Qlobal istiləşmə 2100-cü ildə 100 min nəfərin ölümünə səbəb ola bilər.

Aparılan tədqiqatlara görə, 1981-2010-cu illərdə Avropada hər il orta hesabla 3 min nəfər istidən dünyasını dəyişib. Kəskin istilərin 20-25 ildə bir dəfə müşahidə edilməsi normal hesab edilir, lakin son illərdə belə havalar tez-tez yaşanır və 2100-cü ilə qədər rəqəm təhlükəli ola bilər. Təkcə 2003-cü ildə İtaliya, Fransa, İspaniya, Almaniya, Portuqaliya, Belçika kimi Avropa ölkələrində isti səbəbilə dünyasını dəyişənlərin sayı 70 min nəfər olub. Asiyada da vəziyyət təhlükəli hesab edilir. 2015-ci ildə Hindistanda 2 min insan ölüb. 

18 ölkədən 116 alimin iştirakı ilə hazırlanmış "Fövqəladə hadisələrin iqlim çərçivəsindən izahı 2016" adlı hesabatda kəskin istilərin səbəbi kimi qlobal istiləşmə, iqlim dəyişikliyi göstərilir və həyəcan təbili çalınır.

İsmayıllıda Qaraməryəm-İsmayıllı yolunun 46-cı kilometrliyindən ayrılan Sumahallı-Qalacıq kəndinin giriş avtomobil yolunun 7-ci kilometrliyində Qalacıq çayı üzərində olan körpü uçub.

Xeber.Info ARB TV-yə istinadən xəbər verir ki, rayonun Qalacıq kəndində yağan yağışlar nəticəsində avtomobil körpüsünün uçması kəndin rayonla əlaqəsini kəsib.

1970-ci illərdə fiziki şəxslər tərəfindən tikilən körpünün özəl dayaqları son günlərdə yağan güclü yağışlar və sel səbəbindən yuyulub. Nəticədə körpü qəzalı vəziyyətə düşüb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən verilən tapşırığa əsasən əraziyə ağır texnikalar və canlı qüvə cəlb olunub. Gediş-gəlişi təmin etmək üçün alternativ yol açılıb. Hadisə yerinə baxış keçirən mütəxəssislərin rəyindən sonra körpünün yenidən qurulması və ya bərpası ehtimal edilir.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu jurnalistlərə ölkənin ədliyyə naziri Teya Tsulukiani bildirib.

Nazir deyib ki, bu gün hökumətdə struktur dəyişiklikləri ilə bağlı məsləhətləşmələr aparılıb. Müzakirələr başa çatdıqdan sonra baş nazir Mamuka Baxtadze yeni struktur dəyişiklikləri və ləğv olunacaq nazirliklər barədə siyahını təqribən 20 gün sonra parlamentə təqdim edəcək.

Bundan sonra parlament yenidən hökumətə etimad göstərməlidir.

Məlumat üçün qeyd edək ki, iyunun 20-də parlament Mamuka Baxtadzeni baş nazir postuna təsdiq edib. Eyni zamanda, parlamentdə hökumətin yeni strukturunu və inkişaf proqramını təsdiq edilib. Parlamentdə yeni hökumətin lehinə 99, əleyhinə isə 6 deputat səs verib.

Yeni baş nazir hökumət başçısı kimi çıxışı zamanı hökumətin tərkibində dəyişikliklər olunacağını və bunun 6 nazirliyi əhatə edəcəyini bildirib. 

Tanınmış jurnalis Aynur Elgünəş Baş Prokurora müraciət edib. Facebook səhifəsində yaydığı müraciətdə jürnasit, ölkədən çıxışına qoyulan qadağanın qaldırılmasını tələb edir.

Xeber.İnfo müraciəti olduğu kimi təqdim edir:

Baş Prokuror Zakir Qaralova müraciətim!
Cənab Baş prokuror
Yəqin bilirsiniz, içi mən qarışıq xeyli adamın ölkədən çıxışı əngəllənib. Düz 2 il 6 aydır Azərbaycandan çıxa bilmirəm. Növbəti dəfə, özü də ictimai şəkildə müraciət edərək çıxışıma qoyulan qadağanın götürülməsini istəyirəm.
Yox, bu dəfə səhhətimlə bağlı getmək niyyətində deyiləm. Kefə getmək istəyirəm, əylənməyə, gəzməyə, bu xarabaya çevirdiyiniz ölkədən 3-5 gün də olsa uzaqda olmağa. Yazmışdım də xəstəyəm, imkan verdiz ki? Əksinə məsləhət gördünüz ki, səhiyyə nazirinin belə bəyənib müalicə olunmadığı ölkədə mən yenidən bıçaq altına uzanım. Özümü təcrübə dovşanı kimi görmədiyimdən bunu etmədim. Eybi yox, sizin hakimiyyətin yanında xəstəliklər nədir ki, ondan gileylənim? Sadəcə bu dəfə istirahətə getmək istəyirəm. Narahat olmayın, çox qalmaq fikrim yoxdu. Heç pensiyam da çatmaz. 100 dəfə demişəm, bu da 101-ci olsun, dini dövlətə çevrilmək qorxusu olmayınca, bu ölkədən getməyəcəm.
Yox, əgər mənim və ya dostlarımın ölkədən çıxışı sizin üçün belə təhlükəlidirsə, o zaman bu uydurma “cinayət işi”ni yekunlaşdırın. Onsuz da məsələni uzatmaqla Meydan TV qapanmayacaq. Əksinə, siz sıxdıqca, tənqidi səslər çoxalır. Hər gün internet məkanında yeni resurslar, platformalar yaranır. Bunun qarşısını yolumuzu bağlamaqla ala bilməyəcəyinizi yaxşı bilirsiz axı. Onu da bilirsiniz ki, bütün bunların səbəbi biz deyilik, sizin də təmsil olunduğunuz hakimiyyətin yarıtmazlığıdır.
Cənab Baş prokuror. Bilirəm, elə vaxtınız nə gəzir uzun-uzadı müraciət oxuyasınız. Qısacası, yaydı, sizin əlinizdən dincəlmək bizim də haqqımızdı. İmkan verin, gedək dincələk.

