıqovdan gedir. Azad.Media-ya yazan müəllim vurğulayır ki, rayonda təhsilin inkişafı üçün bütün mümkün addımları atan Tofiq müəllim, hətta şagirdlərin asudə vaxtının “səmərəli” keçməsi üçün kafe-restoran da inşa etdirib. «Müasir məktəblilərin zövqünün də müasir olduğu dəqiq bilən pedaqoq bu addımında əsasən məktəb bufetində əldə edilə bilən qida, içki vasitələri ilə kifayətlənməyən şagirdləri düşünüb. Təqdirəlayiq haldır. İnşa edilən kafe-restoranda qonaqların tam rahat və sərbəst istirahət etmələri üçün bütün zəruri olan hər bir şərait mövcuddur - kabinet, divan, kreslo... Şagirdlər asudə vaxtlarını burada keçirə, məktəbdə öyrəndiklərini bölüşə, sual-cavab edə bilərlər. Ən “təqdirəlayiq” hal isə odur ki, bəhs edilən kafe-restoran 6 saylı orta məktəbin ərazisində inşa edilib».
 
Mikayıl Cabbarova müraciət
 
Sayta yazan Beyləqanlı müəllim təhsil naziri Mikayıl Cabbarova da müraciət ünvanlayıb. O müraciətində qeyd edir ki, bir nazir olaraq Beyləqan rayonunun təhsil şöbəsində baş verənləri araşdırarsa, o zaman daha dəhşətli halların üzə çıxmasına şahid ola biləcək. Onun sözlərinə görə, Mikayıl Cabbarovun Beyləqan təhsilini etibar etdiyi Tofiq Sadıqovun əsas işi pul qazanmaq olsa da, «şlogöz müəllim» kimi ad çıxarmasının da mənfi tərəfləri var. Və nazir bu məsələ ilə maraqlanıb tədbir görməlidir. Əks təqdirdə, rayonda insanlarla şöbə müdiri arasında yaranacaq qalmaqalın məsuliyyəti elə nazirin üzərində qalacaq.
 
Mənbə vurğulayır ki, hal hazırda Beyləqan təhsili tənəzzül dövrünü yaşayır. «Tofiq Sadıqovun başı pul qazanmaqla yanaşı, eyş-işrətə də qarışıb. Rayonda bibarıçı durum yaşanır və bu aradan qaldırılmasa, yekunda söz yenə də Təhsil Nazirliyinə deyiləcək. Ona görə ki, nazirlik prosesə nəzarət etməyə borcludur. Əks təqdirdə, edə Tofiq Sadıqovun dedikləri təsdiqini tapacaq. O deyir ki, nazirliyin rəhbərlərinə aylıq haqq verir. İndi nazir Mikayıl Cabbarov təsdiqləsin görək, həqiqətən belədir, yoxsa, Sadıqov belə deyir?»
 
Qarşı tərəfi də dinləməyə hazırıq.

Məhərrəm Məmmədov: “Mənasız layihələrə çəkilən xərclər təhsilimizə qoyulsaydı ən azı gələcəyimizin təminatı olardı”

“Büdcə hesabına Azərbaycanın dünyada tanıdılması qeyri-ciddi addımdır. Heç kimə lazım olmayan Avropa oyunları, elitar F1 yarışması bizim üçün lazım deyil. İştirakçılarının Azərbaycan büdcəsi hesabına maliyələşməsi,ölkəmizi daha da gülünc hala saldı”. Bu sözləri  ictimai-siyasi fəal, kiçik sahibkar Məhərrəm Məmmədov Xeber.İnfo-a deyib. M.Məmmədov büdcəsinin talandığını qeyd edir: “Milyard dollarlar hesabına salınan keyfiyyətsiz infrastukturun ömrü bir sezonluq olur. Bunun hesabını vermək lazım olacaq. Mənasız layihələrə çəkilən xərclər təhsilimizə qoyulsaydı ən azı gələcəyimizin təminatı olardı. Azərbaycanda sosial vəziyyət getdikcə çətinləşir. Son devalivasiyadan sonra varlılar dahada varlandı, əhalinin az təminatlı təbəqəsi isə demək olar ki çöküşdədir. Gec-tez əhali boğaza yığılacaq. Onsuzda cəmiyyət bu kritik vəziyyətdən çıxış yolunun pis halda intiharda görür, ən yaxşı halda isə ailələr dağılır və ya tərk edilir. Bucür davam edə bilməz. Sosial təbəqələşmənin önü bir an öncə alınmalı ,orta sahibkarlığa dəstək proqramları işlənib hazırlanmalıdır. Orta sahibkarlığı olmayan ölkələrin iqtisadiyyatı məhvə məhkumdur. Buna bariz nümunə Rusiya və Venesuella kimi neft hesabına formalaşaraq varlanan və ilk krizisdə ölkələrin ağır iqtisadi tənəzzülə üzləşməsini göstərə bilərik. Azərbaycan kimi kiçik amma strateji baxımdan çox əlverişli coğrafiyada yerləşən ikinci dövlətlər demək olar ki, yoxdur. Bizim yeganə mövcudluğumuzu bəyan etmək yolumuz orta sahibkarlığı ən üst səviyyədə dəstəkləmək olardı. Belə ki, vətəndaşlarımızın hüquq və azadlıqlarının , əmlak toxunulmamazlığının təmin edilməsi ölkəmizə olan etibari yüksəldər və xaricdə yaşayan soydaşlarımızın vətənə investisiya axınını sürətləndərər. Bu baxımdan mövcuq iqtidar islahatlardan qorxmamalı, monopoliyanı dövlət səviyyəsində dəstəkləməməli, şəffaf iqtisadi dirçəkiş proqramı işləyib hazırlamalıdır. Əgər bacarmırsa yerini bacaranlara təhvil verməlidir”.

Müsahibimiz ölkənin vəziyyətdən çıxış yolu tapması üçün Avropanın təcrübəsindən yararlanmağı tövsiyyə edir: “Avropa təcrübəsindən faydalana bilərik. Qanunun aliliyi, məhkəmələrin sərbəstliyi, söz azadləğı, insanların sərbəst toplaşma azadlığı və sair. Düşünürəm ki, kommunist təfəkkürlü insanlarla Avropa təcrübəsindən yararlanmaq çox çətindir. Bütün sahələrdə işlər ağ vərəqdən başlanmalı, gənclər bu işlərə sövq olunmalıdır. Avropaya inteqrasiya bizləri Rus hökmüranlığından qisməndə olsa azad edəcək. Bunlar bir-iki ilin işi deyil. Bunların gerçəkləşdirilməsi üçün illər lazım olacaq,amma gələcək nəsillər bunlardan faydalana biləcəklər.


Günün videosu