"Bayraq Meydanı çökür, Bakı-Quba "beton yolu" darmadağın..."

Bu məqaləni qiymətləndir
(0 səs)

2017-ci ilin avqustunda Dövlət Bayrağı Meydanından müəmmalı şəkildə sökülən bayraq hələ də yerinə asılmayıb.

Prezidenti İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli, 2504 saylı Sərəncamına əsasən Bakı şəhərində Dövlət Bayrağı Meydanı yaradılıb. 

2007-ci il 30 dekabr tarixində Prezident İlham Əliyevin iştirakı ilə Meydanın təməli qoyulub. 

2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılışı və bayrağın qaldırılması mərasimi olub.

Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. 

Amerika Birləşmiş Ştatlarının "Trident Support" şirkəti tərəfindən hazırlanmış layihənin icrasını Azərbaycanın "Azenko" şirkəti yerinə yetirib. Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetr olan meydanda bütün infrastruktur yaradılıb. Xüsusi layihə əsasında reallaşdırılan tikinti işlərini xarici və yerli mütəxəssislər həyata keçiriblər.

Bir müddət öncəyədək Dövlət Bayrağı Meydanında dalğalanan bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, ağırlığı isə 350 kiloqramdır. Bayrağın çəkisi yaş halda artır. Bayraq dirəyi pyedestal üzərində yerləşirdi. Pyedestal prezident İlham Əliyevin şəxsi ideyasına uyğun olaraq, səkkizgüşəli ulduz formasında tikilib.

Ümumilikdə bayrağı dəyişmə prosesi - 16-17 dəqiqə çəkirdi. Budəfəki müəmmalı "bayraq dəyişmə” prosesi isə hələ ki, 1 il 8 aydır davam edir...

Artıq "texniki baxış "adı altında aparılan yoxlamalar zamanı ərazinin sürüşmə zonası olduğunun aşkara çıxmasına heç kimin şübhəsi yoxdur. Hətta kənardan baxanda meydanda nəzərəçarpacaq çatların yarandığını da müşahidə etmək mümkündür. Bu səbəbdən də meydanın köçürülməsinə qərar verildiyi bildirilir.

Yeni Bayraq Meydanının keçmiş "Sovetski” ərazisində yaradılacağı gələn məlumatlar sırasındadır.

Bir müddət əvvəl  məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin aparat rəhbəri Elmir Bağırov texniki baxışın yekunlaşmadığını, bayrağın yerinə nə vaxt asılacağı barədə məlumatının olmadığını açıqlayıb:

"Bayraq meydanın yerinin dəyişdirilməsilə bağlı bizdə məlumat yoxdur”.

Yasamal rayon İcra Hakimiyyətinin baş memarı Eyvaz Bağırov isə Modern.az-a "Sovetski”də yeni Bayraq Meydanının yaradılacağı barədə məlumatsız olduğunu deyib.

Meydandakı problemlərin aradan qaldırılması üçün xaricdən mütəxəssislər cəlb edilib. Aparılan araşdırmalar zamanı milyonlarla vəsait sərf edilərək yaradılan ərazinin bayraq meydanı kimi qalmasının təhlükəli olduğu müəyyənləşib.

Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı isə bunu korrupsiya layihəsi kimi xarakterizə edib: 

"Bayraq Meydanı ərazisinin sürüşürmə riski altında olduğu düşünməyə tənbəllik etməyən hər kəsə bəlli idi. Az-çox düşünənlərə həm dəbəlli idi ki, bu "möhtəşəmlik" layihəsi neft pullarını silib-daşımaq üçün düşünülmüş layihələrdən biriydi. Parıldayan, göz qamaşdıran. Parıltının arxasında o işləri çevirmək daha asan. Amma hətta bu "parıltı və gözqamaşdırıcıların" özünü belə normal tikmədilər". 

"Bayraq Meydanı çökür. Bakı-Quba "beton yolu" darmadağın. Kristal Holl boşu-boşuna qalıb və büdcədən pul yeyir. H.Əliyev mərkəzi büdcədən pul yeyir. Avropa oyunları stadionu qalıb belə. Pul gətirmək əvəzinə pul yeyir. Neft pulları ölkənin bir dərdinə məlhəm olmaq əvəzində böyük yaralar açdı", - Rəşid Hacılı yazıb. 

Oxu 844 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.