Çərşənbə, 20 İyun 2018 00:00

Ruhuna ehtiramla...

Yazan

Elm-ürfan sahibinin hakimiyyəti altında yaşamaq hər millətə yazılan xoşbəxtlik deyil. Xoş halımıza ki, biz həmin seçilmişlərdənik. Şah İsmayıl Xətainin hakimiyyətindən təxminən 500 il sonra onun şəxsində Azərbaycan türkünün taleyi yenidən bir arifin idarəsinə keçdi. Haldan anlayanlara, “hu” deyib, Haqqı arayanlara salam olsun...

Tanımayanlar üçün deyirəm – fəhmi ağlından iti bir insan gətirin gözünüzün qarşısına. Hər nəsnənin formasına baxdığında məzmununu anlayan birisini. İnsanı yanlışlara çəkən nəfsdən arınmış, əşyanın bağlanmaq üçün deyil, bir olayı idrak etmək üçün vasitə olduğunu dərk edən bir mərifət sahibini. Həyatını həqiqət axtarışına sərf edib bulduğunu paylaşmağa xəsislik etməyən, millətini bətnindən çıxan ariflərin məqamına layiq ucalığa yüksəltməyə çalışan bir yol adamını. Bu yolda qarşısına çıxan əngəlləri iradəsi, elmi, Haqqdan aldığı güclə yenməyi başaran gərgin, uzunvədəli mücadilələr qəhrəmanını düşünün.

Sevgi dolu, xislətindən asılı olmayaraq yaradılışa eşq gözü ilə baxan bir aşiqdən danışıram sizə - Əbülfəz Elçibəydən.

Bu yazı yazılan dəqiqələrdə onun hakimiyyətdən könüllü əl götürməsindən düz 25 il keçir... 1993-cü ilin 17 iyununda prezident Elçibəyin atdığı addım ölkədə şok effekti yaratmışdı. Bəy Bakını tərk edib öz dağına çəkilməklə ikinci cümhuriyyəti quran bağımsızlıq mücahidlərinə dağ çəkmişdi...

O gündən keçən bir qərinə olayın mübhəmliyindən heç nə ala bilməyib. Çevrəsini, rəqiblərini, dünyanı çaş-baş qoyan “Kələki gedişi” haqqında bugünə qədər çox danışılsa da heç nə deyilməyib. Heç kim deyə bilməyib... Çünki, kombinasiya o qədər çoxgedişli idi ki, hansı ehtimalın digərini üstələdiyini bugündən baxanda belə müəyyən etmək son dərəcə çətindir.

70 il sovet imperiyasının qandallarında yaşayan bir toplumu Elçibəyə tərəf çəkən sözsüz, onun azadlığa sərhədsiz eşqi idi. Azərbaycanı işğalda saxlayan rus imperiyasının o eşqi söndürmək üçün etdiyi bütün cəhdlər boşa çıxmışdı – böyükelçilikdə, auditoriyada, həbsxanada, elm ocaqlarında o, hər şeydən öncə azad bir ruh idi. Məkan və zaman onun bütövlüyünü zədələmək iqtidarında deyildi. Elçibəyin cazibəsi də bundaydı. Həbslər, basqılar neçə aydını susmağa məcbur etsə də Elçibəy haqq bildiyindən əl götürməmiş, yolundan dönməmişdi. Əksinə, olduğu yerlərdə azadlıq toxumları səpərək cücərmələrini sağlamışdı. Sonucda imperiyanın buxovlarını qırmaqda müstəsna xidmətləri olan Azərbaycanın bağımsızlıq hərəkatına öndərlik etmək, azad seçki ilə müstəqilliyini bərpa edən cümhuriyyətin başına gəlmək yazılmışdı taleyinə.

O azad ruh 12 aylıq iqtidarı dönəmində millətin ruhunu elə bir mərtəbəyə qaldırmışdı ki, düşünəndə indi də xiffətdən insanın bağrı parçalanır... Sovet imperiyasının 70 illik qatı tozunu millətin üzərindən çırpıb ona kimliyini başa salan milli lider Elçibəy idi. Ermənistanın daim güclənən hərbi təcavüzü, Azərbaycan dövlətinin bağımsızlığını həzm edə bilməyən güclərin heç bitməyən təxribatları fonunda xalqın gücünü səfərbər edib demokratik prinsiplərdən kənara çıxmadan güclü dövlət qurmağa çalışan siyasi lideri Əbülfəz Elçibəy idi. Onun hakimiyyəti dönəmində vətəndaşa tanınan haqları “başıpozuqluq”, “özbaşınalıq” yaratmaq kimi yaraşmayan sözlərlə gözdən salanların çoxu indi o zamankı azad medianı, azad siyasi mübarizəni, azad iqtisadi düzəni əldə çıraq gəzir.

Çağdaşı olub onun kimliyini anlamayanların halına acımamaq mümkün deyil. Kimliyini dərk edib yanında durmaq yerinə arxasından vurmağı seçənlərin də...

Paradoks həm də ondadır ki, bu gün Elçibəyin yolunu, amalını, şəxsiyyətini uca tutanlar onun Kələki gedişi ilə taleyin ümidinə qalanlar, ölkəni qurmaq üçün yetərincə potensialları varkən hər yerdən dışlananlardır. Bu insanların yarısı vətəndə qərib, yarısı qəriblikdə vətəndi. Elçibəyi kiçiltməyə çalışanlar isə onun hakimiyyətdən əl götürməsi ilə haqq etmədikləri mərtəbələrə dırmaşmaq şansı əldə edənlər, millətin varını-yoxunu talamaq fürsəti qazananlardır.

