Maliyyə Nazirliyində həbslər gözlənilir: Azər Bayramov və Nadir Qarayev xilas ola biləcəklərmi? Xüsusi

Bu məqaləni qiymətləndir
(1 Səs)

Yeni dövlət başçısı seçildiyi üçün istefaya göndəriləcək hökümət üzvləri arasında maliyyə naziri Samir Şərifov yenidən təyinat almayacaq. Səbəb Samir Şərifovun adının Beynəlxalq Bank qalmaqalında hallanması, eləcə də Maliyyə Nazirliyində baş verən şübhəli maliyyə əməliyyatlarıdır. Xeber.info-ya daxil olan məlumatlara görə, Samir Şərifovdan sonra Maliyyə Nazirliyində həbslər də həyata keçirilə bilər. Belə ki, Maliyyə Nazirliyinin nəzdində faəliyyət göstərən Dövlət Xəzinədarlığı Agentliyi büdcə xərclərinin şişirdilməsində, eləcə də tender korrupsiyalarında əsas tərəflərdən biri hesab olunur. Məsələn, Bakı Şəhər İcra Hakimiyyətində tender kralı kimi tanınan Ramazan Məmmədovun həyata keçirdiyi bütün şübhəli maliyyə əməliyyatlarına 1 saylı Xəzinədarlıq İdarəsi göz yumub. Və idarənin həyata keçirdiyi bütün yoxlamalar zamanı Ramazan Məmmədov "sudan quru" çıxarılıb. 30784815 1824543657590926 1119397217 nMaliyyə Nazirliyində bu işlərin başında 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayev dayanır. Ramazan Məmmədovla kifayət qədər yaxın münasibətlərə malik Nadir Qarayev müxtəlif qurumların Bakı şəhərində elan etdiyi tenderlərdə mənimsənilən büdcə vəsaitlərinə "xeyir-dua" verir. Redaksiyamıza Dövlət Xəzinədarlığı Agentliyində, xüsusi ilə də 1 saylı Xəzinədarlıq İdarəsində baş verən qanunsuzluqlarla bağlı daxil olan məlumatları araşdırmaqda davam edirik. Təkcə bir faktı qeyd etmək kifayət edir ki, 1 saylı Xəzinədarlıq İdarəsində baş verən korrupsiyanın miqyasını təsəvvür edəsiniz. Məsələn, Rabitə, İnformasiya və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəti işləmiş və hazırda dövlət əmlakını talmaqda təqsirli bilinərək həbs edilən Vidadi Zeynalovun cinayət işində məlum olmuşdu ki, təkcə Nadir Qarayevə təxminən 4 milyon manat pul verilib. Ən maraqlısı isə odur ki, Vidadi Zeynalov həbs edilsə də Nadir Qarayevə nədənsə dəyib dolaşan olmadı... Məlumatlara görə, 1 saylı Xəzinədarlıq İdarəsi rəisinin əsas himayəçisi olan Maliyyə Nazirinin müavini Azər Bayramovdur. Məhz Azər Bayramovun sayəsində hələ də Nadir Qarayevə toxunan olmayıb. Zamanında MTN-nin "radar"larına düşən 1 saylı Xəzinədarlıq İdarəsinin rəisini Eldar Mahmudovun "çete"sinin əlindən Vidadi Zeynalov xilas etmişdi. Maliyyə Nazirliyində əksər əməkdaşlar Samir Şərifovdan sonra həyata keçiriləcək "təmizləmə əməliyyatı"nda nazirlikdə kök salmış "Gədəbəy mafiyası"nı zərərsizləşdiriləcəyini səbirsizliklə gözləyirlər. Çünki Maliyyə Nazirliyinin rəsmi və qeyri maliyyə axınlarının böyük hissəsinə əslən Gədəbəy rayonundan olan Azər Bayramov və Nadir Qarayev nəzarət edir...

Araşdırmalarımız davam edir...

Oxu 953 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.