Sabah Əziz Orucova hökm oxuna bilər

Bu məqaləni qiymətləndir
(1 Səs)

Sabah (12 dekabr 2017) saat 10:30-da Bakı Agır Cinayətlər hkəməsində Kanal13 direktoru Eziz Orucovun novbəti məhkəmə prosesi keciriləcək.

Bu barədə Ə.Orucovun həyat yoldaşı Lamiyyə Orucova facebook səhifəsində status yazıb: “Sabah Əziz Orucov növbəti dəfə hakim qarşısına çıxardılacaq. Böyük ehtimal son məhkəmə prosesi olacaq və Əziz bəyə son söz veriləcək və hökm oxunacaq”.

Xatırladaq ki, keçən proses prokuror 7 il iş istəmişdi.

Əziz Orucov 2 may 2017-ci il tarixində polisə müqavimət ittihamı ilə saxlanılıb. Ona 30 sutka inzibati həbs cəzası verilib.

Həbs müddətinin bitdiyi 1 iyun 2017-ci il tarixində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb. Ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Əziz Orucov ittihamları qəbul etmir.

Oxu 244 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.