Onu iqtidardan endirən 4 iyun qiyamının səbəbləri saymaqla bitməz. Aydın olan odur ki, Elçibəy millətin hələlik bu azadlıq ovqatına 1 ildən çox davam gətirməyəcəyini, yolun bundan artığını qət etməyə gücü çatmadığını dərk edərək sonda öz xəlvətinə çəkildi.

Bu millət üçün həyatını fəda etsə də sıradan təşəkkür formasında belə qarşılıq bəkləməyən böyük dövlət adamıdır Əbülfəz Elçibəy. Yalnız bu sifətə sahib liderlər millətin könlündə taxt qura bilir. Digərləri tarixə və yaddaşlara ölkəyə konkret dönəmlərdə başçılıq edən siyasi liderlər kimi düşürlər. Belələrinin adları çəkiləndə gözlərdə işıq, dillərdə həyəcan görünməz. O Elçibəydir əxlaqı və mərifəti yerində olan hər kəs dünya durduqca onu rəhmətə, vəfa ilə anacaq.

O elə bir dəha idi ki, dünyaya bir neçə əsrdir ağalıq edən gücləri Azərbaycanın onların enerji təhlükəsizliyi üçün vacib ölkə olduğuna inandıra bilmişdi. İndi həmin müqavilənin hesabına Elçibəyin canından çox istədiyi Azərbaycan dövlətinin bəkçisi dünyaya ağalıq edən o gücdür. Bir ağanı bəkçiyə çevirməyə iradəsi yetən ikinci bir lider göstərin mənə. Yoxdur... Yerdə qalanların çoxunun siyasi karyerası hansısa ağaya nökərlik etməkdən ibarət olub.

Bu gün postsovet məkanında gedən demokratik proseslərə həsədlə baxan Azərbaycan insanını anlamaq o qədər çətindir ki... “Baltikyanı ölkələr Avropa Birliyi üzvüdür, gürcülər, ukraynalılar, indi də ermənilər demokratik düzən qurdu, biz qaldıq” deyənlər Azərbaycanın bu yoldan Elçibəyin liderliyi ilə 26 il öncə keçdiyini niyə anlamaq istəmirlər? Unutdunuzmu – bu ölkədə sıradan vətəndaş kimi yaşayan bir prezident, onun iradəsi ilə qurulan demokratik düzən – azad söz, azad məhkəmə, azad toplaşmaq haqqı, azad..., azad..., azad... bir toplum vardı. Azadığını ona qazandıranların üzünə ağ olacaq qədər azad...

İqtidarı dönəmində çevrəsindəki insanların neçəsini Elçibəyə ölkədəki azadlıq dozunun artıqlığından şikayət edən görmüşəm. “Bunların qarşısını almaq lazımdır, Bəy” deyənləri elə ustaca susdurardı... Onları inandırardı ki, toplum fərdlərə azadlıq verilməklə, dartışma, çəkişmə mühiti yaradılmaqla öz yolunu bula, gəlişə bilər. Despotizmin yarada biləcəyi yalnız ətalətdir ki, o milləti yalnız geriyə, məhvə aparar. Şərhə ehtiyac varmı?...

Onu – prezidenti, dövlət başçısını müzakirəyə çıxarırdılar, tənqidlər ölçüdən çıxırdı, tərəfdarları çılğınlığın kulminasiyasını yaşayanda Elçibəy “belə olmalıdır, bəylər, demokratiyadır” deyib qarşı duran hər iki tərəfin havasını alırdı.

İllər sonra Parisdə “Çarli Hebdo” dərgisində Fransa prezidenti Ollandla, Almaniya kansleri Merkelin karikaturalarını görəndə Elçibəyin demokratiya anlayışında xalqı azı 20 il qabaqladığını dərk etdim. Onunla ayaqlaşmaq çətin idi.

Elçibəyi çox dinləmək şansım olub. Yüksək kürsüdən dövlət başçısı kimi, siyasi partiya lideri kimi, demokratik düşərgənin yönəticisi kimi, müsahib kimi... Mövzuları onun qədər dərin, detallı anladan bir də Ziya Bünyadovu görmüşəm. Elçibəyə sual verəndə yalnız cavab vermirdi, o sualın yaranma səbəblərini də izah edirdi.

Bir də qonu sevdiyi mövzular olaydı... Məsələn, Azərbaycan Xalq Cümhuriyyəti, Məhəmməd Əmin Bəy, Əli Bəy Hüseynzadə, Turan, Həzrəti Məhəmməd... Hansı kəlməni tapım ki, o şövqü ifadə edə bilim... O çıxış edəndə zəkasına vurulmamaq mümkün deyildi. Bir beyin bu qədər informasiyanı necə daşıya bilər?

Heç unutmaram, söz sözü çəkdi, məclislərdən birində Əbülfəz bəy Çin tarixindən danışmağa başladı. Qədim və ortaçaq Çin siyasi səhnəsindən, fəlsəfi cərəyanlardan, o cərəyanların dünyaya səpələnib hansı dövlətlərdə rəsmi ideolojiyə çevrilməsindən... Dinləyə-dinləyə düşündüm ki, bu cərəyanların mahiyyəti bir yana, bir-biri ilə ittifaq quran, sonra siyasi mübarizə meydanlarında rəqibə çevrilən saysız-hesabsız Çin qəbilələrinin dilə-dodağa yatmayan adlarını yadda saxlamaq üçün necə bir dərin zəka sahibi olmalıdır insan. O, heç zaman Azərbaycanın millə sərvətlərinin miqdarını, neftin barelini saymağa zaman ayırmadı. Elçibəyin məqsədi hər ölkənin ən dəyərli kapitalı olan beyinləri oyatmaq idi.

