Fərhad Həsənov: “Əfqan Muxtarlının oğurlanması hakimiyyətin kriminal qaydalarla idarə olunmasını sübut edir”

Bu məqaləni qiymətləndir
(1 Səs)

Əfqan Muxtarlının həbsi Azərbaycanda daha bir maraqlı ictimai-siyasi gündəm yaratmışdır. Belə ki, ölkənin hüdudlarından kənarda və beynəlxalq qaydaların pozulması da Azərbaycanın adıyla bağlıdır. Bu günlərdə konkret olaraq 29 may 2017-ci ildə müstəqil jurnalist Əfqan Muxtarlının Tbilisidən yoxa çıxıb Bakıda peyda olması əsl sürpriz oldu. Bu, bəlkə də mühacirətdə yaşayanlara barmaq işarəsi, o cümlədən jurnalistlərin susdurulmasına yönəlik bir addım idi.

Baş verənlərlə bağlı müxtəlif insanlar öz fikirlərini bildirir, Azərbaycanda demokratya uğrunda mübarizə aparmağın əhəmiyyətsiz olmasını bildirirlər.

İctimai-siyasi adamlarla yanaşı iş adamları da hadisədən narahatçılığını bildirmişlər. Kiçik sahibkarlıqla məşğul olan və İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin eksperti Fərhad Həsənov saytımıza açıqlamasında bildirmişdir ki, Əfqan Muxtarlının həbsi siyasi hakimiyyətin tənqidi münasibətə dözümsüzlüyünü göstərir: “Eyni zamanda müstəqil araşdırmaçı Əfqan Muxtarlı korrupsiya faktlarını açıqladığından və siyasi hakimiyyətdə təmsil olunanların xarici ölkələrdəki mülklərini təqdim etdiyindən həm də qıcıq yaradırdı. Buna görə da hakimiyyət Gürcüstan hökumətilə əlaqəyə girərək belə bir addım atmış, Əfqan Muxtarlının həbsinə nail olmuşdur. Sanki Əfqan Muxtarlını həbs edən hökumət yox, kriminal dəstədir”.

Fərhad Həsənov hesab edir ki, bu həbslərin davamlı olması Azərbaycanın imicinə zərər vurur və siyasi hakimiyyətin korrupsiya faktlarının açılmasına maraqlı olmadığını göstərir.

Oxu 1285 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.