Tuesday, November 21, 2017

ABŞ Azərbaycana yardımı kəsir

Bu məqaləni qiymətləndir
(1 Səs)
ABŞ bir neçə ölkəyə göstərdiyi maddi yardımı azaltmağı planlaşdırır.
Aznews.az Foreign Policy jurnalına istinadən xəbər verir ki, ABŞ-da 1 oktyabr 2018-ci il tarixindən başlayacaq iqtisadi plana əsasən, bir çox ölkələrə göstərilən maddi yardımın məbləği azaldılacaq.
Yardımın azaldılması ABŞ prezidenti Donald Trampın "Birinci növbədə Amerika” şüarına əsasən həyata keçirilir. Ötən il ABŞ dövlət Departamenti inkişaf etməkdə olan ölkələrə 16 milyon 960 min 396 dollar yardım ayırıb. Bu məbləğin 30, 8 faiz, yəni 11 milyon, 741 min, 150 dollara qədər azaldılması planlaşdırılır. Xüsusuilə, Ukraynaya ayrılan yardım 68,8 faiz, yəni 570,9 min dollardan 117,8 min dollara qədər azaldılacaq.
Yardımların azaldılması Azərbaycan, Belarus, Qazaxıstan, Türkmənistan və Kubaya da aid edilir.
Oxu 339 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.