Bir dönəm Rəsulzadənin adı mediada “Məmməd” kimi yazılmağa başlamışdı. Bəy yaman əsəbiydi: “Ancaq savadsızlar düşünər ki, XIX-cu əsrin sonlarında Bakıda, ruhani ailəsində dünyaya gələn bir oğlana Məmməd adı verilə bilər. “Məmməd” “Məhəmməd”in sovet dönəmində təhrif olunan formasıdır. Sonradan onu Kreml qulları “Mamed” şəklinə də saldılar. Xüsusən rusca Məhəmməd Əmin bəyin adı təhriflə gedir. Bunun qarşısı alınmalıdır”. Bəyi hər zaman belə əsəbi görmək olmazdı... Rəsulzadə onun üçün dəyər idi. O dəyərə toxunanda Elçibəy yaralanırdı.

Oxşar tale yaşadıqlarını da söyləmək olar. Məhəmməd Əmin Bəy Azərbaycan türkü üçün yoxdan bir dövlət qurmuşdu... Ev yox, qəsr yox, institut yox – DÖVLƏT. Sovet işğalından sonra süqut edən o dövləti yenidən dirçəltmək, milləti yenidən üçrəngli bayrağın altıda səfərbər etmək, dünyaya demokratik bir dövlətin yenidən siyasi səhnəyə gəldiyini bəyan eləmək Elçibəyin qismətinə yazılmışdı. İqtidarları dönəmində ölkədə yaratdıqları milli düşüncəyə dayalı ovqat da bənzər idi, hədəfləri də, hətta hakimiyyətdən gedəndən sonra özlərindən sonrakıların haqlarında səsləndirdikləri iddialar da. Əslində Məhəmməd Əmin Rəsulzadə ilə Əbülfəz Elçibəy Azərbaycan dövlətinin iki sarsılmaz sütunlarıdırlar. Bu iki dahinin dövlət üçün müəyyən etdiyi yoldan sapmalar olan kimi dövlətin təməli laxlayır və idarəetmə yenidən onların müəyyən etdiyi yönə dönmək məcburiyyətində qalır. Qurbanları özümüz olsaq da iç siyasətdəki gərginlikləri boş verin. Dövlətin genəl strategiyası – Rəsulzadə ilə Elçibəyin çəkdiyi Avropaya inteqrasiya yoludur.

80 yaşına günlər qala Elçibəyi belə andım. Sağ olsaydı, görüşüb deyərdəm – ürəyimizdə yandırdığınız azadlıq alovu sönməsin, Bəy. Doğum gününüz qutlu olsun! Nə yaxşı ki, Tanrı taleyimizə sizin ardınızca gedib ölkəmiz, millətimiz üçün çalışmaq yazıb. Amma... gərək... getməyəydiz...

Aygün Muradxanlı

Yazı “Elçibəy-80” müsabiqəsi üçün yazılıb.

Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) tərəfindən hazırlanan “Avropa işi” Hesabatının 2- ci hissəsi, yenilənmiş forması başa çatdı. Sənəd ingilis dilinə tərcüməyə verildi. Sağ olsunlar, mühacir dostlarımızın texniki dəstəyi ilə Hesabat alman və fransız dillərinə də tərcümə olunaraq beynəlxalq təşkilatlara təqdim olunacaq.

Hesabat Avropa ölkələrində göstərdikləri fəaliyyətə görə ailə üzvləri, qohumları təzyiqlərə məruz qalan mühacir soydaşlarımızın üzləşdiyi problemlərlə bağlıdır. Sənədin 2- ci hissəsində mühacirlər- Fuad AkbarovElshan AbdullayevZaur MammadovElnur Mirze, Vugar Niftiyev, Gurbanov RashadMubariz DadasZöhrə Hasan, İsgəndər Səfərli (Isgo Safar), Avtandil Mammadov və digərlərinin üzləşdiyi təzyiqlər, problemlər əks olunub.

SMMM-nin rəhbəri tanınmış hüquq-müdafiəçisi Oktay Gülaliyevin Xeber.info saytına verdiyi açıqlamada bildirir ki, Avropada Azərbaycan davası aparan mühacirlərimizin durumu, onların özlərinə, ailə üzvlərinə, qohumlarına olan təzyiqlər daim diqqətimizdədir. Bu Hesabat onların üzləşdiyi problemləri fiksasiya etməklə yanaşı, həm də onlara tərəfimizdən olan kiçik dəstəkdir. Harda yaşamasından, hansı peşəyə, siyasi mənsubiyyətə bağlılığından asılı olmayaraq Azərbaycan davası aparan bütün siyasi mühacirləri müdafiə edirik və edəcəyik!

