Wednesday, November 22, 2017

Jurnalistlər prokurorluqda ifadə verdilər

Bu məqaləni qiymətləndir
(1 Səs)

Fevralın 18 və 20-də “Azadlıq” qəzetinin 6 əməkdaşı, İlham Hüseyn, Aytən Məmmədova, Elşən Şirinov, Vidadi Məmmədov, Xalid Qarayev və Fizzə Heydərova Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.

Meydan TV-yə dindirilmə barədə məlumat verın jurnalistlər bildiriblər ki, onlara qəzetin fəaliyyəti və maliyyə məsələləri ilə bağlı ümumi suallar verilib.

Qəzetin əməkdaşları bundan əvvəl də sözugedən cinayət işi ilə baglı dindiriliblər. Onlar iltizam verdiklərindən əhatəli danışa bilməyəcəklərini deyiblər. 

Fevralın 16-da isə "Azadlıq" qəzetinin redaktoru Sücəddin Şərifov və jurnalisti Xəyal Babayev Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.

F.Əmirli 2016-cı il avustun 20-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin mili, irqi, dini ayrı-seçkilik və dini nifrəti qızışdırmaq kimi ittihamlar iərli sürülüb. F.Əmirli Türkiyədə fəaliyyət göstərən "Hizmet" Hərəkatının imamı kimi təqdim olunur.

O, bu ittihamları rədd edir, "Azadlıq" qəzetinə təzyiq kimi dəyərləndirir. 

Fevralın 17-də qəzetin digər əməkdaşı Vidadi Məmmədov dindirilməyə çağrılıb

Oxu 277 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.