Mitinqdə iştirakına görə təqib olunan siyasi fəal ölkəni tərk edib

Bu məqaləni qiymətləndir
(1 Səs)

28661147 229023444334856 6398241917909336064 nXeber.İnfo-nin əldə etdiyi məlumata görə, mitinqdə iştirakına görə təqib olunan siyasi fəal Elçin Əskərov ölkəni tərk edib.

Elçin Əskərov ailəsilə birlikdə Almaniyaya gedib və siyasi sığınacaq istəyib. O, son altı ayda polis tərəfindən mütəmadi təhdid olunduğunu bildirib: “Son altı ayda polisin təzyiqləri və təhdidləri dözülməz həddə çatmışdı. Bütün ailəm qorxu içində yaşayırdı. Hər gün mənə görə valideynlərimi narahat edirdilər. Bir müddət yaşadığım ünvanı gizli saxlasam da, həbs olunacağım qaçılmaz oldu. Ona görə də ölkəni tərk etmək məcburiyyətində qaldım. Bir neçə gündür ailəmlə Almaniyadayam. Siyasi sığınacaq istəmişəm. Ölkəni tərk etsəm də, polis validyenlərimi təhdid edir”.

Oxu 739 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.