Lerik rayonunun Şivlə, Biləvər və Geskön kəndlərinin əhalisi bu dəfə də Azərbaycan Respublikasının Milli Məclisinə müraciət ediblər. Müraciət edən sakinlər bu dəfə şəxsiyyət vəsiqələrinin nömrələrini də qeyd ediblər. Onlar kəndlərinə yaxın bulağın "Azərsu" rəhbəri Qorxmaz Hüseynov və Lerik rayon İcra Hakimiyyəti tərəfindən zorla başqa kəndə aparılması üçün cəhdlər edildiyini vurğulayıblar. Sakinlər deyirlər ki, bu su aparılacaqsa, kəndlər susuzluqdan köçmək məcburiyyətindən qalacaqlar. Bundan əlavə, 20 hektardan artıq meşə massivi məhv olacaq. Onlar deyirlər ki, qanunla suyun mənbədən götürülməsi qadağandır. Müraciətin tam mətnini təqdim edirik: "Hörmətli Milli Məclisin sədri Oqtay Əsədov və deputatlar, nəzərinizə çatdırırıq ki, kəndlərimiz Lerik rayonunun Osyodərə ərazisinə daxil olmaqla 1200 nəfərdən artıq əhalisi var. 45 ev olan Şivlə kəndi Qarabağ savaşında 7 şəhid vermiş, 3 əlilimiz var. Bu kəndin şəhid övladı AĞAYEV FƏRHAD İSLAM oğlu Respublikamızda dövlət çevrilişinə cəhdin qarşısını kəsərkən 1995-ci ilin mart hadisələrində şəhid olmuş, mərhum prezident Heydər Əliyev tərəfindən həmin ilin may ayınında Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Biz Azərbaycan dövlətinə sadiqik, dövlətin bütün tədbirlərində ruh yüksəkliyi ilə iştirak etməklə ondan heç bir əlavə tələbimiz yoxdur. Lakin rayonumuzun icra başçısı Rövşən Bağırov bizim sakitliyimizi pozaraq istifadəmizdə olan suyu Şingədulan ərazisinə verməkdə qərarlıdır. O, əlaltısı və ona sədaqətlə qulluq edən müavini Habil Məlikovla birləşərək kəndlərimizi tənəzzülə uğratmaq üçün var-qüvvə ilə hərəkətə keçmişdir. Əlimizdə olan məlumata görə Habil Məlikov bu suyu Şingədulandan da öz yaşadığı kəndə aparmaq niyyətindədir. Hörmətli Prezidentimiz İlham Əliyev cənabları Lerik-Noda-Xanəgah avtomobil yolunun tikilməsi üçün 17 milyon manat pul ayırdı.Həmin yol tikilsə də, istismar müddəti 1 il də davam etmədi, dağılıb bərbad oldu. Biz də başçı Rövşən Bağırovdan Şivlə və Biləvər kəndlərinin 3 kilometrlik yolunun çəkilməsinə kömək etməyini xahiş etdik. O isə yol üçün topladığımız 3650 manatı yanacaq pulu adıyla əlimizdən aldı, yolumuzsa çəkilmədi. Pulu geri tələb etdik... O gündən kəndlərimiz Rövşən Bağırovun qara siyahısına düşdü. Heç nədən çəkinmədən deyir: ”Mənim qara siyahıma düşən oradan şıxa bilməz...” Sonuncu dəfə yanında olanda dedi ki, mən "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynovla danşmışam. O məndən mənbə istədi, mən də sizin suyu verməcəyəm. Biz 30-a yaxın sakin, ağsaqqal "Azərsu" ASC-yə getdik. Qorxmaz Hüseynov və müavinləri bizi qəbul etmədilər. Layihə rəhbəri Şöhrət adlı şəxs bizimlə görüşdü və suyu aparacaqlarını dedi. Biz burada maraqların olduğunu da istisna etmirik. Bundan sonra kütləvi olaraq Prezident Adminstrasiyasna getdik. Orada şikayətlərimizi bildirdik. İndi də nəticə gözləyirrik. Amma Şingədulan sakinləri isə deyirlər ki, biz icra başçısını "razı" salmışıq və suyu zorla da olsa, apararıq. Biz bilmirik ki, bu "razılıq" konkret nədir, amma bunun da bir maddi maraq olduğu şübhə doğurmur. Demək olar ki, bir neçə dəfə İcra Hakimiyyəti "Azərsu"nun işçilərini çağıraraq polis vasitəsilə ŞÜPƏK meşə massivində suyumuzu aparmaq üçün çəkiliş aparıb. Rövşən Bağırov bizə deyir ki, səsinizi çıxarsanız, sizə ağır başa gələcək. Başa düşmürük, biz nə cinayət etmişik ki, başçı bizi susuz qırmaq istəyir. Belə çıxır ki, 20 hektara yaxın meşə,1200 nəfərdən çox əhali şəxsi maraqları qarşısında onun üçün heç nədir... İcra başçısının dediyinə görə, Lerikdə bizim üçün yer yoxdur, şəhid balalarımız da onun nəzərində bir şey deyil... Belədirsə, Sizdən xahiş edirik, ya bizim kəndlərimizi Yardımlı rayonuna birləşdirin, ya da başqa yerlərə köçürün. Biz bununla bağlı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə, Birinci-vitse Prezident Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, "Azərsu" ASC-nin rəhbəri Qorxmaz Hüseynova müraciət etmişik. Bundan sonra da müraciətlərimiz davam edəcək.

