Gəncənin icra başçısı Elmar Vəliyevə silahlı hücum olub - YENİLƏNİB

Bu məqaləni qiymətləndir
(0 səs)

Gəncənin icra başçısı Elmar Vəliyevə silahlı hücumun təfərrüatı məlum olub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə bu gün axşam saatlarında Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında qeydə alınıb. E. Vəliyevə tapançadan atəş açan şəxsin axtarışda olan Yunis Səfərov olduğu  bildirilir.

Həmin şəxs saxlanılıb və hadisə yerindən 3 ədəd giliz götürülüb.

FaktLa bağlı Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və daha artıq şəxsi öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

***

21:49

Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum olub.

 APA-nın əldə etdiyi məlumata görə, icra başçısına hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxs hücum edib.

 Hücum nəticəsində icra başçısının mühafizəçinin yaralandığı bildirilir.

 İlkin məlumata görə, E. Vəliyev hadisə nəticəsində xəsarət almayıb.

   Daxili İşlər Nazirliyindən APA-ya faktı təsdiqləyiblər.

 Məlumatda hücum edən şəxsin saxlanıldığı bildirilir

Oxu 530 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.