Hörmətlə, Şivlə, Biləvər və geskon kənd əhalisi

1.Əliyev Ağaxan Fətəli AZE 02195615

2.Ağayev İslam Ocaqəli AZE 02195679

3.Ağayev Şirvan Ocaqəli AZE 03899030

4.Əliyev Hüseynbaba Abdin AZE 08450075

5.Rüstəmov Kamal Babiş AZE 02195845

6.Rüstəmov Cəbrayıl Babiş AZE 14678886

7.Həsənov Mirzəbaba Təriş AZE 02195619

8.Məmmədov Salman Allahverdi AZE 02195599

9.Fətullayev Alışan PİŞAN AZE 15621540

10.Əliyev Mahir Paşa AZE 09460732

11.Ağayev Mirzəli Atamalı AZE 09461773

12.Hüseynov Cəfər ƏLİ AZE 15899715

13.Hüseynov Əvsər Əli AZE 04517907

14.Kərimov Babaxan Hidi AZE 06434789

15.Kərimov Alim Alihəsən AZE 02355068

16.Əliyev Surət ABDİN AZE02195689

17.Əliyev Gülbaba Abdin AZE 02354345

18.Yoldaşov Allahyar Polad AZE 08449250

19.Yoldaşov Əligüşad Nurməmməd AZE 06911236

20.Yoldaşov Buludxan Polad AZE 03896958

21.Məmmədov Vasif Güləli AZE 03895624

22.Azadov İbrət Şəvəqət AZE 04994575

23.Azadov Ağababa Polad AZE 03899034

24.Ağayev Qədiməli MahmudəliAZE 08448052

25Ağayeva Zərifə Mürsəl AZE 02195614

26.Əliyev Rafiq Ağaxan AZE

27.Əliyev Mirzəli Şami AZE 08072591

28.Şahmarov Emin Qaraxan AZE03898922

29.Azadov Bəfadar Söhbət AZE 09324289

30.Zamanov Zəfər Böyükxan AZE08073753

31.Nağıyev Həmdulla Nəhmət AZE 05832257

32.Zamanov Elman Böyükxan AZE 13427300

33.İmanov Hafiz Rəzzaq AZE 04903643

34.Azadov Meybulla Həbulla AZE 08073125

35.Azadov Fərzulla Xeyrulla AZE 07526889

36.Məmmədov Naib Əyyub AZE 02195617

37.Rüstəmov Cabir Mürsəl AZE 05768829

38.Ağayev Arazxan Burhan AZE 16674863

39.Zamanov Zamanxan BöyükxanAZE09324410

40.Azadov Mehman Ağababa AZE 13427853

41Azadov Bəhruz İbrət AZE 07524378

42.İmanov İsrafil Təhməz AZE 14678677

43.Teymurov Arzuman Xudaş AZE 03898909

44.Talıbov Bəybala İsmi AZE 045196633

45.Bayramov Babalı Mirzəhüseyn AZE 15621348

46.Əliyev Baladdin Paşa AZE 03898963

47.Əliyev Elman Sənham AZE 08448165

48.Əliyev Malik Sənham AZE15618933

49.Əkbərov Şali Ağayar AZE 03898960".

Yazıdakı fikirlərlə bağlı adıçəkilən şəxs və qurumların da mövqeyini dərc edəcəyik.

Lerik rayonunun Şivlə, Biləvər və Geskon kəndlərinin sakinləri Prezident İlham Əliyev və Vitse-prezident Mehriban Əliyeva ilə yanaşı, Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla Əliyevaya da müraciət ünvanlayblar.

Onlar Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun deputatı İqbal Məmmədov, icra hakimiyyətində çalışan məmurlar, xüsusən də onları təhdid edən Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov, həmçinin bu kəndləri susuz qoymaq istəyən "Azərsu" ASC-nin rəhbəri Qorxmaz Hüseynovdan şikayətçidirlər
Rayon sakinləri Leyla Əliyevaya göndərdikləri rəsmi müraciətin bir surətini də Anaxeber.az-a təqdim ediblər.
Sakinlər yazırlar: 
"Hörmətli Leyla xanım, Sizin ekologiyaya verdiyiniz dəstəyə əsaslanaraq, Lerikdə yaşanan və yaşanacaq fəlakətlər barədə sizə də yazmağı məsləhət bildik. Əslində, indi əlacsızlıqdan və məcburiyyətdə dövlətin bütün qurumlarına yazırıq ki, bəlkə, bizim də problemlərimizə yanaşan oldu.
Lerikdə 20 hektardan çox yaşıllıq, meşə massivi məhv olmaq təhlükəsi ilə üz-üzədir. Bunu edən isə sıradan bir məmur yox, dövlətin etimad göstərdiyi və yüksək post tutan şəxslərdir.
Ona görə də Biz, adları çəkilən başı bəlalı kəndlərin başıbəlalı əhalisi cox ağır bir vəziyyətlə üzləşmişik.
Dərdimizi cənab Prezidentə, Vitse-prezidentə yazsaq da, müraciətlərimiz onlara çatdırılmamış, Lerik icra başçısına (hansı ki bizə zülm edir) ona göndərilmiş, nəticədə ölkə başçısı halımızdan xəbərsiz qalıb.
Cənab Prezident İlham Əliyev Lerik-Noda-Xanəgah avtomobil yolunun inşası üçün 17 milyon manat vəsait ayıranda çox sevinmişdik. Bizim başı bəlalı kəndlərimizi həmin yoldan 3 kilometrlik məsafə ayırır.
Biz sakinlər də çətinliklə 3650 manat toplayıb kəındlərimizin yolunu çəkmək qərarına gəldik. Rayonumuzun icra başçısı Rövşən Bağırovdan xahiş etdik ki, bizə texnika köməkliyi etsin. O isə yolumuzu layihəyə saldırmaq adıyla həmin pulu bizdən aldı. Aylar keçdi,yol işi düzəlmədi. Biz pulu geri istəmək məcburiyyətində qaldıq. O gündən kəndlərimizin qara günləri başlandı. Rövşən Bağırov kəndin ağsaqqallarını qorxudaraq: "Mənim qara siyahıma düşmüsünüz, bundan sonra sizinlə hesab çəkəcəyəm, sizin üçün nə yol var,nə işıq,nə su”, - dedi
O gündən kəndlərimizi içməli su ilə təmin edən "Şüpək" meşə massivindəki bulağı Şingədulan ərazisinə aparmaq üçün "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Qorxmaz Hüseynovla danışıqlar aparan Rövşən Bağırov rayon polisini həmin meşə massivinə tökərək iddiasını yerinə yetirməkdədir. Hətta bizə ismarıc gəlir ki, lazım gələrsə, bütün polisi üstümüzə göndərəcək. Faktiki olaraq, bizi həm susuz, həm də üsuli-zorla qırmaq istəyir Rövşən Bağırov? Öz "bayraqdarı” - rayonda bütün qanunsuz əməllərdə adı hallanan müavini Habil Məlikovu da "səriştəli sərkərdə” kimi ön sıraya göndərib
Leyla xanım, bizi bir iş  çox narahat edir. Məlum məsələdir ki, suyumuz aprılsa, 3 kənd köçüb uzaq diyarlara gedəcəyik. Çünki burada təsərrüfat saxlamaq mümkün olmayacaq, yaşayış daha da ağırlaşacaq. Bəs 20 hektardan çox meşənin, təbiətin, təzə əkilən 6 hektar qoz tinglərinin, palıd tinglərinin aqibəti necə olacaq? Ekologiya və Təbii Sərvətlər naziri bu barədə nə düşünür? Biz bu quruma da müraciət etmişik. Amma o da Lerik rayon şöbəsində tapşırıq verir. Həmin məmur Şakir Lətifov da Rövşən Bağırovun qorxusundan səsini çxara bilmir.
Hörmətli Leyla xanım, onu da nəzərinizə çatdırırıq ki,hazırda 45 evdən ibarət olan Şivlə kəndinə əhalinin sayı nəzərə alınarsa, Qəhrəman kənd statusu düşür. Çünki İkinci Dünya Müharibəsində 22 şəhidi olan bu kənd Qarabağ savaşında da böyük itkiyə məruz qalmış, 7 şəhid vermiş, biri –Ağayev Fərhad İslam oğlu -1995 –ci ilin mart ayında dövlət çevrilişinə cəhdin qarşısını kəsərkən mübarizədə şəhid olmuş və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. 3 əlilimiz var
Əziz Leyla xanım, biz inanırıq ki, Siz, Respublikamızın gənc humanist qadını bizim hüquqlarımızı müdafiə edəcək, bizi susuz qırmaq istəyən Rövşən Bağırovun hərəkətlərinə biganə qalmayacaq, sözümüzü hörmətli Prezidentimizə çatdıracaqsınız.
 Hörmətlə, Lerik rayonunun Şivlə,Biləvər və Geskon kəndlərinin sakinləri:
 Əliyev Ağaxan Fətəli oğlu
Əliyeva Göyçək Balakişi qızı
Ağayev İslam Ocaqəli oğlu
Ağayev Şirvan Ocaqəli oğlu
Ağayeva Zərifə Mürsəl qızı
Ağayeva Dünyaxanım Əvəz qızı
Əliyev Hüseynbaba Abdin oğlu
Rüstəmov Kamal Babiş oğlu
Rüstəmov Cəbrayıl Babiş oğlu
Həsənov Mirzəbaba Təriş oğlu
Məmmədov Salman Allahverdi oğlu
Fətullayev Alışan Pişan oğlu
Əliyev Mahir Paşa oğlu
Əliyeva Anaş Almas qızı
Ağayev Mirzəli Atamalı oğlu
Hüseynov Cəfər Əli oğlu
Hüseynov Əvsər Əli oğlu
Kərimov Babaxan Hidi oğlu
Kərimov Alim Alihəsən oğlu
Əliyev Surət Abdin oğlu
Əliyeva Gülü Mahmudəli qızı
Əliyev Gülbaba Abdin oğlu
Əliyeva Gülxanım Ocağəli qızı
Yoldaşov Allahyar Polad oğlu
Yoldaşov Əligüşad Nurməmməd oğlu
Yoldaşov Buludxan Polad oğlu
Yoldaşova Zərifə Əziz qızı
Məmmədov Vasif Güləli oğlu
Azadov İbrət Şəvəqət oğlu
Azadov Ağababa Polad oğlu
Azadova Fəridə Tağı qızı
Ağayev Qədiməli Mahmudəli oğlu
Əliyev Rafiq Ağaxan oğlu
Əliyev Mirzəli Şami oğlu
Şahmarov Emin Qaraxan oğlu
Azadov Bəfadar Söhbət oğlu
Zamanov Zəfər Böyükxan oğlu
Nağıyev Həmdulla Nəhmət oğlu
Zamanov Elman Böyükxan oğlu
İmanov Hafiz Rəzzaq oğlu
Azadov Meybulla Həbulla oğlu
Azadov Fərzulla Xeyrulla oğlu
Məmmədov Naib Əyyub oğlu
Rüstəmov Cabir Mürsəl oğlu
Ağayev Arazxan Burhan oğlu
Zamanov Zamanxan Böyükxan oğlu
Azadov Mehman Ağababa oğlu
Azadov Bəhruz İbrət oğlu
İmanov İsrafil Təhməz oğlu
Bazar, 10 İyun 2018 00:00

Kim(lər) ağlaya bilmir?!.

Yazan

Əsas məqsədə keçməzdən öncə bir əhvalatı xatırlatmaq istərdim. Cəmiyyətdə tanınan və müəyyən səbəblərdən adını çəkmədiyim biri uzun illərdir ki, yaşayışını mətbuatda şər-böhtan yazmaqla əldə etdiyi vəsait hesabına qurub. Həmin bəndənin şərəfsizcəsinə qaraladığı şəxslərdən biri də, sözün həqiqi mənasında, Azərbaycan aydınlarından, tariximizin namuslu araşdırıcılarından biri olub... Elmdə böyük nüfuz qazanan o alim deyir ki, bir gün Sabir bağının qarşısındakı kitab dükanında şər-böhtançı ilə rastlaşdım, ona dedim ki, bu nə yaramazlıqdı edirsən, bir az çəkinsə də, kişi kimi etiraf etdi ki, a bəy, çörək pulum bu yazılardan çıxır. Dedim, onda halal edirəm, ancaq böhtan atıb təhqir etmə, bir az tərbiyəli yaz...
Sözün doğrusu, Milli Məclisin deputatı Fazil Mustafanın da “çörək pulunu” o yolla əldə etdiyini deyə bilmərəm. Amma bu torpağın suyunu içən, havasını udan, “deputat” adını daşıyan şəxsinin xalqının inancını belə aşağılamasını, adət-ənənəsinə yuxarıdan aşağı baxmasını heç cür anlaya bilmirəm, necə deyərlər, hansı dinə, məzhəbə qulluq etdiyini başa düşməkdə çətinlik çəkirəm.
Bunları elə-belə, sözgəlişi demirəm. Deputatın sosial şəbəkədə şiələrin əzadarlığı ilə bağlı yazdığı fikirlərlə tanışlıqdan sonra bu suallarla üzləşmişəm. Onun Seyid Taleh adlı mərsiyəxanın videosunu paylaşması və orada ilahiyyatçı Hacı Şahin Həsənlinin ağlamasına irad bildirərək, bu hərəkətin İslam dini ilə heç bir əlaqəsinin olmadığını, hətta “Bu da azərbaycanlıların ənənəvi dini. 500 il, 300 il, 100 il öncə yaşananlarla bu gün yaşananların fərqini görməzsiniz. Bu dinin adına Azərbaycanda İslam deyirlər. Təkcə elmdə, texnologiyada, fəlsəfədə, təhsildə, səhiyyədə geridə deyilik, din əxlaqında da quyunun dibindəyik. Bu davranışı Quranla uzlaşdırın görün, bir əlaqə tapacaqsınızmı?”,- xitabı ilə inanclı insanları ələ salması, əzadarlıqla bağlı ayini gerilik adlandırması məndə Fazil Mustafanın hansı qütbdənsə bu yolla “çörək pulu” alması qənaəti doğurur.
Axı mərsiyə yazmaq, mərsiyyəxanlıq etmək nə vaxtdan gerizəkalılıq sayılıb? Belə çıxmırmı ki, başda dahi Füzuli olmaqla mərsiyə janrına müraciət edən əksər klassiklərimiz gerizəkalıdırlar.
Bəs insanın duyğusal səbəblərlə bağlı ağlaması, kədərlənməsi, bununla da daxili bir rahatlıq tapması nə vaxtdan günah sayılıb, Fazil Mustafa?!.
Ağlamaq, konkret desəm, İmam Hüseynə (ə) ağlamaq – kədərin, qəmin göz yaşları ilə ifadəsidir. İmam Hüseynə (ə) ağlamaqla isə məlum müsibətin əzabını yaşamaqla bərabər, onun kədərini, qəmini və acısını hiss etməkdir.
Və təbii ki, bu kədəri, bu qəmi duymadan, onun böyüklüyünü, ağırlığını, dəhşətini hiss etmədən də ağlamaq mümkün deyil.
Bir məsələni də xatırlatmaq istərdim. Ağlamaq kimi duyğusal bir hal hədislərdə də kifayət qədər yer alıb. Məsələn, Əhli-beyt (ə) üçün ağlamaq, xüsusilə də İmam Hüseyn (ə) üçün ağlamaq insanın dərəcəsini qaldırar,-deyiblər. Onu da bildiriblər ki, təkcə bu göz yaşı İmamın (ə) imtiyazını artırmaz. Çünki onlar hər cəhətdən kamildirlər və hətta şəhadət belə, onlar üçün imtiyaz sayılmır. Çünki kamil insanın imtiyaza ehtiyacı yoxdur.
Ağlamaqdan söz düşmüşkən:
İmam Sadiq (ə) buyurur ki, bəndənin Allah-Təalaya ən yaxın halı o haldır ki, səcdədə ağlayar.
İmam Baqir (ə) buyurur ki, Allah-Təala yanında gecənin qaranlığında Allah qorxusuna görə tökülən göz yaşından daha sevimlisi yoxdur.
...Və bayaq dediyim kimi, hər adam da ağlaya bilmir.
Ürəyi kin-küdurətli adam, haram tikə yeyən adam, “çörək pulunu” haramlıqla qazanan adam göz yaşından məhrum olur.
Ürəyi kin-küdurətli adamın, həm də Allahın cəzalandırılması səbəbindən günahları yuyulmur, paklana bilmir.
Ürəyi kin-küdurətli adam İmam Hüseynə (ə) də ağlaya bilmir.
Bundan ağır cəza nə ola bilər?!.
Son: Əslində dünyadan köçən müqəddəslərin heç birinin bizim ağlamağımıza ehtiyacı yoxdur. Sadəcə ağlamaqla, kədərimizi göz yaşı ilə ifadə etməklə günahlarımız yuyulur.
İmkan verin əzadarların göz yaşı ilə sizli-bizli hamımız təmizlənək.
Bəlkə ötən əsrin 90-cı illərindən bu yana (hələ ondan əvvəlləri demirəm) bilərəkdən və bilməyərəkdən yol verdiyimiz günahlardan təmizlənə bilərik.

Nazim YAQUBOV

Şəhidlərimizin intiqamını almaq iddiasında olan dövlətimiz, əsgərlərimizin ölüm işini açan savcı və məhkəmələrimiz yox

Hərbiyə ayrılan vəsaitin yüksək olmasını dəfələrlə hökumətin birinci şəxsinin dilindən eşitmişik. Hökumət hərbiyə ayırdığı vəsaiti ölkədəki inkişafla əlaqələndirir. Lakin atəşkəs dövrü olmasına baxmayaraq, hərbi itkilərimiz kifayət qədərdir. Hərbiyə ayrılan vəsait itkilərin qarşısını almır. Hər gün daha bir hadisə eşidirik. Ölkənin hər köyünü şəhid qəbri bəzəyir. “Vətən sağ olsun” deyən valideynlərin sayı çoxaldıqca, şəhid məzarları da artır.

Təəssüflə qeyd etməliyəm ki, əksər halda əsgərlərimizin düşmən gülləsinə deyil, öz silahdaşlarının xəyanətinə və “kəndir”in qəzəbinə tuş gəlirlər. Eyni səngərdə çiyin-çiyinə vətəni qoruyan əsgərlərin bir-birinə silah tuşlaması heç anlaşılan deyil. Yaxud əsgərin hansı səbəb(lər)dən darağacına çıxması başa düşülmür.

Hərbimiz “ölüm maşını”na çevrilib də deyə bilərik. Daha dəhşətlisi odur ki, şəhidlərimizin və əsgərlərimizin qanı yerdə qalır, boş axıdılır. Şəhidlərimizin intiqamını almaq iddiasında olan dövlətimiz, əsgərlərimizin ölüm işini açan savcı və məhkəmələrimiz yox.

Nəticədə Vətənizimə qarşı vətəndaşlarımızda xəyalqırıqlığı və ümidsizlik yaranır. O zaman orduya nə qədər para ayrılmasının önəmi qalmır.

Müəmmalı əsgər ölümlərinin artması və cinayətkarların cəzasız qalması dövlətin təməl prinsiplərini pozan amildir. Bu mövzuda cəmiyyətin susqunluğu problemi daha da dərinləşdirir. Mətbuat və xüsusən telekanallarımız hər gün “düşmən cavab atəşi ilə susduruldu” deyə, xəbərlər tirajlayırlar. Lakin, illərdi öz torpaqlarımızda əsgərlərimizin “susdurulduğuna” şahid oluruq...

Rəşad Hüseynov

1 -dən səhifə 183